Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Patruşev İsraildə:ÜÇTƏRƏFLİ QÜDS DANIŞIQLARINDA O, İRANI DA TƏMSİL EDƏCƏK

Herb Keynon

“Jerusalem Post”, 25.06.2019

 

Rusiya Milli Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, baş nazir Benyamin Netanyahu ilə görüşməzdən əvvəl verdiyi açıqlamada Rusiyanın İsrailin təhlükəsizliyinə xüsusi maraq göstərdiyini ifadə edib.

Yenixeber.org: Patruşev bildirib: “Biz İsrailin təhlükəsizliyini təmin etməyə xüsusi diqqət yetiririk. Çünki bu ölkədə 2 milyon soydaşımız yaşayır”.

Patruşev İsrailə Bazar ertəsi günü gəlib. O, ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton və israilli vəzifədaşı Meir Ben-Şabbat ilə üçtərəfli görüşdə iştirak etməlidir.

Netanyahu da Çərşənbə günü, iyunun 25-də keçiriləcək yığıncaqda iştirak edəcək.

Patruşev açıqlamasında, Netanyahu ilə danışıqlar əsnasında bu formata razılaşan Rusiya dövlət başçısı Vladimir Putinin təlimatı ilə İsraildə olduğunu söyləyib.

Onun sözlərinə görə, danışıqlarda Suriyadakı vəziyyəti müzakirə ediləcək.

Patruşev deyib: “Suriyadakı vəziyyəti həll etmək üçün bölgədə və Suriyada sülh şəraiti bərpa edilməlidir. Bu məqsədlərə çatmaq üçün Suriyada asayiş bərqərar olunmalı və orada qalan terrorçu qruplar məhv edilməlidir”.

Rusiya Milli Təhlükəsizlik Şurasının rəhbəri açıqlamalarında İran məsələsinə toxunmasa da, Netanyahu İsrailin Suriya sərhədində İranın möhkəmlənməsinə icazə verməyəcəyinə dair fikrini təkrarlayıb.

Netanyahu qeyd edib ki, bu həftə “Barbarossa” əməliyyatı kimi tanınan faşist Almaniyasının Sovet İttifaqına təcavüzünün 78 illiyi qeyd olunur. Bu müharibədə “rus xalqı nasistlərin ən dəhşətli və qəddar hücumuna məruz qalıb”.

Baş nazir deyib ki, bu faciəli keçmişə görə Rusiya mütləq şəkildə “bizi məhv etməyə çağırış edən və bu hədəfə nail olmaq üçün gündən-günə fəaliyyətini artıran bir rejimin İsrail üçün nə məna verdiyini” başa düşür.

Ötən həftə Paruşev İsraildə keçirilən görüşlərdə İranın mövqeyini də təmsil edəcəklərini söyləyib. Netanyahu bir daha xatırladıb ki, İsrail İranın Suriyada möhkəmlənməsinə imkan verməyəcək və nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək.

Baş nazir deyib: “Özünümüdafiə 20-ci əsrdən etibarən yəhudi xalqı və dövlətimiz üçün, əlbəttə, ən vacib bir dərsdir. Bununla əlaqədar İsrailin təhlükəsizliyinin Rusiya üçün vacib olduğunu bəyan etdiyinə görə prezident Putinə təşəkkür edirəm. O, bunu bir neçə dəfə söyləyib və mən bunu çox yüksək qiymətləndirirəm”.

Netanyahunun sözlərinə görə, İsrail-Rusiya təhlükəsizlik əməkdaşlığı “bölgəmizin təhlükəsizliyi və sabitliyinə çox böyük qatqı təmin edib və bölgədəki vəziyyətdə əsaslı dəyişikliyə səbəb olub”.

O, həmçinin, bu il İsrailin Livanla müharibəsi zamanı itkin düşmüş Zaxari Baumelin qalıqlarının İsrailə qayıdışını xüsusi qeyd edib. Baş nazir 1982-ci ilin iyun ayında Sultan Yaqub uğrunda döyüşlərdə itkin düşən İsrail əsgərinin nəşinin tapılıb qaytarılmasında bütün səyləri üçün Rusiyaya təşəkkürünü bildirib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam