BÜTÜN DÜNYANI BÖHRANA SÜRÜKLƏYƏN ƏSAS SƏBƏB:Rotşild ailəsi ilə ABŞ "Dərin dövlət"inin savaşı - Araşdırma
Ergün Diler
“Takvim”, Türkiyə, 15 dekabr 2018-ci il
Yenixeber.org: Bütün baş verən hadisələri anlamaq üçün yuxarıda nələrin olduğunu anlamaq şərtdir. Yuxarıda olanlarla bağlı məlumat natamam və məhduddursa, aşağıda baş verənləri çözmək şansı, demək olar ki, yoxdur. Ona görə də yuxarıda nələrin olduğu ilə davam edək. Daha doğrusu, etməyə çalışaq… Bizim də içində olduğumuz mərkəzdə nələrin baş verə biləcəyini bu yolla anlaya bilərik.
Aktyorlar önəmlidir
ABŞ-la İngiltərə arasındakı mövcud anlaşılmazlığın mərkəzində Rotşild ailəsinin olduğunu bilməkdə böyük fayda var. Bu durum artıq bu gün təəccüblü deyil. Əgər şahzadə Çarlz, Kraliça II Yelizavetanın yerinə keçib Kral olarsa, ABŞ-İngiltərə münasibətləri tamamilə bitər.
Kraliça II Yelizavetanın səhhətiylə bağlı mövcud olan problemlər bu ehtimalı gücləndirir. Çarlzın gəlişi isə elə də təminatlı deyil.
ABŞ-da baş verən maraqlı hadisələr də Vaşinqtonla Rotşild ailəsinin dərin mübarizəsini ortaya çıxarır.Məsələn, ABŞ-ın sabiq Xarici işlər naziri Reks Tillerson dünən də, bu gün də, sabah da “Ailə”nin yanında durmağa məcburdur. Bəzi şəxslər var ki, evini tərk edən zaman nəfəs belə, ala bilməz. Reks Tillerson da belə biridir. Vaşinqtonla Rotşild ailəsi arasında mübarizə şiddətləndiyi dövrdə Reks Tillerson Corc Sorosun can damarını kəsdi. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə milyonlarla dollar Sorosun Açıq Cəmiyyət Fonduna göndərilmişdi. Soros da bu pulları Rotşild ailəsinə qarşı istifadə etməyə başlamışdı. Reks Tillerson “Ailə”yə işləyən Ədliyyə naziri Cef Seşnsla birlikdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Açıq Cəmiyyət Fonduna qarşı təhqiqat işi açdı. Atılan bu addım ya Sorosu, ya da Reks Tillersonla birlikdə Cef Seşnsi bitirəcəkdi.
İkinci ehtimal ağır gəldi və Pentaqonun həmlələrilə Reks Tillersonla Cef Seşns vəzifələrindən kənarlaşdırıldı. Reks Tillerson vəzifədən azad edilməmişdən bir müddət öncə Türkiyəyə etdiyi səfərində Pentaqonu xeyli əsəbiləşdirmişdi. O, Türkiyənin çox güclü müttəfiq olduğunu, Vaşinqtonun təzyiqlərinin həddini aşdığını eyhamla Türkiyənin vəzifəli şəxslərinə bildirmişdi.
Haqlı idi, lakin bəzən haqlı olmaq yetərli sayılmır. Tillersonun mövqeyi Pentaqonun Suriyanın şimalı ilə bağlı planlarının önündəki əngəli daha da böyüdürdü.
Reks Tillersonun yerinə Mayk Pompeo, Cef Seşnsin yerinə də Uilyam Barr gəldi. Barr kölgədə olsa da, çox əhəmiyyətli fiqur idi. Uilyam Barrın özəlliyi ondan ibarətdir ki, o, Buş dövründə MKİ-nin “kirli dosye”lərini yox edən ən önəmli şəxs idi. O dövrdə də Ədliyyə naziri vəzifəsini tuturdu. Ayrıca, Rotşild ailəsinə qarşı şəxsi düşmənçiliyi də vardı. Bu iki durum onun təkrar Ədliyyə naziri olması üçün yetərli idi.
Bir həqiqət daha var – o, Türkiyə və İrana qarşı çox ağır sanksiyaları müdafiə edən bir şəxsdir.
İndi qarşıdakı günlərdə Barrın Ədliyyə naziri olaraq Türkiyəni maraqlandıran bir çox məsələdə, keçmişdə olduğu kimi, “dərin Amerika”nın maraqlarına uyğun qərarlar verəcəyindən kimsənin şübhəsi yoxdur.
Onun İran məsələsilə əlaqədar sanksiya və cəzalarla bağlı aylardır işlədiyi də bir həqiqətdir.
Burada maraqlı olan odur ki, Prezident Tramp Pentaqona dirənə bilmir. Adamları bir-bir gedir. Güc nümayiş etdirə bilmir. Çox cəhd etsə də, Pentaqon sürətlə irəliləyir…
Uilyam Barrın Hillari Klintonun həbs edilməsini istədiyi də məlumdur. Bu həmlədən sonra Rotşild ailəsinə qarşı olan Pentaqon daha da güclənib. Çünki Hillari Klinton üçün də “isti saatlar” başlayıb. Vaşinqtonda bir qayda var: mütləq ABŞ maraqlarına bağlı qalmalısan. Bəli, bu, doğrudur, ancaq hansı ABŞ maraqlarına…
Hillari Klinton da ABŞ maraqları üçün Rotşild ailəsinin Prezident namizədi sayılırdı. MKİ direktoru Cina Haspeldə “dərin Amerika”nın maraqları üçün çabalayır.
Bu iki gücün qarşı-qarşıya gəlməsi dünya üçün böhran səbəbidir. Hər keçən gün iqtisadi böhran riski artır.Bunun aşılması üçün lazım olan yeganə şey iki tərəfin atəşkəs imzalamasıdır. Lakin indilik bu ehtimal çətin görünür. Çünki iki tərəf də ciddi iqtisadi böhran üçün öz hazırlığını görüb. Bu da 2019-cu ildə həlledici hadisələrin çox sürətlə baş verəcəyinin sübutudur.
İqtisadi böhran ölkələrdəki müvazinəti pozar, bütün planları alt-üst edər. Keçmişdə bir çox ölkə iqtisadi böhranla bərabər yeni sistemin bir parçası olub. Avropa da iqtisadi böhranın ən ciddi hiss ediləcəyi mərkəzlərdən biri olacaq. İngiltərənin Kral ailəsi ilk dəfə ciddi bir sınaqla qarşı-qarşıya qalacaq. Rotşild ailəsi ölkəni böhrana soxa biləcək gücə sahibdir. Vaşinqton da bu məsələdə güclüdür. Kraliça II Yelizaveta hansının daha ağır olduğunu bilmək istəyir, ancaq hələ ki, bunu öyrənə bilməyib.
İngiltərə bu gün açıqlanmayan ciddi bir iqtisadi böhranın pəncəsindədir. İngiltərə tarixində indiyədək bu qədər çox sayda şirkətin qapanması heç olmayıb. Ölkədəki işsizlik səviyyəsi 2008-ci ildəki səviyyəni aşıb. Açıqlanan işsizlik səviyyəsi 5% ətrafındadır, həqiqətdə isə 15%-i ötüb.
İngilis “Rolls-Royce” şirkəti 25% kiçilməyə gedib. “Rolls-Royce” şirkəti Kral ailəsinin sifətidir. İngilis iqtisadiyyatını anlamaq üçün bu şirkəti izləmək yetərlidir.
İspaniyada 15%, İtaliyada 14%-ə çatan işsizlik rəqəmlərinin həqiqi miqyası daha böyükdür. Gənclər arasında işsizlik səviyyəsi İspaniyada 40%, İtaliyada isə 37%-dir.
Bir sözlə, bizi mənzərəsini böhranların müəyyən edəcəyi bir Avropa gözləyir. İşsizlik zamanı həmişə ifrat sağ qüvvələr güclənir. Vaşinqtonun “Yeni Avropa”da istədiyi də idarəolunan ifrat sağ qüvvələrdir. Görünüşə görə, bunu bacarır. “Sarı jiletlilər hərəkatı” bunu göstərdi.
Bu arada, “Rolls-Royce” şirkəti, guya, bizə motor istehsal etmək imkanı verəcəkdi. Bildiyimə görə, daima anlaşmadan qaçıblar. Onlar da bizim hansı tərəfdə yer alacağımızı görmək istəyirlər. Görünən odur ki, Türkiyə də qazanan tərəfin kim olduğunu görərək, seçim etmək istəyir. Ağıllı hərəkətdir, doğrusu da budur.
Kraliça II Yelizavetanın öz tərəfini seçməsindən sonra savaş son halını alacaq.
İndi “döyüş rəqsi” vaxtıdır. Sonra fəlakət başlayacaq.
Sonda bir şeyi də xüsusi qeyd etmək istəyirəm. Parisdə minlərlə “sarı jiletli” ölkənin altını üstünə çevirir. Sizcə, bunu kim edir? Necə bacarır? Soros önəmli biridir. Arxasına aldığı güclə vura-vura gedir. Qəribədir, çox qəribədir. Trampın da Soros əleyhdarı olduğunu bir düşünün. Adam buna rəğmən, tam qazla gedir.
Xatırlayırsınızsa, “The Economist” də yazmışdı ki, Ərdoğanla Soros qarşı-qarşıyadır. Baş verən hadisə budur…Tərcümə Strateq.az-ındır