İNKVİZİSİYA TONQALLARI AVROPADA YENİDƏN ALOVLANIR:keşişlər kitabları və müxtəlif dini rəmzləri yandırırlar – Araşdırma
Mixal Noqas
Gazeta Wyborcza (Polşa), 03.04.2019
Henrix Heyne: “Harada kitabları yandırırlarsa, orada sonradan adamları da yandırırlar”
Yenixeber.org: 2012-ci ildə Koşalində yaradılmış “Səmadan SMS” fondu bazar günü Facebook-da öyünüb: “Biz Tanrının sözünə sadiqik”. Səhifə ziyarətçilərinə bu tezisin təsdiqi kimi “Qanunun təkrarı” və “Müqəddəs həvarilərin işləri”ndən (Bibliyadan hissələr-red.) iki sitat təklif olunub: “Bu xalqların allahlarının oyma bütlərini yandırın. Üstlərindəki qızıl-gümüşə tamah salmayın, onlardan özünüzə götürməyin, yoxsa tora düşərsiniz. Bütün bunlar Allahınız Yehovanın gözündə iyrənc şeylərdir” və “Hətta sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı”.
Qdanskda Müqəddəs Bakirə Məryəm Ananın və Müqəddəs İsveçli Yekaterinanın məbədi ərazisində keçirilən təntənəli tədbirdən fotoşəkillər bu sözləri misal gətirib. Fotoşəkillərdə … kitabların, yəni sehrbazlığın yayılması və populyarlaşmasına şərait yaradan əsərlərin, polyakların gənc nəslini sözlə yoldan çıxardan İblisin ədəbi yaradıcılıq məhsullarının yandırılmasında fəal və ya zəif iştirak edən keşişləri, keşiş qulluqçularını və prixod əhlini görmək olar. Özəlliklə də Harri Potter haqda romanlar, Stefani Mayerin (Stephenie Meyer) “Toran” silsiləsindən cildlər, Yan Nijkeviçin (Jan Niżkiewicz) “Qədim təbabətin və sehrbazlığın sirri”, habelə Oşonun, yəni Çandra Mohana Ceinin – “Yeni sanyasa” dini hərəkat qurucusunun bir neçə kitabı tonqala düşüb. Fotoşəkillərdən göründüyü kimi, Afrika maskalarını, induizm dininin ardıcıllarına yaxın dini rəmzləri, populyar “Mənim balaca ponim” cizgi filmi serialının qəhrəmanlarının çətirlə tərsvirləri və bir neçə eyniyyətləşdirilməyən, amma konkret plastmass əşyalar da oda atılıb. Keşişlər (onlardan biri yandırılmış çətir kimi çəhrayı rəngli cübbə geyinib) keşiş qulluqçuları və prixod əhliylə birlikdə alova baxır və hər şeydən göründüyü üzrə, şəri qovmağı və pozğun ədəbi əsərlərlə və kütləvi və ya tayfa mədəniyyətinin başqa bəhrələriylə (Tanrıyla-red.) rabitəsi murdarlananlara ruhsal təmizlik bəxş etməyi yalvararaq dua oxuyurlar.
“Səmadan SMS” fondu dərc edilmiş fotoşəkilləri “yandırarıq” teqi ilə təmin edərək, görünür, bunu əyləncəli hesab edib. Ola bilsin, bu, aksiya iştirakçılarına məhz belə də görünüb.
Kitabları yandıran keşişlər bir neçə önəmli məsələni unudublar
Birincisi, tolerantlığı unudublar, amma bu o qədər bəllidir ki, hətta izahat da tələb etmir. İkincisi, 1997-dən qüvvədə olan cinayət məcəlləsinin 196-cı maddəsi bildirir: “Dini pərəstiş əşyasını və ya dini mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş məkanları aşkar murdarlayaraq başqa şəxslərin dini hisslərini təhqir edənlər cərimə, azadlığın məhdudlaşdırılması və ya iki il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməlidir”.
İnduizmin ardıclları keçirilən aksiya haqda qanunu pozanların şəxsiyyətinin müəyyən edilməsi xahişiylə prokurorluğa sorğu verə bilərdilər.
Üçüncüsü, keşişlər ekologiya və zibil barədə qanun haqqında düşünməyiblər – 155-ci maddədə aydın deyilir ki, zibilin yandırılmasıyla məşğul olan müəssisədən qıraqda tullantıların termik emalı cərimə və ya azadlığın məhdudlaşdırılması kimi cəzaya məhkum edilməlidir. Dördüncüsü, onlar nəzərə almayıblar ki, konstitusiya Polşanı katolik dövləti adlandırmır və başqa dinlərə mənsubluğu və ya bunlara bağlı maddi rəmzlərə malik olmağı qanundan qırağa qoymur.
Beşincisi – ki ən önəmlisidir – bazar günü kitabları və başqa əşyaları yandıran keşişlər yəhudi mənşəli alman şairi Henrix Heynenin məşhur aforizmini yaddan çıxarıblar (ola bilsin bilməyiblər). Romantizm dönəminin bu böyük liriki yazıb: “Harada kitabları yandırırlarsa, orada sonradan adamları da yandırırlar”.
Başı dik tutmaqla getdikcə daha çox axmaq işlər görülür
“Səmadan SMS” fondunun hamiliyi ilə keçirilən təntənəli tədbir “Ümumpolşa gəncliyi” təşkilatı (Polşa Milli Hərəkatı-red.) öz sıralarına yeni üzvlər qəbul etdikdən sonra növbəti gün baş tutub. Mərasim harada keçirilib? Yasnoqorsk monastırında. Orada iştirak edən keşişlərdən biri, Qojuva-Velkoploskdan Henrik Qjondko yığışanları “dəyərli ictimai qrup” adlandırıb. Bu “dəyərli qrup”un təmsilçiləri gülümsəyərək Polşa Kiləsi üçün ən mühüm kilsənin ərazisində məşəl və bayraqlarıyla yürüş ediblər.
Mən iki həftə qabaq Qüdsdə “Yad va-Şəm” kompleksini yenidən ziyarət etmişəm. Orada təqdim edilən sərgidə Heynedən sözügedən sitat nasist Almaniyasında çəkilmiş kinomateriallarla misal gətirilir. Lentdə Hitler hakimiyyətə gəldikdən sonra kitabların yandırılmasıyla müşayiət edilən nümayişlər həkk olunub. Sonra yada salınır ki, bir çox keşişlər Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının fəaliyyətini (o cümlədən hamının düzgün addım saymadığı kitabların məhv edilməsini) dəstəkləyiblər.
Mən bilirəm ki, ola bilsin, ümumiyyətlə nə oyundan çıxdıqlarını və onların təşəbbüsünün keçmişin hansı hadisələrini xatırlada biləcəyini anlamayan adamların hərəkətinə diqqət yetirməyin mənası olmadığını deyən adamlar tapılacaq. Mən çox istərdim ki, bu fikirlə razılaşım, amma problem bundadır ki, Polşada 2019-cu ildə başı dik tutmaq və çiyinləri dartmaqla getdikcə daha çox axmaq işlər görülür, kitabların yandırılması isə qürur üçün bəhanə olmaqdadır.Tərcümə: Strateq.az