100 İLDİR DÜNYANI İDARƏ EDƏN 8 AİLƏ - Araşdırma
Ergün Diler
“Takvim”, Türkiyə, 23 noyabr 2019-cu il
Bir çox hadisə dalbadal gəldi. Amma irəlidə olacaq hadisələr olanları geridə buraxacaq. Çox sürpriz hadisələr baş verəcək. Bunu bilmək üçün kahin olmağa da ehtiyac yoxdur. Pula və ona nəzarət edən ailələrə baxınca, səhnə arxası dəqiq görünür.
Yenixeber.org: Bu məsələni bir az açaq. FED-i idarə edən ailələr, əslində, dünyanı da paylaşmışdılar. 100 ildən artıq müddətdir ki, Rotşild, Rokfeller, Qoldman Saks, Leman Brazers, Varburq, Kun Lyobs, Lazard və Moisey Seyfs ailələri bu anlaşmaya əməl edirdilər. Ancaq işlər qarışdı. Xüsusilə Rotşild ailəsiylə ABŞ “dərin dövləti”nin qarşı-qarşıya gəlməsi BMT üzvü olan bütün ölkələrə təsir etdi.
Rotşild ailəsi London və Parisi mərkəz seçdi, digər qolları ilə də Moskva, Pekin, İstanbul, Madrid kimi şəhərlərin aid olduğu ölkələrə uzandı, ancaq bununla kifayətlənmədi.
Varburq ailəsi Hamburq mərkəzli olsa da, bütün Almaniyanı idarə etsə də, Hollandiyaya da əl atdı. Rotşild ailəsi buna, təbii olaraq, etiraz etdi.
Lazard ailəsi Parisi Rotşild ailəsilə paylaşdığı halda, İstanbulda söz sahibi olmağa başladı.
Moisey Seyfs ailəsi İsraildə nə qədər təsirli görünsə də, bu ailə tamamilə Rotşildin idarəçiliyində olduğu üçün, gələn əmrə uyaraq İtaliya bank sisteminin üzərinə çökdü. Ancaq onlar daha da böyümək istəyincə, Vaşinqtonda ortaya çıxdılar.
Vaşinqton digər 4 ailə (Rokfeller, Qoldman Saks, Leman Brazers və Kun Lyobs – tərc.) tərəfindən idarə olunsa da, dünyanı idarə edən bu paytaxtda Rotşild ailəsi də təsirə sahibdir.
Hazırda enerji ilə bağlı başlayan qlobal savaş ailələri bir-birindən qopardı. Bu gün Trampın ABŞ Mərkəzi Bankı FED-ə savaş açmasını anlamaq üçün ailələr arasında yaranmış gərginliyi görmək lazımdır.
Amerikan ailələri “dərin Amerika”ya yaxınlaşmağa məcbur oldular. Əvvəllər “dərin Amerika”nı idarə edən bu ailələr bu dəfə yeni bir üsyana qarşı çıxmaq istəmədilər. Bəlkə də digər ailələrin yeni nəsillərinin qaydaları qəbul etməməsi bu faktı bizə göstərdi.
Ailələr Aralıq dənizində qələbə çalmaq istədiyi halda, təbii olaraq, Şimali Afrika ölkələri və Türkiyədə də güclü olmağa məcburdurlar. Bu səbəblə, İstanbulda bu ailələrin savaşını görəcəyik. İş adamları bitərəf qala bilməzlər. Çünki pul onların deyil. Onlara əmanət edilən milyardlarla dolları ailələrin hədəflədikləri qələbə üçün xərcləməyə məcburdurlar.
Bəzi ailələr İstanbulda aksiyaların olmasını istədiyi halda, bəzi ailələr də zənginliklə dolu bir İstanbul planı hazırlayır. Bu, sadəcə İstanbul üçün keçərli deyildir. Tehran, Bağdad, Honkonq, Boliviyanın paytaxtı Sukre, Kolumbiyanın paytaxtı Boqotadakı gərginliklər və küçə etirazlarının mərkəzində də ailələr arasındakı toqquşma halı dayanır. Deməli, bu şəhərlərlə bağlı xaosla bir nəticə almaq fikri ortaya çıxmışdır.
ABŞ-ın ağıl verənlərindən biri olan Zbiqnev Bzejinskinin tələbələri Bill Klinton və Barak Obama artıq Vaşinqtonda təsirə malik deyillər. Bu da Rotşild ailəsinin ölkədəki təsirini itirdiyini göstərir.
Prezident Donald Trampın, ola bilsin, kürəkəni Kuşner vasitəsilə Rotşild ailəsilə bir təması vardır, lakin o öz qəhrəmanlıq hekayəsini yazmağın arxasınca gedir. O, bir gün “dərin Amerika”ya yaxın qərar verir, digər bir gün isə Kuşnerin istədiyi bir addım atır. Ancaq Tramp heç bir prezidentin cəsarət edə bilmədiyi sistemlə tarixdə qalmaq istəyir. Bu da onun gələn il keçiriləcək seçkilərdə ikinci dəfə prezident seçilməsindən asılıdır. Araşdırmalar göstərir ki, bu ehtimal olduqca güclüdür.
Təbii, ABŞ-da 12 saat bəzən çox önəmli olur. Hər şeyin dəyişməsi üçün sadəcə 2 dəqiqəlik bir açıqlama belə, yetərli ola bilir. Heç kim ABŞ-ın yeni yollardan hansını seçəcəyini proqnozlaşdıra bilmir. Vaşinqton Avropa ilə yaxın, yoxsa uzaq olacaq? Vaşinqton üçün mövcud problemlərini dostcasına həll etdiyi Orta Şərq, yoxsa satdığı silahların istifadə edildiyi Orta Şərq daha önəmlidir?
İndi Rokfeller, Qoldman Saks, Leman Brazers və Kun Lyobs enerjini də istəyir. Əlbəttə, başda Rotşild ailəsi olmaqla, Avropalı ailələr də buna izin vermək istəmirlər. Aralıq dənizi bu gün hələ də istidir. Ailələr arasındakı bu xaotik durum Aralıq dənizinin soyumasına izin verməyəcək.
Bir neçə dəfə “Ailələr bəzi fədəkarlıqlar etməlidir” deyən önəmli şəxslər oldu. Bu 8 ailəni çox yaxşı tanıyan şəxslər dövrəyə girdi. Ancaq artıq enerjinin paylaşılması istənmir. Avropalı ailələr amerikalı ailələrlə enerjidə ortaqlıq etmək istəmirlər. Bu, digər tərəf üçün də keçərlidir.
Enerji dedikdə, sadəcə neft nəzərdə tutulmur. Yer altındakı bütün təbii ehtiyatlar bu toqquşmanın ən önəmli səbəblərindən biridir. Bundan 100 il öncə neftdə ortaqlıq vardı. İndi gələcək 100 ili şəkilləndirmək üçün bütün yeraltı qaynaqlarda ortaqlıq istənmir. Bu da gərginliyə səbəb olur. Ortaqlıq olmayacaqsa, deməli, bəzi şəhərlər də dərindən sarsılacaqdır. Bunu yeni güc balansı tələb edir. Bu, mübarizədir…
Yaxınlarda gərginlik daha da artacaq. Bütün baş verənlərin səbəbi, əslində, ailələrarası münasibətlərdir. Amma biz, təbii ki, bilmirik.
İzləyək, baxaq…Tərcümə: Strateq.az