Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa Parlamentinə seçkilər başlayıb –751 deputat seçiləcək

Mayın 23-də Avropa Parlamentinə dörd günlük seçkilər başlanıb, Niderland və Britaniyada məntəqələr açılıb.

Yenixeber.org: Mayın 26-da bitəcək seçkilər Avropada populistlərin və millətçilərin populyarlığının artdığı, Britaniyanın AB-dən çıxmağa çalışdığı bir dönəmə təsadüf edir.

Ümumilikdə 751 deputat seçiləcək, ancaq Britaniya AB-dən çıxınca bu rəqəm 705-ə düşəcək.

İfrat-sağçı partiyalar seçki kampaniyası dövründə AB-də bürokratiyanın azaldılması, immiqrasiyaya məhdudiyyət qoyulmasını təbliğ ediblər.

Fransa Prezidenti Emmanuel Makron deyib ki, indi əsas məsələ son altı onillik ərzində formalaşmış AB vəhdətini dağıtmaq istəyən “dağıtma və parçalama koalisiyasına güzəştə getməməkdir”.

Seçki öncəsi populistlər birlikdə görünməyə çalışıblar. Mayın 18-də İtaliyanın miqrasiyaya qarşı çıxan Daxili işlər naziri Matteo Salviniylə yürüşə 10 başqa millətçi lider qoşulub. Onların sırasında Fransanın Millətçi Yürüş partiyasının lideri Marine Le Pen və Almaniya üçün Alternativ partiyasının rəhbəri Jorj Meysten olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam