Düşüncələr, təəssüratlar -ANDİÇMƏ
(Azərbaycan ötən illərdə xaricdə hazırlanmış dağıdıcı planlardan necə imtina etdi)
Yenixeber.org: Azadlıq və müstəqillik tarixi həqiqətdir. Bu həqiqəti isə heç vaxt, heç zaman vermirlər....onu qazanırlar. O xalq, o millət xoşbəxdir ki, tarixin “Azadlıq” və “Həqiqət” adlı körpülərdən keçib və keçir. Bu özü cəsarətdir, ən yüksək əxlaqi dəyər, zəngin mənəvi sərvətdir.
Akademik T.Marşall (London) yazır: “...XVIII əsr dünyaya insan hüququnu verdi, XIX əsr insana siyasi azadlığı, XX əsr iqtisadi inkişafı gətirdi...”
Bizim tədqiqatlara görə XXI əsr isə bəşəriyyət üçün dini azadlığı gətirdi. Azərbaycanın başının üstünü almış, qərbin və Avropanın sərhədlərimizə qədər qova-qova gətirdikləri, lakin onu içəri ötürə bilmədikləri “Ərəb baharı”ının baş verməsinə də səbəb elə, “Dini azadlıq” anlayışı oldu. Nəticədə “Ərəb baharı” özünü “İŞİD” terror şəbəkəsi şəklində göstərdi. Fikrimcə Azərbaycan gələcəkdə baş verə biləcək “Ərəb baharı” üçün inkubasiya mərkəzinə çevriləcək.Bu faktın və ya fikrin bir tərəfini artıq görürük. Ərəb ölkələrindən Azərbaycana kütləvi surətdə “köç edən”, turizm adı ilə axıb gələn “Ərəb avarları”nın (bunu ərəb mətbuatı yazır) fəaliyyət və davranışlarında görürük.
Biz gələn ərəblərin sir-sifətində əzab-əziyyət, işgəncə çəkən ərəbləri görmədik. Bizim ipoya çağırışlarımızda belə bir ifadə var: “...toya çağırırıq. Həm kefə, həm xərcə...” Zaman və tədqiqat göstərir ki, vaxt gələcək bizim məmləkətdə ərəblərdən doğulan uşaqların sayı bilinməyəcək. Məlumata görə son üç ildə Azərbaycanda qeyri-qanuni doğulan, atılan və satılan uşaqların sayı beş yüzü keçib. Yaş həddinə görə isə məsələ daha faciəvidir...
Azərbaycan “Azadlıq” adlı bir həqiqəti dərk edib, onu qazandı. Azərbaycan bu gün qazandığı “Azadlıq”la böyük “Həqiqət” arasındadır. Görən, bəs biz necə, bütün bunları - şərəf və ləyaqətimiz olan “Azadlığ”ı, “Həqiqət”i qoruyub saxlaya bilirikmi? Mən beynəlxalq miqyaslı araşdırmalar və tədqiqatlar aparan diplomat, amerikalı general Kolemanın fəlsəfəsilə, məntiqilə, XXI əsrə baxışları ilə razıyam. Məhz onun baxışları konteksindən müdrik siyasətçi Heydər Əliyevin qurduğu müstəqil Azərbaycana nəzər salıram. Cənab Prezident and içə-içə mənim gözlərim önündən Azərbaycan və dünyanın 188 ölkəsinə səpələnmiş azərbaycanlılar keçir. Və belə anda düşünməyə bilmirəm. Qoruya bilirikmi hissə-hissə tikilmiş, daşları səf-səf düzülmüş, hörülmüş qurulmuş müstəqil Azərbaycanı? Biz daşları qarışdırmadıq ki? ...Amma bəzən daşları da, başları da qarışdırırıq.Elə anlar oldu ki, səbrlə, təmkinlə qurulmuş müstəqil Azərbaycanın bəzi hörgülərini tamahla, nəfslə dağıdıb, yandırdıq.
Deyim ki, nə qədər əzilsək də, söyülsək də, döyülsək də... Biz qorumağı bacardıq. Ona görə ki, Böyük Heydər Əliyevin məktəbinin qapıları bağlanmayıb. O qapılar açıqdır və qüdrətlidir. Düynanın qədim kitablarında, əlyazısında kureyyi-ərzin 99 ən möhtəşəm və müqəddəs şəhərləri sırasında dayanan Bakının gələcək yeddi illik tarixini dinlədim. Və gördüm ki, Allah bizə insanların itirdikləri ən qiymətli dəyərləri bərpa etmək üçün onları qaytarıb yerinə qoymaq üçün...nəhayət insanı insan kimi yaşatmaq üçün bir Peyğəmbər möhlətini-yeddi ili verdi.
Avropaya, Asiyaya dəhlizləri olan müstəqil Azərbaycanın bu gün nəinki yanacaq resurslarında... həmçinin onun ən adi yarpağında, böcəyində belə beynəlxalq miqyaslı strateji maraqlar var. Bu gün Beynəlxalq hesabatlarda oxuyuruq ki, Müsəlman aləmindəki insan artımı aparıcı dövlətləri narahat edir. Azərbaycan da bu narahatçılığın artıq məngənəsindədir və bu imkan vermir ki, Azərbaycan özünü sərbəst idarə etsin. Öz qanunları ilə, milli mentalitetilə özünə arxa olsun, yaşasın. Azərbaycanda milli təhlükəsizliyimizin təminatçısı kimi, bazası kimi müstəqilliyimizin dayaqlarını qoruyan qərarlar da qəbul olundu. Bu qanunlar prizmasından Azərbaycana nəzər salaq. Prezidentlik üçün yeddi il Allahdan əlavə möhlət istəyən Prezident İlham Əliyevin “Azərbaycan Konsepsiyasında bizi nələr gözləyir. Biz bu yeddi ildə nələri itirə bilərik və əvəzində nələri qazanacağıq? Bizi nələr gözləyir? Tarazlıq pozulmasın deyə, nə etməliyik? Nəyi qurban verməliyik? Çünki öz xalqının gələcəyi uğrunda nəyisə qurban verməyənləri böyük və hegemon dövlətlər hansı yollasa cəzalandırmağı üstün turur.
Məsələn, Beynəlxalq oliqarxiyanın baş strukturu - Karneqi fondunun Nyu-Yorkdakı ofisində yerləşən Beynəlxalq Münasibətlər Şurasının ən fəal funksonerlərindən biri olan Kissincer (o, bir neçə dəfə Azərbaycanda olub - R.N.) bir zamanlar zindanda olan, öz xalqının azaldılması siyasətini yeritmək istəməyən Pakistan lideri Bhuttonu ziyarət edir və onu çox kəskin şəkildə hədələyir: “Mən sizə və öz ölkəsinin möhkəmləndirilməsi siyasətini yeritmək istəyən şəxslərin hamısına elə dərs verəcəyəm ki, onun dəhşəti heç vaxt yadınızdan çıxmayacaq”.
H. Kissincerin belə hədələri yalnız Amerika siyasətinin tərkib hissəsi deyil. Bu, bütövlükdə müasir “İllominatların” siyasəti idi.
Pakistan liderinin faciəli sonluğu yaxşı məlumdur.
Herstoninin Amerikada deyil, Avropada and içib verdiyi şahidlik ifadəsi siyasətində hamı bildi ki, Aldo Moronun faciəli şəkildə həlak olmasının arxasında Kissincer dayanıbmış.
Kissincer Moronu onun oteldəki nömrəsində, İtaliya liderlərinin ABŞ-a rəsmi səfəri zamanı hədələnmişdi. (Aldo Moro NATO-ya daxil olan ölkənin baş naziri və xarici işlər naziri idi. Belə adamlar heç vaxt mafiya stilində təzyiqə və hədəyə məruz qala bilməzlər). Buna baxmayaraq xanım Eleonora Moro Kissincerin sözlərini olduğu kimi dəqiqliklə təkrarlamışdı: “Ya siz öz siyasətinizdən əl çəkirsiniz, ya da o sizə çox baha başa gələcəkdir”.
Moronun qatillərinin məqsədi onu “Roma klubu”nun ölkənin sənayesizləşdirilməsi və əhalisinin azaldılmasına dair” təlimatlarına tabe etməkdən ibarət idi. Bütün bunlar tarixdir. Qədim bir xalqın taleyinin bir parçasıdır. Bu taleh bizi həm də düşündürən, bu gün hesabat verib, and içən ölkə başçısının öz xalqı ,öz milləti tərəfindən qorunan və sevilən bir Prezident üçün bir mesajdır. Beynəlxalq oliqarxiya klanların təsəvvürünə görə, yer üzündə ən yaxşı sülh ideyası ona gətirib çıxarır ki, məhdud ehtiyatları faydasızcasına mənimsəyən milyardlara “ağız-istehlakçı” saf-çürük edilir və məhv olunur. Sənayenin tərəqqisi isə əhalinin artımına səbəb olur, ona görə də, Varlıq kitabının müqəddəs kəlamı - “doğub-törəməli və torpağı əkib-becərməli” dəyişdirilməlidir. Dünya daha yaxşı və az olmalıdır, indi olduğundan daha çox idi.
Ardı olacaq
Rövşən Novruzoğlu Bəlizadə
Politoloq, beynəlxalq terrora qarşı strateji araşdırmalar mərkəzinin direktoru,
Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert