Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Erməniləri birinci Amerika təbrik etdi, həm də "ürəkdən"-Kreml susur...

Yenixeber.org: Ermənistanda ötən gün keçirilən və Nikol Paşinyanın “Mənim addımım” blokunun tam qələbəsi ilə başa çatan növbədənkənar parlament seçkiləri ilə bağlı ilk təbrik Amerikadan gəlib. ABŞ-ın Yeravandakı səfirliyi özünün “Facebook” səhifəsində “uğurlu seçkilər” münasibəti ilə erməni xalqını təbrik edib. Və təbrikin  sonunda Ermənistan bayrağının rənglərində sevgi simvolu - ürək smayliki qoyulub.

 

Amerikadan gələn digər təbriki “Amerika erməni milli komitəsi” (ANKA) göndərib. “Amerika erməni milli komitəsi Ermənistan xalqını azad və ədalətli seçkilər münasibətilə təbrik edir, bunu həm demokratiyanın qələbəsi, həm ABŞ-Ermənistan strateji tərəfdaşlığında yeni eranın başlanğıcı sayır”, - ANKA bildirir.

MDB respublikalarından isə hələlik Moldova prezidenti İqor Dodonun Paşinyanı qələbə münasibətilə təbrik etdiyi açıqlanıb. Rusiyadan və onun Yerevandakı səfirliyindən isə seçkilərin nəticələri ilə bağlı hələlik heç bir reaksiya yoxdur. Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, parlamentə ancaq Paşinyanın bloku və onu inqilabda dəstəkləyən qüvvələr keçiblər. Rusiyameylli qüvvələrin heç biri, o cümlədən Serj Sərkisyanın partiyası parlamentdə təmsil olunmayacaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam