Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PAŞİNYANI HAKİMİYYƏTDƏN AŞIRDACAQ AMULSAR QIZILI: o, yenidən küçələrə və yenə də müxalifətçiliyə qayıdacaq? –Təhlil

Simon Qaraxanyan

regnum.ru, 21.08.2019

 

Yenixeber.org:  Ermənistanın baş naziri Nikol Paşinyanın Amulsar qızıl mədənində işlərə icazə vermək qərarı onun sonrakı siyasi taleyində həlledici ola bilər.

Amulsar mədəninin istismarının haçansa qatı əleyhdarı, ekoloqların ruporu, müxalif Paşinyan bu gün artıq qızıl hasilatını yeniləməyə icazə verib, bununla da öz tərəfdarlarının kəskin mənfi qıcığını doğurub.

Hələ ki hamının deyil. Tutduqları vəzifədən asılı olaraq fikir dəyişməyin Ermənistanın siyasətçi və məmurlarına xas olduğu çoxdan bəllidir. Baş nazir Tiqran Sərkisyanı yada salmq yetərlidir – Avrasiya İqtisadi Komissiyası kollegiyasına başçılıq edənə qədər hesab edirdi ki, Rusiya, Belarus və Qazaxıstanla gömrük birliyində Ermənistanın görəcəyi bir iş yoxdur. T.Sərkisyan 2016-cı ildən isə bununla məşğuldur ki, AİB ilə tərəfdaşlığı genişləndirir.

Bu örnək Ermənistanla birbaşa bağlı olsa da, bununla belə, onun məhəlliləşməsi ölkə hüdudlarından qıraqdadır. Lap təptəzə əhvalat başqa məsələdir – baş nazir Serj Sərksyanın məcburi istefası. Öz postunu Nikol Paşinyana güzəştə gedən keçmiş baş nazir S.Sərksyan adi yalanla xalqı özünə qarşı qiyama itələdi: əvvəlcə söz verdi ki, baş nazir postuna namizədliyini verməyəcək və prezidentliyin ikinci müddətini başa vurub gedəcək, sonra isə, sadəcə, fikrindən daşındı.

Baş nazir Paşinyanı hakimiyyətə gətirmiş xalq ondan, ən azı, qabaqkı hökumətin sosial-iqtisadi xəttini davam etdirməməyi gözləyirdi. Amma, bu olmadı. Elə həmin pensiya islahatı, adamların cibini kəsən həmin vergiqoyma yenilikləri – və bütün bunlar pisləşən ekologiya fonunda.

Durum o dərəcədə ciddiləşə bilərmi ki, Nikol Paşinyan postunu tərk etməli olar? Bəli, çünki çoxları onda xilaskar görürdülər, onun hər bir yeni hərəkəti isə məyusluq doğurur. Mədənin istismarı haqda qərar hətta hakim “Vətəndaş müqaviləsi” partiyasının özündə də üzvləri iki düşərgəyə böldüsə, deməli, tezliklə yeni etiraz hərəkatlarının yeni liderlərini görərik. İstisna deyil ki, etirazlar sürəkli olacaq, qışın gəlişilə fəallıq azalacaq, hakimiyyət də hər yolla onu boğacaq: həbslər, saxlamalar, aksiya keçirməyə qadağalar. Bu, yeni inqilaba, ya da ola bilsin, hətta çevrilişə dönüşə bilərmi – hələlik hər hansı bir proqnoz vermək çətindir. Amma Paşinyan ekoloqların etiraz əhvali-ruhiyyəsiylə bağlı məsələni həll etməyəcəyi halda baş nazir kürsüsünü verməli olacaq.

Bu etiraz əhvalatında, ən azı, daha bir oyunçu var –  parlament divarlarından və hökumətdən qıraqda qalmış, əvvəllər hakim Ermənistan Respublika Partiyasının təmsilçiləri. Onlar etiraz əhvali-ruhiyyəsini qızışdırmaqdan ötrü belə bir əlverişli imkanı əldən buraxmazlar. Nəticədə Paşinyan küçədə görünə bilər və tamamilə ağlabatandır ki, Amulsar qızıl mədəninin istismarı haqda öz hökumətinin qərarını ləğv etmək və ölkənin günbəgün pisləşən ekologiyasının qorunması uğrunda uğurla mübarizə aparar.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam