Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır- BMT

Yüz minlərlə insan qaçaqmalçıların qurbanı olublar.

Yenixeber.org: Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabata görə, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub.

Hesabatda Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində, həmçinin Rusiyada insan alverinin genişləndiyi qeyd olunub. Yüz minlərlə insan, xüsusən qadın və uşaqlar insan qaçaqmalçılarının qurbanı olublar. Bu cinayətkarların qurbanlarının 70 faizi isə qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçılarının qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan qadınlardır. İnsan qaçaqmalçılarının qurbanına çevrilə kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar.

Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət – “orqan alveri” də genişlənib. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil olub. Böyrək və qara ciyər köçürülməsi əməliyyatlarının 10 faizi bu cinayətlərin qurbanlarının daxili orqanları hesabına həyata keçirilib.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda insan alverinə qarşı mübarizə məsələləri də yer alıb. Vurğulanıb ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair Protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirsələr də, bu problem bəşəriyyət üçün ən ağrılı məsələ olaraq qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam