Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Güney Azərbaycan: inamlı, idraklı hiddətə yetmək, yetirmək


 Güney Azərbaycandakı 2006-cı il 22 may hadisələrindən 9 il ötür.

"Xeberinfo.com":  Ötən illərdə durumun daha da gərginləşdiyi göz qabağındadır. Soydaşlarımızın milli azadlıq yönündəki çabaları çox hallarda istəkdən o yana getmir. Durumun təhlili onu deyir ki, bütün hallarda Güney Azərbaycanda nə qədər çətin olsa da, milli kimlik yönündə maariflənməyə, maarifləndirməyə gərək var. İndi İran kimi qapalı bir ölkədə belə elmi-texniki gəlişmənin qarşısını kəsmək qətiyyən mümkün deyil. Bu ölkədə informasiya texnologiyalarının inkişafı insanların internetdən istifadəsini getdikcə daha da qaçılmaz edir. Təbiidir ki, internetdən istifadə soydaşlarımızın dünya ilə əlaqəsini daha da operativləşdirir. Deməli, soydaşlarımızın Azərbaycan-Türk ruhu – mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı bilgilər almaq imkanları da getdikcə atrır. Burada arzuolunan odur ki, soydaşlarımız dünyaya çıxmaq imkanı tapdıqda onu daha ciddi dəyərləndirə bilsinlər, parçalanmış millətimizin mənəvi birliyi yönündə hər bir kəs bacardığı insani çabanı göstərsin.

***

Yolun çətinliyi heç kəsi ruhdan salmamalıdır. Bilmək gərəkdir ki, Türk ulusunun varolma mübarizəsi heç zaman asanlıqla başa gəlməyəcək. Millət olaraq insani haqqımızı tələb etməyimiz borcumuzdur. Ancaq bu, hər birimizdən yetkinlik tələb edir. Güneyli soydaşlarımız idraki-mənəvi yetkinliyə çatmaq yönündə çalışmalıdırlar. Bu, ötən onillərdəki səhvlərdən qurtulmaq üçün də gözəl imkanlar yaradar. Yetkin insanların azadlıq mübarizəsi yetkin sonucla başa çatar. Bütün hallarda isə azadlıq mübarizəsini hər bir fərdin azadlıq hadisəsi səviyyəsində dərk etmək, bu duyğuyla canlı şəkildə yaşamaq gərəkdir.

***

Mümkün qədər dünyanın halıyla yaşamamaq, dünyanın halından üstün olmaq gərək! Bilmək ki, dünyanın Azərbaycan dərdi yoxdur. Ona görə də Bütöv Azərbaycan eşqi ilə yaşayan hər bir kəs Vətəni təmsil edəcək mənəvi gücə yetməlidir. Bu imkan isə hər bir soydaşımızın aqibətində var. Ruhu bütöv Azərbaycanımız ikiyəbölünmüşlük taleyini yaşamaqdadır. Dünyanın gerçək səviyyəsi halımızı, aqibətimizi anlamaq qüdrətində deyil. Bizi sevməyənlər güclü və zəif məqamlarımızı durmadan öyrənirlər. Dünya hələ də Güney Azərbaycan dərdimizə saymazlıq göstərməkdədir.

***

Ötən yüzildə və bu yüzilin əvvəllərində Güney Azərbaycanda baş verən hadisələr onu göstərdi ki, Azərbaycan türkləri bu və ya başqa taleyüklü məsələlərdə həmişə özünün fitri imkanlarına, bir millət olaraq ruhuna daha çox əsaslanmalıdır. Bu yöndə Türk Dünyasının gələcəkdə, haçansa köməyi məsələsinə gəldikdə isə təəssüf ki, hələ türklərin birliyi mahiyyətcə əməldə reallaşmayıb. Azərbaycan aydınları özgələrdən kömək ummaq adətindən əl çəkməlidirlər.
IX yüzildə həşəmətli ərəb imperiyasına qarşı mübarizədə xəyanət nəticəsində məğlub olaraq tikə-parça edilən Babəkin başçılıq etdiyi hərəkatın süqutundan sonra Azərbaycanın taleyində yenidən silsiləvi fəlakətlərə yol açıldı. Şah İsmayıl Xətayinin qurduğu dövlətin türkçülük yönü təəssüf ki, çox çəkmədi.
Şah Abbas Xətayinin bütün zəhmətini farsçılığın ayağına bada verdi. 1721-ci ildə imperiya kimi qurulan Rusiya Azərbaycanın işğal olunması ilə bağlı qəddar istəklərini bir əsr ərzində gerçəkləşdirdi. Başqa tərəfdən də İran Azərbaycanın tarixən düşdüyü böhranlı vəziyyətdən istifadə edərək zaman-zaman torpaqlarımızı işğal etdi.

***

XIX yüzilin əvvəllərində Azərbaycan xanlıqlardan ibarət idi. Təəssüf ki, tarixən türkün biri-birini sevməməsi, vahid dövlətçiliyinin belə bir gərəkli məqamda təsdiq olunmaması ilə acı bir gerçək durum yaratmışdı. Bir-birini sevməyən Azərbaycan xanları nə qədər ürəkağrıdıcı səslənsə də, məhz bir-birlərindən müdafiə olunmaq üçün çoxu qıraqdan özünə qəyyum axtarmağa başladı. İranla Rusiya hər biri ayrı-ayrılıqda mövcud fəlakətli durumumuzdan məharətlə istifadə etdilər. Yurdumuz iki böyük yağı dövlətin müharibə meydanına çevrildi.
Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin amansız bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan türklərinin parçalanmış xalq olduğunu dünya etiraf etməlidir. Azərbaycanın tarixi ərazilərinin böyük bir hissəsinin İranın əsarəti altında olduğu ilk növbədə soydaşlarımızın ağlına və ürəyinə yazılmalıdır. Babəkin xəlqi əməli azadlıq uğrunda apardığı uzunmüddətli döyüşləri hələ də soydaşlarımız tərəfindən ömürləşməyib. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir.

***

Güney Azərbaycan İran əsarətində olduğu 200 illik müddətdə özünün milli ruhunu çoxlu itkilər versə belə, qoruyub saxlaya bilib. Bu gün fars şovinizminin bütün qadağalarına baxmayaraq, sazın soydaşlarımızın əlindən alınması mümkün deyil. Hazırda Azərbaycanımızın Güneyində sazın əvvəlki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, ciddi müqavimətinin nəticəsi kimi meydana çıxır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu ifadədə zəifliyə və zəlilliyə yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazı anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danışsa da, onun bu harayında zəlillik və zəiflik olmadığından kədərimiz bizə yenilməz güc verir.

***

 

Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq bu, Azərbaycan Türkcəsini elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaranır. Əksinə, Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayı artırılıır ki, Azərbaycan Türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.
İçındə olduğumuz təhlükələrdən çıxış yolu – Asif Atanın Mütləqə İnam dünyabaxışıdır. Bu Yol “İnsanlaşın, İnsanlaşdırın!” harayına əsaslanır, bizi gerçəkdən ulus olaraq var etməyə qadirdir, bəşərin də xilas yoludur.

 

 

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam