Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-kim haqlıdır?

“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-

Bakı Şəhər İcra Hakimiyyəti bu qarşıdurmada hansı tərəfdədir və nədə ittiham olunur?

Yenixeber.org: Azərbaycanda tikinti sektoru ilə bağlı ictimi rəyin birmənalı olmaması sirr deyil. Bir mənzilin müxtəlif adamlara satılması, sənədləşmədə, kommunal təchizatda problemlər və s. bu kimi faktlar ölkə insanının tikinti şirkətlərinə inamını heçə endirib. Bir tərəfdə illərdir dişi-dırnağı ilə qazandığı pulunu, mülkünü itirmək təhlükəsi ilə üzləşənlər, digər tərəfdə isə kredit bataqlığında “can verən” sahibkarlar. Məhkəmələri də zəbt edən bu mübahisələrlə bağlı media səhifələrində də silsilə yazılar yer alır. Bütün bunlara baxmayaraq problem hələ də aktuallığını qorumaqdadır.

                                            “Pilot layihə”, yoxsa...?

 Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlarda problemin aktuallığını stimullaşdıracaq faktlar yer alır. Öncədən qeyd edim ki, adına “Pilot layihə” deyilən söküntü-tikinti dalğasında hələ də cavabını gözləyən suallar var olmaqdadır. Bu layihə çərçivəsində Bakı şəhərini bürüyən tikinti bumunda deyildiyi kimi ev sahibləri heç də həmişə udan tərəf olmur.

 Ümumiyyətlə “Pilot layihə” nə deməkdir? Bu layihənin Bakıdakı söküntü-tikinti işlərinə nə aidiyyatı var? Bu termin Azərbaycan hökumətinin hansı rəsmi sənədlərində yazılıb? “Pilot layihə”  anlayışını kimlər və hansı məqsədlə təbliğ edir? Və s. Günümüzdə kifayət qədər aktual olan bu suallara cavab tapmaq göründüyü qədər də asan deyil.

 Xatırladım ki,  Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Paytaxtın Sabunçu rayonunda tikinti-abadlıq işləri ilə bağlı 08.09.2015-ci il tarixli 322№-li Qərarı var. Bu qərarda “Pilot layihə” termini yer alır. Daha sonra-22.01.2016-cı ildə- Azərbaycan Respublikasi Nazirlər Kabinetinin paytaxtın Binəqədi və Qaradağ rayonları ilə bağlı 8№-li eyni Qərarı var. Nəhayət Bakı şəhərinin Suraxanı,   Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasi Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı verib. Bu qərarla layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

Birinci istisna olmaqla, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarlarında “Pilot layihə” deyilən bir nəsnə yoxdur.  Buna baxmayaraq kimlərsə hansı məqsədləsə də “Pilot layihə” şablonunu ölkə insanının, xüsusi ilə də paytaxtda mülükü sökülənlərin dil əzbərinə çevirib(?) Və bu şablondan eninə-uzununa yararlanıb da, obrazlı desək, “necə lazımdır qazanırlar”. Yuxarıda qeyd etdiyim kimi, bu səbəbdən də ölkə mediasında az qala hər gün bu mövzuda bir problemli yazı oxuyuruq. Mövzu ilə bağlı söhbətləşdiyimiz ekspertlər də “Pilot layihə”-nin nə səbəbdən, hansı mənbələrdən meydana atıldığının anlaşılmaz olduğunu bildirdilər. Nə isə,... Bu başqa bir yazının mövzusudur. 

                  

“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-

 

 

 

 

              “Bakı sarayları” və 13 ailədən 10-u

Bakının Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 219 ünvanda yaşayan 13 ailə də oxşar problemlə qarşılaşıb. Sakinlərin yenixeber.org-a verdiyi məlumata görə, “Bakı sarayları” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) aylardır ki, “onların şirin yuxusuna acı qatır”. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Bakı sarayları”  sözügedən ünvanı söküb, yerində göydələn tikməkdə iddialıdır. Olsun, paytaxtda tikinti-abadlıq işlərinin aparılması hər bir ölkə insanı tərəfindən təqdir olunmalıdır. Amma,... kimsənin mülkünə qəsd etmədən, kimsənin  konstitision hüququ pozulmadan.

Sakinlərin verdiyi məlumata görə, “Bakı sarayları”  ilə anlaşa bilməmələrinin başlıca səbəbi bağlanması təklif olunan müqavilədəki boşluqlar, müqavilənin hüquqi qüvvəsinə güvənməmələri, bir sözlə gələcəkdə meydana çıxa biləcək hansısa problemdən sığortanın olmamasıdır. (Yeri gəlmişkən bu problem təkcə “Bakı sarayları” ilə bağlı deyil, artıq ümumi bir bəlaya çevrilib. Red.)  

Aylardır ki, tərəflər arasında davam edən mübahisə artıq məhkəmə müstəvisinə daşınıb. “Bakı sarayları”  qarşı tərəfi udub: Bu il yanvar ayının 11-də Nəsimi Rayon Məhkəməsində şirkətin xeyrinə qərar verilib. Bundan sonra 13 ailədən 3-ü şirkətlə razılaşsa da 10-u mövqeyində qətidir. Bununla razılaşmayan mülk sahibləri artıq həm Apellyasiya Məhkəməsinə, həm də İqtisad Məhkəməsinə müraciət edib. Sakinlər “Bakı sarayları” ilə bərabər, Bakı Şəhər İcra Hakimiyyəti ilə də məhkəmədə görüşmək niyyətindədirlər. Elə bu məqsədlədə Bakı Şəhər İcra Hakimiyyəti də məhkəməyə verilib.

Sakinlərin Prezident Administrasiyasına (PA) müraciətləri də cavabsız qalmayıb. PA-da rəsmi şəxslər tərəfindən qəbul olunub, problemin ədalətli həllinə qarantiya da alıblar.

                             Daha bir mətbu sayqısızlıq nümunəsi

Biz yenixeber.org-a daxil olmuş bu və digər məlumatlarla bağlı “Bakı sarayları” MMC-nin də mövqeyini öyrənmək istədik. Təəssüf ki, bu mümkün olmadı. Səbəb isə şirkətin heç bir əlaqə vasitəsini əldə edə bilməməyimizdir. Maraqlıdır ki, paytaxtda böyük layihələr icra edən bir şirkətlə bağlı google üzərindən axtarışlarımız da nəticəsiz oldu(?)

Bir həftədən artıqdır ki, mövzu ilə bağlı həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Nəsimi Rayon İcra Hakimiyyətinə elektron məktub ünvanlamışıq. Yenə də təəssüf, icra hakimiyyəti kimi bir dövlət strukturundan heç bir cavab ala bilmirik. Sonrakı telefon zənglərimizdən isə belə anlaşıldı ki, tərəflər medianın sorğusuna cavab verməyi ya bacarmırlar, ya da sadəcə “ayıb iş” bilirlər. Bu da media olaraq bizim həlli görünməyən problemimizdir. Əksər məmurlarımızın yumşaq desək mətbu sayqısızlığı, jurnalistlə “qutudakı ilanı” eyni görmək bəlası.

Mövzunun davamı olacaq.

 

İlqar


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam