Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Yüksək vəzifəli qohumlar:qudalar, kürəkənlər...

 

Yüksək vəzifədə olan qohumlar: qudalar, kürəkənlər...

Hakimiyyətin başlatdığı kadr dəyişikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib. 

Yenixeber.org: Dəyişikliklərdən həvəslənən ictimaiyyət artıq təkcə yaşlı məmurların deyil, əhalinin ən çox narazılıq etdiyi sahələrə rəhbərlik edən bürokratların, eyni zamanda qohum çinovniklərin də “ishlahat dalğası”nda “əridilməsini” istəyir. İqtidar komandasında qohum məmurların sayı o qədər də az deyil. Bu isə idarəetmədə müəyyən problemlərin yaranmasına səbəb olur. Qohum məmurları oxucuların diqqətinə çatdırırıq. 

Mərkəzi Bankı sədri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə qudadır. ASC sədrinin oğlu baş bankirin qızı ilə ailə həyatı qurub.

Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Spikerin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyevlə qudadır. Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərov Elçin Quliyevin qızı ilə evlidir. 

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov isə Xətai rayon prokuroru Yusif İldırımzadə ilə qudadır. Prokurorun qızı Ramil Usubovun oğlu Emil Usybovla evlidir. General-mayor rütbəsi daşıyan Emil Usubov Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisidir.

Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qardaşı Adil Əliyev millət vəkilidir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov da Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində işləyir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov  Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Abşeron Rayon Polis idarəsinin rəisidir. 

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva deputat Hadı Rəcəbli ilə qudadır.   

Deputat Rafiq Məhəmmədhəsənov həmkarı Cavanşir Feyziyevlə qudadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam