Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın Moskvadakı acizliyi və... - ŞƏRH

 

Paşinyanın Moskvadakı acizliyi və... - ŞƏRH

Yanvarın 25-i Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər etdi. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilsə də, Paşinyan öz həmkarı Dmitri Medvedevlə bir araya gəldi. Kremlin sözçüsü Dmitri Peskov isə məsələyə belə aydınlıq gətirdi ki, Putinlə Paşinyan mütəmadi olaraq telefonda danışır, müzakirələr aparır. Buna görə də onların görüşməsi üçün lüzum yoxdur.

Yenixeber.org: Politoloq Tofiq Abbasov isə məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Rusiyanın həm tələbləri, həm təklifləri, həm də şərtləri var deyə Nikol Paşinyan aparıcı mövqedə olmasına baxmayaraq, Moskvanın ismarıclarını layiqincə cavablandıra bilmir:

“Onun demək olar ki, tam formalaşmış münasibəti, əks-təklifləri, əks hərəkətləri yox səviyyəsindədir. O, real diskussiya, fikir mübadiləsi üçün hələ yetişməyibsə, nəyə görə Putin onu qəbul etməlidir? Əslində, protokol tələbləri nöqteyi-nəzərindən hökumət başçısı olan Paşinyan tərəf müqabili olan Dmitri Medvedevlə görüşməlidir. Son səfərində belə də oldu. Bu baxımdan, protokol qaydaları anlaşılandır. Digər tərəfdən, əgər söhbət strateji məqamlardan, gündəmdə olan əsas problemlərin həllindən gedirsə, ola bilsin ki, prezidentlə baş nazir görüşsün. Amma həmin o görüşlərə görə baş nazir tam hazır şəkildə səfər etməli, bu və ya digər problemlə bağlı özünün mövqeyini aydınlaşdırmalıdır. Təkliflərinin olduğunu müəyyən etməlidir. Son olaylardan sonra belə başa düşürəm ki, Nikol Paşinyan hələ bu hazırlıq səviyyəsinə gəlib çıxmayıb. Onun bir çox problemlərdə açıq aşkar acizliyi və qətiyyətsizliyi özünü biruzə verir. Düşünürəm ki, Paşinyanın protokol üzrə keçirdiyi görüşlərlə bağlı informasiyalar Vladimir Putinə çatdırılır.

Ermənistanın hazırkı prezidenti Armen Sərkisyan daha təcrübəli siyasətçidir. O, hazırda qanunverici orqana rəhbərlik edir. Məhz prezidentin problemlərin həlli bağlı ideyaları və fikirləri olarsa, Putin onu qəbul edər. Onların arasındakı danışıqlar nəticəsində də razılıq əldə oluna bilər. Ermənistanın idarəetmə sisteminə görə, daha çox məsuliyyət, səlahiyyət məhz parlamentli respublikanın rəhbəri Nikol Paşinyanın üzərinə düşür. Buna görə də hamı problemlərlə bağlı qərarları bu şəxsdən gözləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam