Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vahid Əhmədov 600 nəfərə iftar süfrəsi açdı —FOTOLAR

 

Quba şəhərində fəaliyyət göstərən məscidlərdə millət vəkili Vahid Əhmədovun təşəbbüsü və dəstəyi ilə oruc tutan insanlar üçün iftar süfrələri təşkil edilib

Yenixeber.org:  Cümə, Ərdəbil, Səkinəxanım  və Ağ  məscidlərdə verilən  iftar  mərasimlərində 600 nəfərə yaxın  insan  iştirak edib. Bu xeyriyyə  tədbiri  rayon  ictimaiyyəti  tərəfindən razılıqla qarşılanıb

İftar  mərasimlərində dindarlarla yanaşı imkansız şəxslər, qocalar, veteranlar, şəhid  ailələrinin üzvləri, kimsəsizlər iştirak  ediblər.
Məclisdə millət vəkilinin adından hər kəs təbrik edilərək bildirilib ki, bu müqəddəs ayda hamının diləkləri qəbul edilsin, ölkəmiz, dövlətimiz, xalqımız  üçün  xeyirli  və  bərəkətli  olsun.
Qeyd  olunub ki, Ramazan  ayı  həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət  və  ruzi  ayıdir. Bu  ayda   müsəlmanlar  həmrəyliyi  möhkəmlədir, mənəvi  dünyalarını  daha  da  zənginləşdirir, Azərbaycan  xalqı, o  cümlədən  qubalılar  da  bütün  dövrlərdə Ramazan  ayının  mənəvi  üstünlüklərini  yaşadaraq, həmişə  yüksək  dəyərlərə  sədaqət  göstərirlər. Məclislərdə  şəhidlərimizin  ruhuna  dualar  oxunub, qarşıdan  gələn  müqəddəs  Ramazan  bayramı  münasibətilə təbriklər  səsləndirilib.
Oruc  tutmağın  insanlar  üçün  faydasından  danışılaraq qeyd  edilib ki, müqəddəs  Ramazan  ayında  yoxsulları, kimsəsizləri  sevindirmək, onlar  üçün  iftar  süfrəsi  təşkil  etmək  savab  işdir. Belə  xeyriyyə  tədbirlərinin  keçirilməsı  gələcəkdədə  davam  etdiriləcək.

   











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam