Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Türkiyədə yeni postmodern çevriliş:"Abdullah Gül siyasi meyitdir" - TƏHLİL

Əziz Rzazadə

Yenixeber.org: aAbdullah Gülün həsrətlə gözlənilən açıqlaması, nəhayət, apelin 28-də bu gün gəldi:

“Prezidentliyə namizəd olmayacağam”.

Bir həftədən çoxdur ki, Gül ətrafında möhtəkirliklər baş alıb gedirdi: “olacaq”, “olmayacaq”…

Onun müxalifətin vahid namizədinə çevrilməsinin tərəfdarları və əleyhdarları nisbəti təxminən 50-nin 50-yə idi.

Xasiyyətcə təmkinli, miyana və barışdırıcı mövqeli siyasətçi olsa da, prezidentliyi dövründə yalnız bir dəfə parlamentdə qəbul edilən qanuna veto qoyma hüququndan faydalanıb.

Üstəlik, Gül bir çox hadisələrə seyrçi münasibəti ilə liberal, kamalist-sekulyarist və mərkəzçi-mühafizəkar cinahda ikrah doğurur.

Sserarilərə görə,  Güllə müxalifət arasında vasitəçilik edən Səadət Partiyası CHP ilə anlaşmışdı. Yalnız Meral Akşenerin razılığını almaq çətin idi. “İyi  Parti” lideri vahid namizədə “hə” deməsəydi belə, ən azı ikinci turda ona dəstək verəcəkdi.

Sabiq prezidentin seçki marafonuna qatıldığı təqdirdə, Ərdoğan-Gül-Akşener yarışı həm gərgin, həm də ecazkar maraq doğuracaqdı.

Şübhəsiz, bu həm də MHP və AKP təmsilçiləri və seçiciləri arasında bölünmələrə, parçalanmalara yol açacaqdı.

Abdullah Gülün sabiq baş nazir Əhməd Davutoğlu ilə görüşü də bu qorxunu doğurmuşdu.

Davutoğlunu böyük siyasətə soxan məhz sabiq prezidentdir. Vəfa borcu olaraq ondan dəstək gözlənilirdi. Amma Davutoğlu oyuna girmədi. Hətta Gülün dəvətini qəbul edib onunla görüşdükdən sonra “namizədimiz Ərdoğandır”, – deyib deputatlıqdan vaz keçdi.

Ehtimallara görə, bu iki şəxsin sövdələşməsi baş tutduğu halda, 50 AKP-li vəkil partiya sıralarını tərk edib parlamentdə “Xoca” ləqəbli Davutoğlunun fraksiyasını yaradacaqdı.

Amma kiçik tufan baş vermədi.

Ardınca Bülənt Arınc AKP qərargahında partiya lideri ilə görüşdü.

Arınc Davutoğlu deyil, “AK Parti”də ondan hamı ehtiyatlanır; Arınc “fətullahçı” sayılır.

Onu Abdullah Güllə görüşə yolladılar.

Nəhayət, Baş Qərargah rəisi Akar vasitəçiyə döndü və Abdullah Gülü yolundan döndərdi.

(“Habertürk” xəbəri sayta qoyduqdan bir müddət sonra çıxardı və baş redaktor istefaya göndərildi. “Hürriyət”də də Fikrət Bila “istirahətə” getdi.)

Taleyin kinayəsi isə budur: 2007-ci il aprelin 27-də Baş Qərargahın açıqlaması AKP-də məhz Abdullah Gülün prezident seçilməsinə hərbçilərin etiraz kimi yozulmuşdu.

2018-ci il aprelin 27-də isə Baş Qərargah rəisi Akar Abdullah Güllə görüşüb onu namizədlikdən daşındırdıqda, AKP qibtəediləcək tərzdə hərçinin siyasətə müdaxiləsinə susqun qaldı.

Qısası, yeni postmodern hərbi çevriliş Türk ordusu və AKP-nin ortaqlığı ilə həyata keçdi.

28 fevral 1998-ci ilin ilk postmodern çevrilişindən 20 il keçir…

 P.S. Əhməd Hakan son künc yazısına tam yerinə oturan başlıq qoyub: “Abdullah Gül siyasi meyit oldu”.Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam