Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

KXDR lideri ABŞ Prezidentindən məktub aldı

 

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampdan məktub alıb.

Yenixeber.org: Bu barədə KXDR-in Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

"Partiyanın, dövlətin və silahlı qüvvələrin ali lideri məktubu oxuduqdan sonra onun məzmunundan razı qaldığını bildirib", - deyə KCNA yazır. Məktubun KXDR liderinə nə vaxt və necə çatdırılması, onun məzmunu haqqında məlumat verməyən agentlik lider Kim Çen Inın məktubun maraqlı məzmunu üzərində ciddi düşünəcəyini bildirdiyini xəbər verib.

AzərTAc xatırladır ki, cari ilin fevralında ABŞ və KXDR liderlərinin Vyetnamda keçirilən nəticəsiz görüşündən ötən bir neçə ayda Koreya yarımadasında nüvə məsələsinin həlli ilə bağlı ümidsizlik yaranmışdı. Yonhap agentliyi yazır ki, Donald Trampın KXDR liderinə göndərdiyi məktub ötən il Sinqapurda baş tutmuş birinci KXDR-ABŞ görüşünün ildönümü ərəfəsində Kim Çen Inın Birləşmiş Ştatlar liderinə yazdığı məktuba cavabdır. Donald Tramp KXDR liderindən aldığı məktubu "gözəl" və "çox isti" qiymətləndirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam