Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

”Wikileaks”-dən Hillari Klintona zərbə - Məxfi məlumatlar yayıldı

 

3359

“Wikileaks” saytı ABŞ-da demokratların prezidentliyə namizədi olan sabiq dövlət katibi Hillari Klintonun seçki kampaniyasını icra edən qrupun rəhbəri Con Podestaya aid 2060 elektron məktubu dərc edib.

Xeberinfo.com:  Məlumata görə, sayt ilk hissəsi 2060 elektron məktubdan ibarət “Podestà sızıntısı”nın 2008-2016-ci illərdəki yazışmaları əhatə etdiyini və davamının olacağını açıqlayıb.
Klintonun dövlət katibi vəzifəsindən ayrıldıqdan sonra “Wall Street” şirkətləri üçün pul müqabilində etdiyi çıxışlarının mətnlərinin də sızdırılan sənədlər arasında olduğu bildirilir.
Sənədlərdə həmçinin Klintonun “Wall Street” şirkətləri üçün 2013-2014-cü illərdə etdiyi çıxışlar müqabilində ümumilikdə 21,6 milyon dollar aldığı əks olunur.

Podestaya gələn minlərlə elektron məktubun arasında Türkiyənin də aralarında olduğu bir çox ölkə ilə bağlı xarici siyasət analizləri də daxil olmaqla çoxlu sayda yazışma var.
Klinton ailəsinə olduqca yaxın olduğu bilinən Podestà 1998-2001-ci illərdə Bill Klintonun mətbuat katibi vəzifəsində çalışmışdı.

“Wikileaks”in qurucusu Culian Assanc bu həftədən etibarən yeni sənədləri dərc edəcəklərini, bunların “Google” və ABŞ-dakı seçki kampaniyası, müharibələr, silah satışları və neft sənayesi kimi mövzuları əhatə edəcəyini bildirib.
Yeni “Wikileaks” məlumatlarının ABŞ-ın, Demokrat Partiyanın təşkilat və seçki kampaniyası ilə bağlı hesablarına kiber hücumlarla bağlı Rusiyanı ilk dəfə rəsmi olaraq ittiham etməsindən bir neçə saat sonra dərc olunması da diqqətdən kənarda qalmayıb.

İlk dəfə bu ilin iyun ayında Demokrat Partiyasının rəhbərliyi tərəfindən gündəmə gətirilən kiber hücum məsələsinin arxasında Rusiyanın olub olmadığı uzun müddət müzakirə olunmuşdu. Hillari Klinton iyul ayının sonunda açıq olaraq Rusiyanı ittiham etmiş, rəsmi Moskva isə bu ittihamları rədd etmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam