Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çovdarovla adı çıxmış “Sipark”ın işi yubanır, sakinlər səksəkədə –Foto/Reportaj

 

 Bakının Təbriz küçəsində evləri sökülən və kirayələrə yerləşdirilən sakinlər “Sipark” inşaat şirkətinin pilot layihəni həyata keçirməməsindən şikayətlənmişdilər.

Yenixeber.org: Redaksiyamızın Bakı bürosu ilə əlaqə saxlamış mənzil sahiblərindən bəziləri narahatlıqlarını bildirmişdilər. Onlar gileylənirdilər ki, bir daş daş üstünə qoyulmayıb.

Bu dəfə də bizdən ərazidə çəkiliş aparmağı xahiş edən mülkiyyətçilər vəziyyətlə tanışlığımızı istədilər.

Ərazidə olarkən gördük ki, evləri sökülən sakinlərə tikiləcəkyeni binadan mənzillər vəd edən “Sipark” firması bir il ərzində inşaatı 50 faiz də olsa həyata keçirməyib.

Binanın təməli atılıb, dəmir rekonstruksiyalar qoyulub, amma işlər çox ləng gedir. Bu binanın tikintisi, mənzillərin hazır olması, təmiri, kommunal şəraitin yaradılması azı 1 il də vaxt aparacaq.

Tikintidə işləyə fəhlələrdən öyrənirik ki, bu işlər təzəlikcə başlayıb. Uzun müddət ərazi hasarlanıb və heç bir iş görülməyib. Buna səbəb isə “Sipark”ın fəaliyyətindəki problemlər, maliyyə məsələləri olub.

Yada salaq ki, bir müddət əvvəl MTN işində adı keçmiş şirkətin başı üzərində “qara buludlar” dolaşırdı.

Seymur İsayev
Seymur İsayev

Bu ilin martında sakinlər də saytımıza bildirmişdilər ki, Nərimanov Rayon İcra Hakimiyyəti “Sipark”ı məhkəməyə verib, sahibi Seymur İsayev Türkiyəyə gedib.

Hazırda avqustdur, müəyyən qədər iş aparılıb, sakinlərsə işlərin ləng getməyindən narahatdırlar, hələ də kirayələrdə yaşamaqdan narazıdırlar.

Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov
Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov

Mediada yazılan məlumatlarda deyilir ki, MTN generalı olmuş Akif Çovdarov S.İsayevin tikinti şirkətini himayə edib.

A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.

S.İsayev şəriki Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.

Bir neçə günlük çək-çevirdən sonra şiə məzhəbinin ardıcılı olan Hacı Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər.

MTN generalının həbsi isə “Sipark” rəhbərinni işlərini çətinə salıb. Əsasən də maliyyə məsələləri dolaşığa düşüb.

Görünür, indi “sular durulub” və tikintiyə başlanıb. İstənilən halda sakinlər səbr etməlidirlər və onlar ümid edirlər ki, hörmətli S.İsayev məsələyə özü əl qoyub, işləri sürətləndirəcək.Yunis Cəfərov /AzEuroNews.com/ 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam