Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İsrail Britaniyanı İrana qarşı qoymaq istəyir -“The Guardian” yazır

israil bayrakXeberinfo.com:   “The Guardian” yazır ki, İsrailin baş naziri Benjamin Netanyahu heç şübhəsiz Londonda keçirləcək görüşündə britaniyalı həmkarı Theresa May-i İrana qarşı daha sərt beynəlxalq mövqe sərgiləməyə çağıracaq.

Netanyahu bazar günü keçirdiyi kabinet müşavirəsində deyib ki, o Trump-ın hakimiyyətə gəlməsindən sonra İranla bağlanmış nüvə sazişinin demontajını özünün diplomatik prioriteti edəcək.

Lakin öz növbəsində xanım May Netanyahu ilə görüşündə işğal olunmuş Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasından Britaniyanın narahatlığı məsələsini qaldıracaq.

O ötən həftə bildirmişdi ki, yəhudi məskənlərinin salınması İsrail və Britaniya arasında qarşılıqlı etimada ziyan vurur.

Lakin Britaniyanın müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn bunun kafi olmadığını bildirib. O deyib ki, işğal olunmuş Qərb sahilində və Şərqi Yerusəlimdə 3000 yəhudi evinin tikilməsi beynəlxalq qanunlara ziddir və məsələ də məhz bu cür qoyulmalıdır.

Lakin Netanyahunun planları tamamilə fərqlidir. Bu yaxınlarda Londonda keçirilmiş konfranslardan birində Netanyahunun hakim Likud partiyasından millət vəkili David Bitan deyib ki, İsrail baş naziri Avropanın hazırkı dağınıq vəziyyətindən İsrailə yeni dəstək sisteminin yaradılması üçün fürsətlənməyə çalışacaq.

Netanyahu bu dəstək sistemində ən böyük Avropa ölkələri olan Fransa, Almaniya, İtaliya və Britaniyanı görmək istədiyini bildirir.

“The Guardian” yazır ki, ən başlıcası Netanyahu Donald Trump-ı İran üzərinə yeni sanksiyalar qoymağa sövq etməyə çalışacaq.

Netanyahu bəyan edib ki, İranın raket sınaqları və onunla bağlanmış nüvə sazişi təkcə İsrail və ABŞ-ı yox, bir sıra başqa ölkələri də narahat edir.

“The Guardian” yazır ki, Netanyahunun İrandan narahatlıqlarını rədd edən Obamadan sonra İsrail baş naziri Trump və Theresa May-lə daha rahat dil tapacağına ümid edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam