Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Peyğəmbərin saçı Ağalarovların mərkəzində

 

Bütün müsəlmanlar üçün əziz olan müqəddəs bir nəsnəni - Məhəmməd peyğəmbərin (s.ə.v.) saçının telini ilk dəfə olaraq Dağıstandan Moskvaya aparacaqlar. 

 

"Xeberinfo.com":  Məlumata görə, arzu edənlər həmin müqəddəs nəsnəni Moskvadakı “Crocus Sity Hall” konsert salonunun foyesində yaradılmış xüsusi guşədə görə biləcəklər. Guşə İslam peyğəmbərinin mövludu günü münasibətilə keçiriləcək “Mövlud ən-nəbi” bayram mərasimi üçün xüsusi hazırlanacaq.

“Həmin müqəddəs saç teli Moskvaya xüsusi kapsulun içində gətiriləcək. Saç teli daim o kapsulun içində saxlanır. Əlavə təhlükəsizlik tədbiri də görülüb. Belə ki, kapsulun özü də şəffaf şüşədən hazırlanmış xüsusi konteynerin içində olacaq. Həmin müqəddəs saç telinə xüsusi böyüdücü qurğular vasitəsilə baxmaq mümkün olacaq” - deyə Rusiya Müsəlmanları Ruhani İdarəsindən bildiriblər.

İdarədən əlavə ediblər ki, bu müqəddəs nəsnə ona ibadət və itaət etmək üçün deyil, ona sadəcə muzey eksponatı kimi yanaşılmalıdır.

Onu da deyək ki, Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Sity Hall” mərkəzinə saça baxmağa gəlmək istəyənlərin sayı həddən artıq çoxdur. Bu konsert salonuna isə birdəfəyə 6 min adam sığışır.

virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam