Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanın resursları hər kəsə kifayətdirmi?

 

Yenixeber.org: Bu gün dünyada 8 milyarda yaxın insan yaşayır. İldə isə 4,5 milyard ton ərzaq istehsal olunur. Dünyanın ərzaq istehsalı bəşəriyyəti asanlıqla doyduracaq səviyyədədir, hətta 50% artıq istehsal var. Yəni hər il 10 milyard insanı qida ilə təmin edəcək ərzaq istehsal olunur. Bu statistika dünyadakı müharibələrin səbəbinin aclıq olmadığını sübut edir. Heç kim həyatda qalmaq üçün hücum etmir, qətliam törətmir, ya da bir başqasının ölümü ilə öz həyatını davam etdirmir. Bu məqalənin mövzuasu təcavüzkarlığın, zorakılığın səbəbinin acgözlük, tamahkarlıq və eqoizm olması gerçəyidir.

XXI əsr texnologiyası bütün bəşəriyyəti qidalandırmağa kifayət edəcək səviyyədədir. Amma XIX əsr iqtisadçıları bunun tam əksini müdafiə edirdi. Başda Tomas Maltus olmaqla həmin dövrün "mütəfəkkirləri" insan sayının həndəsi silsilə ilə artdığını, ərzaq məhsullarının isə ədədi silsilə ilə azalacağını və bu səbəbdən ac qalmamaq üçün əhalinin sayının məhdudlaşdırılmasının vacibliyinə dair iddia ortaya atmışdı. Maltus nəzəriyyəsini daha da "inkişaf" etdirdi və əhalinin sayına nəzarət edilməsi üçün müəyyən cəmiyyətlərin ortadan qaldırılmalı, yəni yox edilməli olduğunu, bunun da müharibə, qıtlıq və fəlakətlərlə mümkün ola biləcəyini müdafiə etməyə başladı. Halbuki nə əhalinin artımı ehtiyatları məhdudlaşdırırdı, nə də resurslar tükənirdi. Maltus bu iddiasını materialist təfəkkürün təzahürü olaraq həyata keçirmək istəyirdi.

Heç bir elmi əsasının olmamasına baxmayaraq, məhdud resurslar nəzəriyyəsi uzun illər müstəmləkəçiliyin əsas ideologiyası oldu. Maltusun fikrini qəbul edənlər ölkələri işğal etməyi, hərbi təzyiqlə istismar etməyi və çox vaxt da aclığa məhkum etməyi bu şəkildə rasionallaşdırdılar. Halbuki təkcə son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı 20% artıb. XXI əsr texnologiyası sayəsində resursların çatışmazlığı artıq aclıq səbəbi deyil.

XX əsrdə Con Maynard Keyns (John Maynard Keynes) kimi ingilis iqtisadçılar Maltusun nəzəriyyəsini tətbiq etməyə çalışdılar. Əsrin ikinci yarısındakı neft müharibələrinin səbəbi də bu təbliğat idi. 1970-ci illərdə dünyanın neft ehtiyatlarının 2020-ci illərdə tükənəcəyinə dair yüzlərlə xəbər dərc edildi, "elmi" hesabatlar hazırlandı. Siyasətçilər, hərbçilər, dövlət rəhbərləri işğal və soyqırımları hər zaman bu iddialarla əsaslandırdılar.
 
Bu gün artıq məlumdur ki, istehlakın artmasına baxmayaraq, yerin altı hələ uzun illər kifayət edəcək qədər qalıq yanacaqları ilə doludur. Ancaq XVIII və XIX əsrdə müstəmləkəçiliklə artan var-dövlət hərisliyi 20-ci əsri qana buladı.

Bu zaman sual yaranır ki, "niyə dünya əhalisinin 12%-i aclıq həddindən də aşağı yaşayır?". BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, bu gün dünyada 850 milyon insan aclıq çəkir. Bu sualın cavabı sadəcə tamahkarlıqdır. Bu gün dünyada ən zəngin 1% insanla ən kasıb 50% insan eyni sərvətə malikdir. Yəni aclığın və yoxsulluğun birinci səbəbi sərvətlərin ədalətli və ya ən azından bir-birinə yaxın şəkildə bölüşdürülməməsidir. Ən zəngin 80 nəfərin sərvətinin milyardlarla insandan, onlarla ölkədən çox olduğu dünya ədalətsizliyin artıq ən son həddə olduğunun göstəricisidir.

Dünyadakı aclığın ikinci səbəbi isə israfdır. Hazırda dünyanın kiçik bir hissəsi resursların əksəriyyətini israf edərək istehlak edir. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. 1 trilyon dollar dəyərindəki bu israfın 70%-i inkişaf etmiş ölkələrin payına düşür. Qərb dünyasında hər insan ildə 110 kq yemək israf edərkən Afrikada bu rəqəm 9 kq-dır. İnkişaf etmiş ölkələrdə yeməklər evlərdən, restoranlardan və supermarketlərdən zibilliyə atılır, inkişaf etməkdə olan ölkələrdə isə daşıma və saxlama problemlərinə görə məhv olur. Bəşəriyyət olaraq istehsal etdiyimiz tərəvəz və meyvənin 45%-ini, balıq məhsullarının 35%-ini, çörəyin 30%-ni, ət və süd məhsullarının 20%-ni zibilə atırıq. Bu 3 km diametri və 2500 m hündürlüyü olan “israf dağı” deməkdir.

ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir. Yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı tərəfindən israf edilir. Avropa İttifaqında isə ildə 140 milyard avro dəyərindəki 90 milyon ton qida küçəyə atılır. Təkcə İngiltərədə ildə 17 milyon ton yemək israf edilir. İngilis xalqı kahının 38%-ni, çörəyin 23%-ni, yemişin 26%-ni zibilə atır.

Dünyadakı aclığın digər əhəmiyyətli səbəbi isə silahlanma yarışıdır. Bu gün hərbi anbarlarda olan silahların dəyəri trilyonlarla dollardan çoxdur. Vətəndaş müharibələrinin olduğu ölkələr bir növ silah bazarına çevrilib. Texnologiyası daim inkişaf edən silahlar əsasən anbarlarda illərlə qalıb çürüyür. İnsan öldürmək üçün milyonlarla dollar vəsait sərf edilir, insanları yaşatmaq üçün demək olar ki, heç bir səy göstərilmir.
 
Anbarlarındakı silahları istifadə etmək istəyən kütlələr hazırda Suriyada, İraqda, Əfqanıstanda, Liviyada, Yəməndə milyonlarla insanı qidalandıra biləcək infrastruktur bombardmanlarla məhv etmişdir. Bəşəriyyət istehsal etmək əvəzinə müharibələrlə dağıdır.

Bu gün dünyanın hər yerində vicdanlı insanlar yuxarıda qeyd edilən problemləri həll etməyə çalışırlar. Ancaq bu səylər çox vaxt uzunmüddətli həll yolu gətirmir. Çünki bəşəriyyəti bu eqoizmə sürükləyən düşüncə dəyişmədikcə davamlılıqdan bəhs etmək mümkün deyil. Başqa sözlə, bataqlığı qurutmadan ağcaqanadla mübarizədə qalib gəlmək mümkün deyil. Burada bataqlıq eqoizmi, hərisliyi, şiddəti yayan materialist düşüncədir. Bəşəriyyətə bu xüsusiyyətləri çatdıran təhsil sistemləri, iqtisadi modellər, sosial və ictimai ideologiyalardır. Müharibə ideologiyaları yerini sülhə verdikdə, fədakarlıq eqoizmlə əvəz edildikdə, insanların hər şeyə sahib olmaq əvəzinə bölüşməkdən zövq aldığı dünyada pislik tab gətirə bilməz. Gələcək nəsillərimizə qoyub gedəcəyimiz ən yaxşı miras budur.

Adnan Oktar

 

 

Dünyanın resursları hər kəsə kifayətdirmi?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam