Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ERMƏNİSTANA GƏRGİN PAYIZ GƏLİR: Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... -Təhlil

Naira Ayrumyan

lragir.am, 18.08.2019

 

Yenixeber.org:   Ermənistanın Vatikandakı keçmiş səfiri, 2018-ci ildə Ermənistanda inqilabın yetişdiyi, amma başa çatmadığı haqda dünən post edən Mikael Minasyan bu gün “News.am”-a müsahibədə bir sıra maraqlı açqılamalar verib. Birincisi, o, Serj Sərksyanın və bir sıra generalların tezliklə həbsini ağlabatan sayır, ikincisi, işarə edir ki, Ermənistanın yeni hökuməti, ən azı, üç önəmli məsələni həll etməlidir – Amulsar, İstanbul konvensiyası və Artsax (Dağlıq Qarabağ-tərc.) problemini.

ERP-nin vitse-prezidenti Armen Aşotyan da bundan sonra “Serjin xalqın xatirinə həbsdə əyləşməyə hazır olduğu” və Serj Sərksyanın həbsinin “geri hesablamanın” başlandığı atəş ola biləcyi haqda bildirib.

Minasyan və Aşotyanın bəyanatlarının tonuna görə, Serj Sərksyanın həbsi, praktik olaraq, həll olunub. Və Ermənistanın bir sıra siyasi, informasiya və biznes çevrələrinə Minasyanın təsir imkanları nəzərə alınarsa, istisna deyil ki, Ermənistanda bununla hansısa proseslərə start veriləcək. Yönlər göstərilib – Amulsar, İstanbul konvensiyası və Artsax problemi.

Amulsara gəlincə, hər şeyə əsasən, mədənin istismarı üzrə hökumətin  müsbət qərarı, ekoloqlar və ictimai qrupların polislə toqquşmaya gətirə biləsi sərt müqaviməti gözlənilir.

İstanbul konvensiyasının mümkün ratifikasiyası da siyasi qarşıdurma vasitəsinə çevrilir: konvensiyanın mahiyyəti, demək olar, müzakirə olunmur və söhbət daha çox iğtişaşlar törədəcək hansısa etirazlara hazırlıqdan gedir.

Artsax probleminə dair isə sərhəddə öz ərazilərini tutan, buna görə sərhədçilərə general rütbəsi verilən Azərbaycanda qeyri-adi fəallıq görmək olar. Bundan başqa, Azərbaycan KİV-lərində Nikol Paşinyanın “Artsax – Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini batırdığından xəbər verdiyi haqda ideya yaradılır ki, bu da eskalasiyanın artmasına gətirər. Bakı Rusiya ekspertlərini yardıma çağırmağa, onları dili ilə Nikol Paşinyana danışıqlar formatını dəyişdirməyin yolverilməzliyi “xəbərdarlığı” etməyə çalışır.

Ermənistanın əvvəlki hakimiyyəti Nikol Paşinyanın bəyanatını birbaşa pisləməyib, amma eskalasiya və ya tənzimləmədə arzuolunmaz proseslər halında onu ittiham etmək bəhanəsini qaçırmayacaq.

Son həftə hadisələrinin mozaikasına əsasən, güman etmək olar ki, Ermənistanın payızı gərgin olacaq. Xüsusən də oktyabrın 1-də İrəvanda AİB sammiti baş tutacağına və Rusiya və Ermənistan KİV-lərində Putinin İrəvanda Robert Koçaryanla görüşmək istədiyi haqda məlumat güclü şəkildə şişirdildiyinə görə.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam