Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PAŞİNYAN-SAAKYAN DUELİ BAŞLANDI:- "Deyirlər, get, “Feysbuk”da yaz ki.."

Sərkis Artsruni

ru.1-in.am (Ermənistan), 07.06.2019

 

Baş nazir Nikol Paşinyan iki dövlət arasına paz vurmağa çalışan sui-qəsdçilər olduğu haqda özünün bəyanatına toxunaraq deyib ki, DQR (Dağlıq Qarabağ-tərc.) və Ermənistanın hərbi-siyasi rəhbərliklərilə bir neçə dəfə görüşüb və Qarabağ məsələsinin həllində öz görüşünü ifadə edib: “Diqqətinizi yönəltmək istəyirəm – mən həm DQR, həm də ER hərbi-siyasi rəhbərliyi ilə görüşmüşəm. Mənim təqdim etdiyim təkliflərlə bağlı etirazların olub-olmadığını soruşmuşam.

Yenixeber.org:  Onlar bu görüşlə razıdırlar, ya yox? Aydınlaşıb ki, hamı razıdır. Və bu masa arxasında olan adamlar bundan sonra onu qızışdırıb bu hökumətin torpaqları satdığını deyəndə məndə sual yaranır: Mən bu adamla məxfi şəraitdə oturmuşdum, necə təsəvvür etdiyimi, hansı addımlarla irəli getməli olduğumuzu söyləmişdim. Adam otaqdan çıxır və öz köməkçisinə deyirsə ki, get, “Feysbuk”da yaz ki, Paşinyan torpaqları satır, bu nə üçündür? O nə baş verdiyini 100% bilir”.

Nikol Paşinyan danışıqlar prosesi haqda sənədləri Dağlıq Qarabağ hökumətinə özünün verdiyini deyərək faktiki ifşa ilə məşğul olub. Paşinyan deyib: “Onlar buna qədər, mənə qədər danışıqların nədən aparıldığından xəbərsiz idilərmən beş dəfə soruşdum ki, xəbərdarsınızmı? Xəbərləri yox idi, amma bundan sonra gedir, hətta şəxsən yazırlar ki, bu, antimilli hökumətdir”.

Bununla belə, bu, Paşinyanın bəyanatının əsas kozırı idi, o, əslində, “sui-qəsd”in əsas məsələsini açıqlayıb. Belə çıxır ki, Ermənistanın fəaliyyətdə olan baş naziri Stepanakertlə (Xankəndi-tərc.) daha səmimidir, amma sonuncu keçmiş sistemin təmsilçilərilə həmrəydir, Ermənistanın baş naziri də bunda sui-qəsd tərkibi görür.

Paşinyan bu ifşanı niyə indiki anda edib, rəsmi İrəvanla Stepanakert arasındakı münasibətlər anlaşılmazlığa, hətta dialoq vaxtı və yaxud işgüzar qaydada maneələri dəf etmək mümkün olmayan qarşıdurmaya çatıbmı?

O biri yandan, Paşinyanın bu ifşa ilə kimi hədəfə götürdüyünü söyləmək çətindir – Serj Sərksyanın simasında kriminal oliqarxiyanı, yoxsa Artsaxın (Dağlıq Qarabağ-tərc.) indiki hökumətini?

İstənilən halda, Paşinyanın rəqibi məhz Artsax prezidenti Bako Saakyan olub. Sonuncu Nikol Paşinyanın brifinqindən bir neçə saat sonra “Artsaxpress”-ə” müsahibə verərək onun bəyanatına olduqca operativcəsinə reaksiya verib.

Saakyan qısa müsahibədə Paşinyana böyük hesabla cavab verib, xüsusən eyham vurub ki, Artsax hökuməti Paşinyana “borclu” deyil.

Saakyan deyib: “Ermənistanın baş naziri bu yaxınlarda danışıqlar prosesi üzrə bizə bəzi sənədləri təqdim edib. Biz öz növbəmizdə danışıqlar prosesinə toxunan bizdəki sənədlər zərfini ER baş nazirinə verdik”.

Artsax prezidentinin söylədiklərinin altqatı da aydındır. O, eyham vurur ki, Ermənistanın keçmiş prezidenti ona daha çox inanır, Paşinyanın əli çatmayan sənədləri ona verirdi.

Amma Bako Saakyan daha geniş müstəvidə Nikol Paşinyana qarşı durub: “Bütünlükdə sui-qəsdçi davranışı yolverilməz sayıram. Şübhələr, bu və ya başqa mövzu və ya hadisələr üzrə, şəxsə, ya da vəzifəli şəxsə  inamsızlıq varsa, bütün bu məsələləri qarşılıqlı hörmət şəraitində müzakirə etmək və ümumi məxrəcə gəlməyi vacib sayıram. Bizim vətənimiz birdir və onun birliyini saxlamaq üçün hər şeyi etmək ümumi borcumuzdur”.

Bu diplomatik formulları daha anlaşıqlı dilə çevirsək, Artsax prezidenti eyham vurur ki, Paşinyan “qaranlıq otaqda qara pişiyi axtarır”.

Bir məsələdə Artsax prezidneti ilə razılaşmamaq olmaz – iki erməni dövləti arasındakı münasibətləri sui-qəsdçi nəzəriyyələr üzərində qurmaq olmaz. Ən nəhayətdə, bu, ciddi böhrana gətirə bilər. Ermənistan rəhbərliyi Stepanakertlə hesablaşmağa və “özümüzünkülər” və “yadlar”ı axtarmamağa borcludur. O biri yandan, Bako Saakyan Artsaxın Ermənistanın daxili-siyasi gündəliyində xırda pul olmasını istəmirsə, onda onun hökumətini İrəvana siyasi qarşıdurma tərəfi edən belə addımlardan çəkinmək gərəkdir.

Ümumiyyətlə isə, kədərlidir ki, Ermənistan və Artsax başçıları jurnalsitlər vasitəsilə təmasa və bir-birinə cavab verməyə başlayıblar ki, bu, heç də iki hökumətin dövlətçilik təfəkküründən xəbər vermir.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam