Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İşgəncədən ölən marşal –İstintaqda Blyuxerin gözünü də çıxarıblar

 

SSRİ-nin ilk beş marşalından biri olan Vasili Blyuxerin həyatı, hərbi fəaliyyəti ilə bağlı bu günə qədər də müəmmalı sirrlər qalmaqdadır. Hətta bəzi alman tarixçilərinin söylədiklərinə görə, Blyuxerin tərcümeyi-halında milliyyəti rus yazılmasına baxmayaraq, əslində onun alman olduğu da iddia edilib. 

Yenixeber.org: Ümumiyyətlə, illər boyu marşal haqqında fərqli fikirlər söylənilib, dövrünün əfsanəvi sərkərdərsi sayılan Blyuxer öz müəmmaları ilə diqqət mərkəzində dayanıb.

Vasili Blyuxer 1890-cı ildə Yaroslavlda anadan olub. İki illik təhsildən sonra atası onu özü ilə birlikdə Peterburqa işləməyə aparıb. Gələcək marşal uşaq yaşlarından kiçik mağazalarda fəhlələlik edib. Daha sonra onun yolu Moskvadan düşüb, ayrı-ayrı zavodlarda işləyib, elə böyük zavod kollektivlərində də ağır iş rejiminə görə tətil edən etirazçılara qoşulub, bu fəaliyyətinə görə həbs edilərək bir il müddətinə azadlıqdan məhrum edilib.

Vasili Blyuxer I dünya savaşının və vətəndaş müharibəsinin iştirakçısı olub. Bundan sonra da o, həyatını hərblə bağlayıb.
Yeni yaradılmış SSRİ-nin şərq bölgələrində ayrı-ayrı inqilabi hərbi komitələrin komissarı olan Blyuxer çevik fəaliyyəti ilə fərqlənib. Problemli bölgələrdə onun fəaliyyəti müsbət nəticələnib, mürəkkəb ictimai, siyasi və hərbi şəraitlərdə o, düzgün qərar çıxarmaqla Moskvanın etimadını qazanıb.

Artıq 1930-cu illərin əvvələrində Vasili Blyuxerin adı Kremldə bacarıqlı mütəxəssis, etibarlı kadr kimi hallanıb. Hərbçilərə qarşı çox xəsisliklə müsbət ifadələr söyləyən İosif Stalin dəfələrlə onun haqqında yüksək fikirlərini bildirib:
“Vasili Blyuxer çox mükəmməl bir komandandır, o, tabeçiliyində olanları yaxşı tanıyır, şəxsi heyət arasında böyük nüfuza sahibdir və ordu birləşmələrində düzgün hərbi-siyasi iş aparmağı bacarır...”

1929-cu ildə Vasili Blyuxer xüsusi Uzaq Şərq ordusuna komandan təyin edilib, Birinci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. 1935-ci ildə marşal rütbəsi təsis olunanda bu rütbəni alan ilk beş nəfərdən biri məhz Vasili Blyuxer olub.

Marşal Georgi Jukov öz xatirələrində Blyuxeri böyük sərkərdə və böyük insan kimi xatırlayıb:
“Mən ilk dəfə Vasili Blyuxerlə görüşəndə bu insanın sərkərdərlik qabiliyyəti ilə yanaşı, böyük qəlbinə, insanlıq keyfiyyətlərinə heyran qaldım. Blyuxer həqiqətən də böyük ürək sahibi idi. Gizlətmirəm, mən həmişə arzu etmişdim ki, bu böyük sərkərdəyə bənzəyim. Vasili Blyuxer milyonlar üçün ideal sayıla biləcək bir şəxs idi...”

Uzaq Şərqdə xidmət etdiyi dövrdə, 1938-ci ildə Moskvada məzuniyyətdə olarkən Blyuxer ailəsi ilə birlikdə mehmanxanada yaşayıb. O, paytaxtda mənzil almaq üçün Stalinə müraciət edib. Stalin marşalın xahişini nəzərə alıb və ona şəhərin mərkəzində yerləşən, “Hökumət evi” adı ilə məşhur olan binadan mənzil veriblər.

Məzuniyyətinin qalan hissəsini Adlerdə keçirən marşal bu kurort şəhərində Voroşilovun bağında istirahət edib. Marşal məzuniyyətdən sonra xidməti yerinin Moskvaya dəyişiləcəyini gözləyib. Düşündüyü kimi də olub, o, Uzaq Şərqə daha qayıtmayıb, onu Adlerdən Moskvaya aparıblar, amma Müdafiə Nazirliyində rahat bir kabinetə yox, “NKVD”-nin zirzəmisinə.
Belə ki, Adlerdə istirahəti zamanı Voroşilovun bağında ona Nikolay Yejovun imzası ilə 1901 saylı həbs orderi təqdim edilib. Vasili Blyuxer, həyat yoldaşı və onlarla birlikdə istirahət edən marşalın qardaşı, kapitan Pavel Blyuxer xüsusi qatarla Moskvaya aparılıb.

Bu həmin ərəfə idi ki, Stalinin hərbi vəzifəlilərə qarşı repressiyası başlanmışdı.

“NKVD”-nin türməsində 18 gün ərzində Blyuxer 21 dəfə sorğu-suala tutulub. Bu istintaq tədbirini 11 dəfə Lavrenti Beriya şəxsən aparıb.

“NKVD” tarixini araşdıranların qənaətinə görə, bu qurumun mövcud olduğu müddətdə Blyuxerin istintaqı kimi daha dəhşətli bir proses olmyıb. 18 günlük istintaq dövründə marşala ağılasığmaz işgəncələr verilib. Tanınmaz hala salınan marşalın hətta bir gözünü də çıxarıblar.

Həmin ərəfədə türmədə saxlanılan Rusakova sonralar yazıb:
“Blyuxerin həyat yoldaşı mənimlə eyni kamerada saxlanılırdı. Bir neçə dəfə marşala həyat yoldaşının gözləri qarşısında işgəncə veriblər. Blyuxer işgəncələrdən dəli vəziyyətinə düşüb, öz-özünə danışıb. O, insandan çox, dağılmış bir ət parçasına bənzəyib, üstündən tank keçmiş adamı xatırladıb...”

İstintaq zamanı Blyuxerin doğma qardaşı onun əleyhinə ifadə “verib”, daha doğrusu, qardaşının əleyhinə ifadə vermək üçün yuxarılardan xahiş edib. İstintaq materiallarında kapitan Pavel Blyuxerin bu ifadələrinə rast gəlmək olar:

“Xahiş edirəm, qardaşımın antisovet hərəkətləri haqqında ifadə verməyimə icazə verəsiniz. Qardaşım hələ 1930-cu illərin əvvələrindən antisovet fəaliyyətdə olub, hərbi çevriliş etmək istəyən hərbçilərlə danışıqlara gedib...”

Həmçinin marşal Blyuxerin bir çox keçmiş həmkarları da onun əlryhinə həvəslə ifadə verməkdən imtina etməyiblər.
Marşal Blyuxerə hökm oxumaq, güllələmək Stalinin cəlladlarına qismət olmayıb. Həbs olunduğunun 18-ci günü, 9 noyabr 1938-ci ildə Vasili Blyuxer məruz qaldığı işgəncələrə görə türmə həkiminin otağında ölüb.

11 noyabr 1938-ci ildə marşal Blyuxer haqqında açılan cinayət işi bağlanıb. Geri tarixlə Blyuxerin marşal rütbəsi və dövlət təltifləri geri alınıb. Marşal haqqında rəsmi ittiham Yaponiya kəşfiyyat orqanları ilə əməkdaşlıq kimi qeyd olunub.
1955-ci ildə marşal Vasili Blyuxer (ölümündən sonra) bəraət alıb və rütbəsi, təltifləri geri qaytarılıb.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam