Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ MƏŞHUR İKİNCİ DONANMASINI BƏRPA ETDİ! –Rusiya və Çinlə strateji qarşıdurma güclənir

gemi

ABŞ hərbi-dəniz qüvvələri soyuq müharibə zamanı Aralıq dənizindəki hadisələrdə, Atlantik okeanının şimalında və həmçinin Karib böhranının gedişində Amerikanın SSRİ-yə qarşı önləyici tədbirlər görməsində mühüm rol oynamış özünün ikinci donanmasını bu yaxınlarda bərpa edib.

Yenixeber.org: ABŞ və Rusiya arasındakı münasibətlərin pisləşməsi fonunda ikinci donanmanın bərpası bütün dünyanın gözündə açıq-aşkar anti-Rusiya fəaliyyəti kimi görünür. Keçən ilin axırında ABŞ, fövqəldövlətlərin yenidən strateji qarşıdurmaya doğru gedəcəkləri fikrini irəliyə sürüb. ABŞ bu qarşıdurmada Çin və Rusiyanı öz rəqibi hesab edir.

Məlum olduğu kimi, ABŞ və Rusiya arasındakı çəkişmə bir neçə ildir ki, səngimir. ABŞ əlini yanına salıb, Rusiya donanmasının Ukrayna və Suriyada öz gücünü necə nümayiş etdirməsini sadəcə olaraq seyr edə bilməz. Amerikanlar ikinci donanmanı bərpa etməklə, Rusiyanı hər tərəfdən əhatəyə almağı planlaşdırırlar.

Bundan başqa onu da deyək ki, 11 sentyabr faciəsindən sonra ABŞ silahlı qüvvələrinin möhkəmləndirilməsi əsas etibarıyla terrorizmə qarşı mübarizəyə yönəlmişdi, amma keçən ilin axırından Tramp hökuməti yeni “milli təhlükəsizlik strategiyası” irəli sürüb. Yeni strategiyaya əsasən ABŞ üçün başlıca təhlükə böyük dövlətlərdən gəlir.

Çinin müasir beynəlxalq əlaqələr institutunun elmi əməkdaşı Li Çjen “Çankao” xəbər saytına verdiyi müsahibəsində söyləyib ki, ikinci donanmanı bərpa etməkdə ABŞ-ın başlıca məqsədi Rusiya donanmasının önünü kəsmək və onların şimaldan hərəkət etmələrini əngəlləməkdir. Eyni zamanda bu tədbirlərlə Amerika özünün Şimal qütbündəki maraqlarının təmininə xüsusi diqqət yetirdiyini göstərir. ABŞ hesab edir ki, əgər Şimal qütbündəki hava yolu açıq olacaqsa, onda Rusiyanın dənizdən mühasirəyə alınması öz aktuallığını itirir.

Li Çjenin sözlərinə görə, ABŞ-ın bütün hərbi planları və onların bütün hərbi qüdrəti böyük dövlətlərə qarşı rəqabətin dəstəklənməsi istiqamətinə yönəlib. İkinci donanmanın bərpası bu mübarizə üçün hərbi gücün səfərbər edilməsi anlamına gəlir.

13022

Xəbər saytına verdiyi müsahibədə hərbi ekspert Sun Çyoçzyan bildirib ki, ABŞ əvvəllər Atlantik okeanının şimal hissəsində yalnız hava məkanında aktivlik göstərirdi, həm də ki, yeni strategiya elan edilənədək amerikanlar orada çox nadir halda görünərdilər və elə bu səbəbdən də ikinci donanma buraxılmışdı. Ancaq indi mübarizə tam gücü ilə yenidən başladığından ABŞ Rusiyanın qarşısını kəsmək üçün ordusunu bu ərazilərə göndərməyi lazım bilir.

Lakin bu istiqamətdə yerləşən Amerika qoşunları nəinki Rusiyaya qarşı, həm də Çinə qarşı yönəlib. İkinci donanmanın açılış mərasimində ABŞ komandanlarının çıxışı bu fikirləri təsdiq edir. ABŞ donanmasının qərargah rəisi qeyd edib ki, ikinci donanmanın bərpası ABŞ-ın dənizlərdə iki ölkə – Rusiya və Çinə qarşı dayanmaq məcburiyyətindən irəli gəlib.

Sözsüz ki, ikinci donanmanın bərpası iri və nüfuzlu dövlətlərə qarşı yönəlib. Dəniz güclərinin Birləşmiş Ştatlar tərəfindən bu cür strateji yönümdə irəli verilməsi soyuq müharibədən sonra ilk hadisədir. Əlbəttə ki, bu cür fəaliyyətlər öz nəticələrini verəcək. Məsələn, Rusiya və Çin üçün strateji baxımdan mühüm olan dəniz yollarının Amerikan donanması tərəfindən əngəllənməsi hər iki ölkə üçün təhlükə törədəcək.

Çin, ABŞ-ın bu tərz hərəkətlərinə qarşı layiqli şəkildə cavab verməyə tamamilə qərarlıdır. Li Çjen əmindir ki, ABŞ öz hərəkətləri ilə Çinə böyük ziyanlar vurmaq imkanında deyil və onlar Çinin əvvəldən nəzərdə tutduğu hərbi inkişaf yolunu dəyişdirə bilməzlər. Digər yandan, Amerika tərəfindən atılan bu cür addımlar dünyada mövcud olan müasir meyllərə uyğun gəlmir. Dünyaya daha çox təhlükə terrorist və ekstremist qruplardan gəlir.

Yəqin ki, Amerika bu fəaliyyətlərini özünün fövqəldövlətlərlə qarşıdurma strategiyası çərçivəsində həyata keçirir. Lakin ümumi yekunda onlar öz strateji planına uyğun hərəkət edən Çini dayandıra bilməyəcəklər.

(“Çzinji toytyo”-Çin)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam