Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Musa Pənahovun məmur oğlunun Avropadakı biznesi haqda...- yeni MƏLUMATLAR

 

 



Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Fuad Pənahov 9 ildən bəri Avstriyada fəaliyyət göstərən "DanGas GMBH" ticarət şirkətinin sahibidir.


Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib. Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib: "Şirkət Vyanada, Tiefen Graben 12/17 ünvanında fəaliyyət göstərir. O zaman Musa Pənahov nəqliyyat nazirinin müavini idi və Azərbaycan tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edirdi.
Fuad Pənahov hazırda İqtisadiyyat Nazirliyinin nəzdindəki “Sumqayıt Kimya Sənaye Parkı”nın direktor müavinidir. Onun həyat yoldaşı Yekaterina Pənahova isə Moldovada Voroninin ailə şirkətlərində, o cümlədən Kişinyovdakı "Medazur" SPA mərkəzinə və bu ölkənin iri banklarından olan "FinComBank"da 1285 səhmlə (0.11%) iştirak payına sahibdir".

Musa Pənahovun məmur oğlunun Avropadakı biznesi haqda



Qeyd edək ki, Musa Pənahovun digər oğlu Kənan Pənahov əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. "PIMAGRO LLC"-nin ortaqlarından biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam