Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ÇİNİN YENİ “YAXIN ŞƏRQ OYUNU”…-18 ildən sonra ilk rəsmi səfər: Pekin İsraillə niyə yaxınlaşır? - TƏHLİL

News.ru, (Rusiya)

 

Çinlə İsrail arasında əməkdaşlığın yeni sərhədləri müəyyənləşir. İsrailə son 18 ildə ilk dəfə Çinin yüksək rütbəli məmuru – Kommunist Partyasının sədr müavini Van Çişan səfər edib. İsrail rəhbərliyinin dəvəti ilə reallaşan səfər zamanı baş nazir Binyamin Netanyahu qarşıdakı il Pekinlə azad ticarət sazişinin bağlanmasını yekunlaşdırmaq istədiklərini bəyan edib.

Yenixeber.org: «Aramızda təbii tərəfdaşlıq var. Xaqlarımıza fayda versin deyə, bunu genişləndirməyi düşünürük. Hesab edirəm ki, bunun üçün xeyli imkanlar var”, – deyə Binyamin Netanyahu Qüdsdəki çıxışı zamanı bildirib:

“Fikrimcə, biz ticarətdən və azad ticarət rejimindən daha çox faydalana bilərik. Çünki azad ticarət aramızda olan müştərək tədbirlərin sayını artırıcaq, bazarda İsrail şirkətləri ilə onların çinli tərəfdaşları arasında qarşılıqlı ekspertizanın tanınmasını sürətləndirəcək”.

Netanyahunun sözlərinə görə, əsas məsələ israilli biznesmenlərin Çində, çinli iş adamlarının İsraildə problemsiz işləməsidir. Bunun üçün də viza rejiminin sadələşdirilməsi ilə yanaşı, iki ölkə arasındakı avireyslərin sayının artırılması da vacibdir.

Van Çişanın səfəri zamanı elm, texnika, innovasiya, səhiyyə və kənd təsərrüfatı sahəsində 8 ikitərəfli saziş imzalanıb.

Çin rəsmisi bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı yeni səviyyəyə çıxarmaq lazımdır. Çişanın sözlərinə görə, hazırda Çin kəmiyyət böyüməsindən, keyfiyyət böyüməsinə keçid kimi, həlledici mərhələdədir: “İsraillə daha sıx iqtisadi əməkdaşlıq bu keçid mərhələsinin tərkib hissəsidir”.

Səfər çərçivəsində Van Çişan eyni zamanda İsrail prezidenti Reuven Rivlinlə də görüşüb.

Bu arada, Çin İsrailin ikinci ən böyük ticarət tərəfdaşıdır. İsrail mediasının yazdığına görə, Çin tərəfi “Bir kəmər – bir yol” təşəbbüsünü reallaşdırmaq baxımından İsraillə əlaqələrdə maraqlıdır. Böyük ehtimalla, bu baxımdan Çinin İsraildəki əsas infrasktruktur layihələrinə sərmayələri davam edəcək.

Çinin digər Yaxın Şərq ölkələrində olduğu kimi İsraildə də iştirakını genişləndirməsi və bu siyasətin doğuracağı nəticələr çoxlu suallar yaradır.

Qərb analitikləri Çinin bu oyununun ABŞ-ın regiondan gedişindən sonra geosiyasi vakuumun yaradılmasına hesablandığını deyirlər. Çinli ekspertlər isə imkanlardan çox, risklərin olacağını proqnozlaşdırırlar.

Ekspertlər deyir ki, təhülükəsizliklə bağlı sualların yaranacağı təqdirdə, İsrail Çinlə iqtisadi əməkdaşlığına müəyyən məhdudiyyətlər qoya bilər. Çinin İsrailin (Aralıq dənizindəki) limanları ilə bağlı marağı nəzərə alınarsa, bu sualların yaranması realdır.

Tel-Əvivin Çin şirkətlərinə Hayfa və Aşdod limanlarında yeni terminallar inşa etməsinə razılıq verməsi İsrail ictimai rəyində qəzəblə qarşılanmışdı. Çinlilərin strateji cəhətdən vacib limanlara buraxılması ilə bağlı icazə dövlət liman şirkətinin səhvləri fonunda verilmişdi.

İsrail ictimaiyyətini qəzəbləndirən o idi ki, bu cür vacib qərar İsrail Müdafiə Nazirliyi və ya Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılmamış verilib.

Nəzərə alınsa ki, Hayfa ABŞ Hərbi Dəniz Qüvvələri üçün “doğma” hesab olunur, Çinin bu limanda iştirakı ABŞ-İsrail hərbi tərəfdaşlığı üçün təhdiddir.

İsraillilərə ekspert səviyyəsində izah ediblər ki, Çinin “Hayfa”ya toxunuşu bu limanın hələ də ABŞ gəmilərinin dayanacaq yeri olub-olmadığı sualını yaradır. Bu məsələdə ABŞ-ın ehtiyat etdiyi məqam strateji sənədlərində az qala bir nömrəli rəqibi adlandırdığı dövlət tərəfindən izlənə biləcəyidir.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam