Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

58 qəpiyə başa gələn toyuq əti niyə 3-4 manata satılır?!

Ötən il Azərbaycana 6 milyon dollarlıq toyuq əti gətirilib. Maraqlıdır ki, toyuq ətinin 1 kiloqramı 58 qəpiyə başa gəlib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, ötən il ölkəyə 6 milyon dollar dəyərində olan, hissələrə ayrılmış 8,1 min ton toyuq əti idxal olunub. Amma 58 qəpiyə başa gələn toyuq əti dəyərindən 5 dəfə baha satılıb.

Bundan başqa, ölkəyə hissələrə ayrılmamış 1004 ton toyuq əti də gətirilib (842 min dollarlıq). Bu qrupa aid olan malın 1 kiloqramının idxal dəyəri isə 66 qəpik təşkil edib. Lakin 66 qəpiyə olan toyuq əti də satışa dəyərindən 4-5 dəfə baha çıxarılıb.

Ekspert deyir ki, xaricdən gətirilmiş toyuq məmulatlarının alıcıları əsasən əhalinin kasıb, imkansız təbəqəsidir. Buna baxmayaraq iş adamları və bəzi məmurlar qiymətləri dəfələrlə şişirdir.

Qeyd edək ki, xaricdən gətirilən və 1 kiloqramı 4-6 qəpiyə başa gələn kartoflar isə yerli bazarda  60-90 qəpiyə satılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam