Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"Müxalifət"in mühacir bazarlığı-Olduğu kimi

                        Almaniya üçün daha neçə agent hazırlanıb?

 Parlamentdə təmsil olunan partiya və qrupların hər birinin “Mühacir biznes” özəkləri var

Yenixeber.org: Neçə il öncə partiyalarını, istehkam bildikləri ideoloji sığınacaqlarını yarımçıq qoyub, Almaniyaya, Fransaya, İspaniyaya, Türkiyəyə, Şərqi Avropaya, Böyük Briyaniyaya, Amerikaya... qaçan və qürbətdə yenidən formalaşmağa cəhd edən ziyalılarımızın biri-birilərinə yazdıqları məktubları yenidən vərəqlədim və birinin üstündə dayanıb, xeyli düşündüm. Bütün bunlar necə ola bilər?

Bəs əsl azərbaycanlılar hanı?

                                                    Təqribən 65 il əvvəl

Yazılan məktub elə zənn etdim ki, indi yazılıb. Bu məktubu 1954-cü ilin mart ayının 24-də Əkbər Ağa Şeyxülislamzadənin Cahangir bəy Kazımbəyliyə olan məktub idi və məktub Parisdən, Almaniyaya – Azərbaycandan qaçan qaçqınlara xüsusi icazə sənədi verən bir idarəyə yazılırdı... Sanki 54 il bundan qabaq Almaniyada açılan idarələri hələ də işləyirdi...Azərbaycan müxalifətinin Parisdə.

Məsələn guya Zəlimxanı mitinqdə döyüblər, şikəst ediblər... Kölnə gəlib, indi ona sənəd düzəldirlər ki, sığınacaq alsın. (Amma bərdəli Zəlimxan nə döyülüb, nə şikəstdir, nə də mitinqin yolunu tanıyıb. Ömrü boyu çoban olub... Bakıda – təzə bazarda “Motal pendiri” satıb). Və yaxud Cəlilabadın narkobazarında alver edərkən Qədim kişi polisdən qaçanda yıxılıb, ayağına tikanlı məftil keçib... Yenə və yaxud ölkə başçısını, onun ailəsini təhqir edən video çarxları “BP-də çalışan bir adama satarkən, tutulub... buraxılıb. Başqa bir gəncəli bayrağımızdan (Amerikada bu adətdi) özünə tuman düzəldəndə adamların qəzəbinə gəlib...

Bu gün özlərini mitinqlərdə döydürən, əzdirən... və sonra tələm-tələsil İsveçrənin, Fransanın, Almaniyanın, İngiltərənin, Polşanın, Hollandiyanın, İtaliyanın, İsveçin, Norveçin... diplomatik korpuslarına soxan və oradan “Demokratiya kağızı” almadan çıxmayan... adamların sayı 298 nəfər olub. Məsələn Berlində (Almaniya) nəşr olunan “Junge Welt” (...Gənc dünya”) qəzeti 2017-ci ilin iyul nömrəsində yazır: “Berlin polisi on yeddi nəfər azərbaycanlı haqqında cinayət içi qaldırıb. Onlar diplomatik korpusların qarşısında qeyri-qanuni mitinq keçirib, şüarlar deyiblər. Onlarla bağlı sənədlər Berlindəki qaçqınlara sənəd düzəldən idarəyə göndərilib...”. Onların əllərindən alınan şüarlara nəzər salaq: 1. “Azərbaycandakı qorxulardan, təqiblərdən xilas edin”. 2. “Azərbaycanda həyatımız təhlükədədir. 3. “Biz əsl demokratiya axtarırıq” və s...

Məlumata görə saxta sənədlərə, acı göz yaşlarına inan Alman dövləti “Siyasi sığınacaq” adı ilə (bu sənədləri də Berlindəki “Müsavat” özəyi qeydə düşən bu adamların hər biri üçün Alman hökuməti ildə 9.90 Yevro verir. Araşdırmalara görə indiyədək Maynts (Almaniya şəhər Bankının Azərbaycandan saxta sənədlərlə gedən və sonradan ölkənin Ədliyyə və kəşfiyyat orqanlarında o sənədlərə siyasi don geydirən həmvətənlərə bütövlükdə bir ildə 360 milyon dollar verib. Xatırladım ki, alman xalqı boğazlarında kəsib verdiyi qeyri- qanuni pulları geri istəyəcək.

Əkbər ağa Şeyxülislamzadənin Cahangir bəy Kazımbəyliyə məktubu Paris, 24 mart 1954-cü il Əziz Cahangir bəy! Sizi bayram münasibətilə təbrik edirik. Sizə can sağlığı, xoşbəxtlik və səmimi qəlbdən uğurlar diləyirik. Xüsusilə, arzu edirik ki, tezliklə Vətənə qayıda bilək... Müstəqil və Azad Vətənimizə!...

Mən Sizinlə tam razıyam ki, bizim birliyimiz çox vacibdir. Buna görə ən çox biz - yaşlı siyasi xadimlər qayğılanmalıyıq. Belə ki, Vətənimizin maraqlarını hər şeydən üstün tutmuşuq və tutacağıq. Xüsusən, bu istiqamətdə Sizin qeyd etdiyiniz kimi: “Siz (o cümlədən mən) bəy (oxu İsa bəy) xüsusi fəallıq göstərmədik. Amma təəssüf ki, mən Sizi məyus etməli olacam. Çünki bu iki il yarım ərzində Ceyhun bəy tərəfindən bizi ayırmaq, aramızda qarşıdurma, mübahisə, şübhə, çəkişmə, bir-birimizə qarşı hörmətsizlik yaratmaq üçün hər bir iş görülüb. Bir sözlə, bütün bunları antimilli, antiazərbaycançılıq kimi təsəvvür etmək olar. Bütün bunlar, güman edirəm ki, Sizə yaxşı məlumdur. Çünki narazılıqlarınızı mütəmadi olaraq, şifahi və yazılı şəkildə Siz özünüz də dəfələrlə mənə bildirmisiniz.

Mən də Sizin kimi mitinq edib, bizi başına yığan bəylərə inanırdım. Baxmayaraq ki, bütün məziyyətlərinə görə. Biz bəyi ona görə sədr seçdik ki, həmin vaxt o, almanların yanında qaçqınlara xüsusi icazə sənədi verən bir idarədə-vəzifədə çalışırdı.

Amma bəy ona bəslədiyimiz ümidləri doğrultmadı. Ya öz zəifliyindən, ya bicliyindən, ya kütlüyündən, ya uzaqgörənliyindən, ya təmizliyindən, ya da tamahkarlığından - bircə Allah bilir... Ancaq mövcud faktlar var ki, onları inkar etmək olmaz. Onun rəhbərliyi dövründə bizim təşkilat, dostlarımızın və qonşularımızın gözündə öz milli prestijini itirdi. O, bizim milli ideologiyaya heç nə vermədi və onu gücləndirə bilmədi. Yaltaqlıq, yalan, aldatma, milli bayrağımıza hörmətsizlik, yaşlı xadimlərə - Müstəqillik veteranlarına sayğısızlıq, xırda paxıllıq, cılız maraqlar üçün cılız fəndlər böyük vüsət aldı...

Bütün bu çirkab axınının içində isə ümummilli işə sadiqlik, hər cür qurbanlara hazır olmaq, əqidə ... boğuldu.

Bəy, əlinizi ürəyinizin üstünə qoyaraq deyin: bizim gənc fədailərimiz bu çirkabın içindən nə götürə bilər və ümumiyyətlə, onlar bizdən əvvəlki nəslin müqəddəs işinin davamçısına çevrilə bilərlərmi?

Bizim təşkilat bəyin ürəyinə yatan adamların şəxsi mülkiyyətinə çevrilib və heç kimdən heç nə soruşulmadan istifadə olunur. Bunun günahı istər bəydə, istərsə də başıbəlalı digərlərində olsun, fakt dəyişilməz qalır. Formal olaraq bəy sədr kimi məsuliyyət daşıyır. Əgər o zəifdirsə, heç olmasa özü səmimi olmalı və ciddi nəticələr çıxarmalıdır: belə ki, öz vəzifəsindən imtina edərək onu daha güclü bir şəxsə təhvil verməlidir. Yapışıb, əlindən gələni edir ki, Azərbaycanın milli maraqlarına yönələn iyrənc siyasət ilə ziyan gətirən əməlləriylə kənarlaşdırsın.

Hiss edirəm ki, təkcə Parisdə yox, Münhendə, Kölpdə, Praqada iflic vəziyyətindədir.

Mümkündür ki, bu cənablar bizim təşkilatı buraxsınlar. Oraya yeni adamlar cəlb edib, bizimlə işlədikləri müddətdə qurduqları kələk hesabına əldə etdikləri səlahiyyətlərdən, var-dövlətdən, sərvətdən gen-bol istifadə etsinlər?

Hər şeydən əvvəl, bəy demaqogiya ilə gənc nəsli bizimlə - yaşlı nəsillə, üz-üzə qoyur. Onun fikrincə, biz yaşlı nəsil öz əsrimizi bitirmişik. Gələcək Azərbaycanın yiyələri bacarıqlı xüsusi istefada olan nəsillərdi. Bu siyasi fəaliyyətdə bizim üçün yer yoxdur. O, cavanlara yaltaqlanır, onlara imkan vermək adı altında əslində özünə şərait yaradır. Özü tamamilə işə yaramadığı halda məqbul hesab etdiyi bütün vasitələrlə və qısqanclıqla başqalarını uzaqlaşdırır. Bunu həm intriqalara əl atmaqla, həm nəzərdə tutduğu şəxsi maddi imkanlardan məhrum edərək iflic vəziyyətinə salmaqla həyata keçirir. Bir sözlə, “məqsəd vasitələrə haqq qazandırır!” fikrini tətbiq edir.

Bizim təşkilat sözün həqiqi mənasında iflic vəziyyətindədirlər. Eyni zamanda o, haqqımda yalan məlumatlar yayır;

Bu azmış kimi utanmadan Varşavadan, Parisdən... Ağ Evə (ABŞ) – konqresmenlərə ünvanladıqları məktublarda göstərirlər ki, Azərbaycanda camaat (?) gecə-gündüz qışqırırlar ki, İsa Qəmbər gəlsin... Əli bəy gəlsin... Gəlsin bu ac-yalavac milləti xilas etsin... Əcayib bir vəziyyət yaranıb. Məlumata görə həm Qərb, həm Avropa, həm də Azərbaycanın arxivlərinə od vuran oliqarxları siyasətin “Şahmat taxtası”ında Əli Kərimli ilə İsa Qəmbəri əvəz edib. Təhlillərimə görə Parlamentdə təmsil olunan partiya və qrupların hər birinin “Mühacir biznes” özəkləri var. Bu partiya özəklərinin (indi onlar “Beynəlxalq Holdinq” kimi formalaşıblar) hər birinin Bank hesabları var. Yəni sadə, əlləri, ayaqları işləməkdən, daş daşımaqdan, ayaqları suluq bağlayan, qolları quruyan, kəndlərdən, rayonlardan gəlib, şəhərdə dilənən, zibil qutularında ayaqqabı, pal-paltar, çörək axtaran, sür-sümükləri itin, pişiyin ağzından qapıb gəmnirən, bir qarnı ac, bir qarnı tox olan “mitinq övladları” bilsinlər ki, milyardları oğurlayan təkcə oliqarxlar deyil, həm də bəzi sərsəm partiyalardı.

Aldadılıb, “siyasi dustaq”, mühacir adı ilə Azərbaycandan çıxarılan və qara bazarlarda satılanlarla işləyən özəklərə nəzər salaq:

1. Almaniya: Berlin, Ştutqart (ermənilərlə birgə), Hannover, Leypsiq, Köln... (Berlində özək rəhbəri. Sadıqzadə Əflatun Camal oğlu İmişli rayonu. 1998-ci ilədək Qasımov Əbil kimi tanınıb).

2. Polşa: Varşava, Lodz, Quansk. (Londonda özək rəhbəri. Məmmədov Nağıbala Ələsgər oğlu Salyan rayonu ad-familiyası dəyişilməyib).

3. İngiltərə: London, Uels, Birminqem. (Parisdəki rəhbəri İsmiyev Hünər Fətullah oğlu Şəmkir rayonu).

4. Fransa: Paris, Lion, Tuluz. (Kalmarda özək rəhbəri. İbrahimov Məhəbbəd Sarı kişi oğlu).

(Otmada özək rəhbəri. Lətifov İdris Məhərrəm oğlu Şamaxı rayonu Alışov Adış Axund oğlu – Bakı şəhəri)

5. İsveç: Stokholm, Kalmar.

6. Kanada: Ottava, Monreal.

Bütün bunlar hüquqi dövlət uğrunda vuruşan dəstələrin insan və yaxud qaçqın, vətənləri işğal olunmuş, torpaqları əllərindən alınan insanların qul kimi satış bazarlarıdır. Mən hələ müxalifətin tələsinə düşən, xarici bazarlarda ölənlər üçün ayrılmış qəbiristanlıqlardan danışmıram.

Məsələn Parisdəki yığıncaqda Fransa dövlətindən siyasi sığıncaq istəyən Səmədağa Əsədov adlı birisi qışqırır ki, biz hüquqi dövlət uğrunda vuruşuruq... olsun. Vuruşun. Amma Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.

Hüquqi dövlət («Rechtsstaat») termini də, «polis dövləti» termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə “hüquqi dövlət” çox önəmli prinsipdir. Konstitusiya qurumu olan “hüquqi dövlət” prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir.

Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır. Totalitar-avtoritar sistemlər, diktaturalar hələ də mövcud olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da legitimlik axtarışları səbəbindən hər zaman hüquqa dayanıqlı fəaliyyət göstər-diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtoritar dövlətin əhalisinə KİV-lər vasitəsi ilə təlqin etməyə çalışırlar. Lakin hüquqi dövlətdə siyasi iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara bağlıdır. Demokratiya da hüquqi dövlətin şərtindən biridir.

Tarixən hakimiyyət və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Əksər hallarda hakimiyyət qanunu üstələmişdir. Belə bir halda qanunujn aliliyi, təbii ki, hər şey üzərində onun mütləq üstünlüyü demək deyildir. Dövlət hakimiyyəti qanunla deyil, mübarizə ilə yaranır və yalnız sonra qanunla təsbit olunur. Bu mənada, yəni mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. Azərbaycanda özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət edir. Qanunun aliliyi

onda öz ifadəsini tapmış xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır. Lakin dövlət hakimiyyətinin ali nümayəndəli orqanının fəaliyyəti buna heç də təminat vermir. Qanunun ümumxalq iradəsindən kənara çıxması, birincisi, o, qəbul edilən məqamda mümkündür: ikincisi, qanun köhnələ bilir və artıq əhalinin iradəsini adekvat əks etdirə bilmir. Nəhayət, qanunun aliliyi yalnız dövlət aparatı tərəfindən onun təmin edilməsinin dönməzliyində ifadə olunmur, o, habelə onun sərəncamlarında vətəndaşların əməl etməsinə inamın olmasını nəzərdə tutur. Hələ XVIII əsrdə böyük alman alimi İ.Kant “hüquqşünaslığın metafizik əsasları” adlı kitabında “vətəndaşların və dövlət hakimiyyətinin qarşılıqlı məsuliyyətini necə təmin etmək olar?” – sualınna cavab verərək yazırdı ki, bütün sınanmış idarə formalarından ən yaxşısı respublikadır, lakin əgər hakimiyyət bölgüsü yoxdursa, hətta onun özü də hakimiyyətin özbaşınalığının və korlanmasının qarşısını almağa təminat verə bilmir. Onun fikrincə, burada qanunverici orqana ilkin mövqe məxsusdur, çünki yalnız burada vətəndaş özü üçün səmərəli müdafiə tapa bilir və tapmalıdır. O yazırdı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təcrübədən irəli gəlir:

Maraqlıdır ki, indi deyək ki, parlamentdə təmsil olunan partiyalar (onlardan seçilmiş deputatlar) daha hakimiyyətdə təmsil olunmaq istəmirlər. Onlar hakimiyyət istəyirlər... Hamı prezident olmaq isyətir. (?)

Xarici mətbuat səhifələrində parlamentimizi insan alverində günahlandırır, deputatlarımızı işgüzar söhbətlərdən qaçan “qorxaq” adlandırırlar. (Fransanın “Anşenn-2” TV-nə baxmaq bəs edir). Hüquqi dövlət istəyində olan bu adamların anti Azərbaycan işləri daha çoxdur. Məlumata görə xarici ölkələrdə müxalifətçi-demokrat adı ilə “çörək yeyən” bu adamlar Azərbaycan xalqının dəyərlərinə kölgə salan çox işlərlə məşğuldurlar. Məsələ, Birminqem Parkında (vəhabilərin yığışdığı parkda beş il saxta sənədlərlə Londonda yaşayan, yerli hökumətdən hər ay 1.800 dollar (adambaşına) yardım alan Rəsul Hacıbala oğlu yerli polis tərəfindən narkokuryer kimi ittiham olunub. Məlumata görə bu adam həm də Parkın ətrafındakı oliqarxlarımıza məxsus villada gözətçilik edir).

Bütün bunları hardasa çətinliklə də olsa ötürmək olar. Bəs necə başa düşək: - Azərbaycanda ayrı-ayrı müxalif partiya və dəstələrin üzvü olan bu adamların bir neçəsi daha eybəcər bir plana əl atdılar. Mitinq qabağı biri-birini döyən, biri-birinin bədənini qaraqanqul edən (Astaradan Balaəmi Əmirov və İşi Qurbanov (səhv etmirəmsə Rahil oğlu) iki nəfər mitinqdən sonra Norveç səfirliyinə üz tutur. Siyasi sığınacaq istədi.

Araşdırma materiallarına görə bir neçə ay bundan qabaq Şanxay məhkəməsi (Çin) on bir nəfər insan orqanları satan adamın mühakiməsini bitirdi. Şanxay polisinin səyilə açılan bu cinayətdə üç nəfər milliyyətcə azərbaycanlıda ittiham olunurdu. Şanxayın “Məxfi Bazarları”nda insan orqanları satan bu adamların taleyini bilmirəm. Amma məhkəmədə iştirak edən bir azərbaycanlı iş adamı söhbətində dedi ki, şanxay məhkəməsi onları biri-birindən ayıraraq... demək olar ki, itirdilər. Məlumata görə axtarış zamanı bu adamların “laboratoriyaları”ndan üstündə 51 min dollar qiyməti olan insan böyrəyi, 235 min dollar olan ciyər, 70 min dollar olan mədəaltı vəzi, 620 min dollar olan kəllə sümüyü və s. aşkar edildi. (Məlum oldu ki, bu orqablar canlı olardıSa, qiymətlər qara bazarda təqribən 2 dəfə bu qiymətlərdən bahadır).

Mən çox çalışdım bu adamların taleyini araşdırım, bacarmadım. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bu günlərdə bəzi məsələlər üzə çıxıb. Şüblhəsiz, bu adamların arxasındakı kölgələr olmasaydı... onlar bu cəsarətdə olmazdılar. Mən belə düşünürəm. Şanxaydan Bakı mitinqlərinə... eləcə də Avropa ölkələrində anti-Azərbaycan şüarları deyən dəstələrə “yardım edən” bu müxalifətçi adamların onsuz da sonu görünmədi...

Amma mənimçün həmişə maraqlı olub. Məsələn indiyədək parlament üzvlərindən hansı birisi özünün bank hesabı haqqında məlumat verib. Mən burada dayandım...

Partiyalar, deputatlar, mitinqlər... söyüş və təhqirlər... Sonu görünməyən iddialar...

Rövşən Novruzoğlu,

politoloq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam