Köçəri uşaq, pirat yeniyetmə, haker gənc, dünyanı çalxayan yetkin –Assanjın ömür yolu
“Wikileaks” saytının qurucusu Culian Assancın dəstəkçiləri onu həqiqətin izində olan cəsur bir fəal adlandırır. Onu tənqid edənlərə görəsə, həssas məlumatları cəmiyyətin gözü qabağına çıxararaq, həyatını təhlükəyə atan bir diqqət dəlisidir.
Yenixeber.org: BBC Türkcəyə istinadən son günlərin ən çox müzakirə olunan bu şəxsi barədə bilinməyənləri nəzərə çatdırırıq.
Culian Assanj onunla birlikdə çalışanlar tərəfindən kompüter kodlarını qırmaqda üstün qabiliyyəti ilə yanaşı, “təsirli, əzmli və çox ağıllı bir insan” olaraq qiymətləndirilir.
O, 2006-cı ildə gizli məlumat və şəkilləri yayınlayan “Wikileaks” saytını qurdu. 2010-cu ildə ABŞ əsgərlərinin İraqda bir helikopterdən atəş açaraq 18 əsgəri öldürdüklərini göstərən görüntülərlə dünya miqyasında manşetə çıxdı. Amma eyni il içində isveçli prokurorların cinsi hücum iddiaları ilə bağlı beynəlxalq yaxalama qərarının çıxarılmasının ardınca İngiltərədə saxlandı. İsveçli yetkililər onu nitq söyləmək üçün Stokholmda olduğu zaman bir qadına təcavüz və digərinə də cinsi istismar iddialarına görə sorğu-suala tutmaq istədiklərini söylədi. Assanj isə hər iki yaxınlaşmanın da qadınların razılığı daxilində olduğunu deyib.
Siyasi sığınma tələbi
Növbəti aylarda İngiltərənin bir bölgəsində ev həbsində olarkən İsveçə verilməmək üçün mübarizə apardı. Vestminister məhkəməsi 2011-ci ilin fevralında geri verilmə qərarnı təsdiqlədi və daha sonra üst məhkəmə də qərarı dəstəklədi.
14 iyun 2012-ci ildə İngiltərə Apellyasiya Məhkəməsi onun müraciətinin yenidən gözdən keçirilməsi tələbini rədd etdi.
Bir neçə gün sonra Assanj Londondakı Ekvador səfirliyinə sığındı və 16 avqust 2012-ci ildən bəri ona siyasi sığınacaq haqqı tanıyan bir ölkənin səfirliyində qalırdı. Bir neçə gün öncə isə ingilis polisi tərəfindən gözaltına alındı.
London polisi Assanjın səfirlik binasını tərk etdiyi anda 2012-ci ilin iyununda məhkəməyə çıxmadığı üçün Vestminster məhkəməsinin həbs qərarını yerinə yetirəcəyini bildirirdi. Amerika isə Assanjın təhvil verilməsini və gizli sənədləri yaymaq ittihamı ilə məhkəməyə çıxarılmasını istəyir. İngiltərə Assanjın qanuni olaraq İsveçə qaytarılması ilə məsul olduğunu deyərək, Ekvadora getməsinə icazə verməyəcəyini açıqlamışdı. İsveç Xarici İşlər Nazirliyi onun təhvil verilməsini istəmələrinin tək səbəbi olaraq haqqındakı ittihamları araşdırmaq olduğunu demişdi.
İsveçli prokurorlar 13 avqust 2015-ci ildə zaman keçdiyi üçün cinsi istismar ittihamları ilə bağlı araşdırmalara son qoymuşdular. Amma daha sonra təcavüz iddiası ilə bağlı yenidən ittiham olunmuşdu.
2016-cı ilin dekabrında amerikalı qəzetçi və “Wikileaks” rəhbəri Gavin Makfadyenin dəfn mərasiminə qatılmaq tələbi irəli sürsə də, tələbi rədd edilmişdi.
Assanj, “Wikileaks” və ABŞ seçkiləri
18 dekabr 2016-cı ildə “Wikileaks” Ekvadorun Londondakı səfirliyində internetin kəsildiyini açıqladı. Ekvador daha sonra “Wikileaks”in Amerikadakı prezident seçkilərinə təsir göstərəcək sənədləri yaymasını əsas gətirərək bu “müvəqqəti” tədbiri həyata keçirdiklərini təsdiqləmişdi. Ekvador sözügedən qərarı Vaşinqtonun təzyiqinə görə verdiyi iddialarını rədd edir.
“Wikileaks”in yaydığı sənədlərdə Hillari Klintonun 2012 və 2014-cü illərdə etdiyi özəl danışıqların deşifrəsi və Klintonun email məktubları yer alır.
Köçəri həyatdan dörd divar arasındakı həyata
Assanj sözün böyük mənasında keçmişi ilə bağlı danışmaqdan qaçır, amma “Wikileaks”in qurulmasından bu günə qədər medianın diqqəti olduqca böyükdür.
O, 1971-ci ildə Avstraliyada doğulub. Ailəsinin səyyar teatrına görə köçəri bir uşaqlıq həyatı yaşayıb.
18 yaşında ata olub, ardından qəyyumluq məhkəməsi ilə qarşı-qarşıya qalıb. 1995-ci ildə bir qrup dostu ilə birlikdə kompüter piratçılığında ittiham olunub. Assanj son nəticədə saxlanıb və ittihamları qəbul edib.
Assanj minlərlə Avstraliya dolları məbləğində cəza ödəməyə məhkum edilib və cinayəti təkrarlamaması şərtilə ona həbs cəzası verilməyib. O, internetin gizli üzünü araşdıran akademik Suelette Dreyfus ilə 3 il boyunca çalışıb və onunla birlikdə ən çox satılanlar siyahısına girən 'Underground' (Yeraltı) adlı kitab yazıb. Ardınca Melbourne Universitetində fizika və riyaziyyat dərsləri alıb.
Bənzər fikirləri daşıyan insanlarla 2006-cı ildə “Wikileaks”i qurub. Köçəri bir həyat tərzi keçirərək, saytını müvəqqəti və dəyişən yerlərdən idarə etməyi davam etdirib. Onunla həftələrlə birlikdə səyahət edən Raffi Xatçaturyanın dediyinə görə, uzun saatlar yemək yemədən və az yuxu ilə işə fokuslana bilirdi. “Ətrafındakı insanlarda daha uzun müddət davam edə bilməsi üçün onunla maraqlanma istəyi hissini yaradır. Bu, hər halda xarizması ilə bağlıdır".
Gizli sənədlərin yayılması
Culian Assanj Amerika helikopterindən İraqdakı vətəndaşlara atəş açılması videosu ilə barəsində daha çox danışılmasına səbəb olub. Həm o videonu, həm də daha sonra Amerikanın Əfqanıstan və İraqdakı müharibələri ilə bağlı hərbi sənədləri yayımlamasını müdafiə edib.
“Wikileaks” saytı Amerika xüsusi xidmət orqanının şirkəti “Stratfor”un beş milyon gizli emailini yayıb. 2010-cu ildə bir qrup Amerika maliyyə qurumlarını ona pul axınını dayandırıb və bununla da maddi çətinliklər yaşamağa başlayıb.
Səhhəti ilə bağlı narahatlıqlar
Bir ara Assanjın səhhəti ilə bağlı narahatlıqlar da ortaya çıxıb. 2012-ci ilin dekabrında Ekvador səfirliyi Assanjda ağciyər infeksiyasının olduğunu deyərək, xəstəxanaya aparılacağı təqdirdə həbs olunmayacağına təminat istəyib.
Amma 2014-cü ilin avqustunda Ekvador Xarici İşlər Nazirliyi ilə birlikdə səfirlikdə təşkil etdiyi mətbuat konfransında müalicə almaq üçün səfirlikdən çıxacağı ilə bağlı iddiaları da rədd etdi.
Hüquqi mübarizə
İsveç Assanjı cinsi hücum iddiaları ilə ittiham etmək istəyib. Amma Assanj bu ittihamların siyasi olduğunu və ona, eləcə də saytına yönəlmiş qaralama kampaniyasının bir parçası olduğunu deyib. 2010-cu ilin dekabrında Londonda saxlanmasından bəri hüquqi bir mübarizə aparır. Assanj ev həbsinə alınmazdan öncə 8 ay həbsxanada qalıb.
İsveçli prokurorlar Assanjı ittiham edə bilmədikləri üçün 13 avqust 2015-ci ildə cinsi istismar ittihamları ilə bağlı istintaqı yekunlaşdırıblar.
Verilən açıqlamada istintaqa davam etməməklə bağlı qərar verildiyi qeyd olunmuşdu. Marianne Ny istintaqı daha çox sübut tapa bilməyəcəkləri üçün təxirə sala bilməmə narahatlığından ötrü qapatdıqlarını, Assanjın günahı olub-olmadığına dair bir sübut əldə etmədiklərini deyib. Assanjın İsveçə getməsi halında istintaqın təkrar açıla biləcəyi, çünki ittihamın 2020-ci ildə qapanacağı da ittihamlar sırasında idi.(müsavat)
Sevinc