“KRIMI VƏ KALİNİNQRADI GÖTÜRƏK” –ABŞ-ın donanma komandanından ŞOK açıqlamalar
NATO-da Rusiya ordusuna qarşı işlək silah düşünüb tapıblar
Moskva öz sərhədlərinin astanasını etibarlı şəkildə qoruyur. Ancaq Şimali Atlantika silahlı qüvvələri bu «qapı»ya açar tapıb. Bu barədə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yenicə bərpa edilmiş İkinci donanmasının komandanı, vitse-admiral Endryü Lyüis bəyan edib.
Yenixeber.org: Onun sözlərinə görə, Rusiya getdikcə özünün strateji əhəmiyyətli rayonlarına potensial rəqibin girişini bloklayan sistemi genişləndirir. Ancaq indi amerikalılar bununla necə mübarizə aparmağın yollarını düşünüb tapıblar. O da var ki, onlar öz planlarını açmırlar.
«Danışa bilmədiyim detallara varmasaq, mən əminəm ki, biz, girişin bloklandığı şəraitdə fəaliyyət göstərə bilərik. Mən bilirəm, bizim aviadaşıyıcılarımız bunu edə bilərlər. Mən, bilirəm ki, bizim quru qüvvələrimiz bunu edə bilərlər. Bunun üçün bizim dəqiq üsulumuz var. O, fiziki, kompleks təlimlərə əsaslanır: biz, lazım olanda səs salmamağı bacarırıq və ehtiyac olanda danışa bilirik» – deyə, «Business Insider» nəşri Lyüisdən sitat gətirir.
Vitse-admiral gizlətmir ki, NATO Rusiyanın müdafiəsini qırmağı öyrənmək üçün böyük səylər göstərir. Uzun illər ərzində müxtəlif fəndlərin məşq edilməsi və… NATO-çular «ciddi proqresə nail olublar».
Lyüis onu da izah edib ki, nə üçün alyansın diqqəti Kalininqrad və Krıma «köklənib»? Onun sözlərinə görə, bu bölgələrdə Rusiya ordusunun geniş potensialı cəmləşib: «Orada Rusiyanın hava hücumundan müdafiə vasitələri, raket əleyhinə və gəmidən müdafiə sistemləri, həm də bir neçə min əsgəri var».
Bundan başqa, müdafiə sistemi radioelektron mübarizə vasitələri və radarlarla möhkəmləndirilib. Ona görə də bu bölgələrdə NATO qüvvələrinin hərəkəti əhəmiyyətli dərəcədə məhdudlaşdırıla bilər.
Müşahidəçilərin fikrincə, Amerika generalının Krımda Rusiyaya qarşı durmağa hazır olmaq barədə söylədikləri boş sözlər deyil.
Kerç boğazında Ukrayna gəmiləri ilə baş vermiş insidentdən sonra məlum olub ki, NATO hadisə yerinə hərbi gəmilər göndərməyə hazırlaşır.
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı onda günahlandırıb ki, Moskva Krımın köməyi ilə Azov dənizini bütünlüklə öz əlinə almaq cəhdləri göstərir.
«Dörd il bundan əvvəl Rusiya Krımı qeyri-qanuni yolla ilhaq edib. İndi isə Krımın köməyi ilə öz təsir dairəsini genişləndirməyə və Azov dənizi üzərində nəzarəti tamamilə ələ keçirmək cəhdləri göstərir» – deyə, «UNİAN» ondan sitat gətirir.
Görünür ki, alyansda buna mane olmaq niyyətinə düşüblər və bu səbəbdən dolayı, yarımadanı ələ keçirmək planlarını müzakirə edirlər.
Ruscadan çevirdi: Mirzə AĞ