Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiya-İran-Ermənistan “üçlüyü” hara hədəflənib?-Yerevan ABŞ-ın sanksiyaları ilə üzləşə bilər

Son günlər Ağ ev Rusiya və onun müttəfiqlərinə qarşı siyasətini xeyli sərtləşdirib.

Yenixeber.org: ABŞ-ın The Hill qəzeti yazır ki, Britaniyada Rusiya xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripalın və qızının müəmmalı şəkildə zəhərlənməsindən sonra Qərb ölkələri Kremlə qarşı sərt addımlar atmağa başlayıblar. ABŞ da 60 Rusiya diplomatını ölkədən çıxarıb.

ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo da Rusiyaya sanksiyaların qoyulmasının tərəfdarıdır. Bütün bunlar Rusiyanın yaxın müttəfiqləri üçün yaxşı xəbər sayıla bilməz. Ukrayna, Gürcüstan və Pribaltika ölkələrini çıxmaq şərtilə keçmiş sovet ölkələri Rusiya ilə yaxından əməkdaşlıq edirlər.

"The Hill" yazır ki, ABŞ-ın Ermənistanla münasibətləri müttəfiqlik münasibətləri sayıla bilər. Amma Ermənistanda 5000 rus əsgəri var. Bu ölkə Rusiyadan silah almaqda davam edir. Üstəlik də Ermənistanın İranla yaxın əlaqələri var. Xüsusən İranın mübahisəli nüvə proqramı ilə bağlı beynəlxalq razılaşmadan sonra Yerevan Tehranla hərbi əməkdaşlığı genişləndirməyə başlayıb. 2016-cı ildəİran Müdafiə Nazirliyinin rəhbərləri Yerevana səfər etmişdilər. Səfər zamanı iki ölkə arasında çoxsaylı razılaşmalar əldə edilmişdi. Onların bəzilərinin nəhaqda olduğu gizli saxlanır.

2017-ci ilin əvvəlində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib. O, İranın hərbi zavodlarına da baş çəkib. Ötən ilin oktyabrında İranın müdafiə naziri Nasrollah Kalantari Ermənistana səfər edib. "The Hill" yazır ki, əslində indiki əməkdaşlıq 2002-ci ildə dondurulmuş hərbi əməkdaşlığın bərpasıdır. O zaman ABŞ Ermənistanın Lizin biokimyəvi korporasiyasını "qara siyahıya" salmışdı. ABŞ həmin şirkəti Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Al-Ahd Sadeq Trading” şirkətinə ikili təyinatlı məhsullar satmaqda ittiham etmişdi. Lizin belə bir alqı-satqının baş verdiyini etiraf etmişdi. Amma Ermənistanın o zamankı rəhbərliyi bu alqı-satqının hökumətlə heç bir bağlılığı olmadığını bildirmişdi. Baxmayaraq ki, ABŞ hökuməti alqı-satqının reallaşmasında Armen Sarkisyanın rolu olduğunu bildirmişdi. O isə keçmiş baş nazirin qardaşı idi.

2006-cı ilin aprelində və 2008-ci ilin iyununda WikiLeaks saytı ABŞ dövlət departamentinin məxfi sənədlərini yaymışdı. Həmin məlumatlarda deyilirdi ki, İraqda iranyönlü yaraqlıların silahları ələ keçirilib: RPG-22 tank əleyhinə silahlar və PKM pulemyotları. Bunları daha əvvəllər Ermənistan alıbmış. Həmin silahlardan İraqda ABŞ əsgərlərinə qarşı istifadə olunmuşdu. ABŞ belə nəticəyəgəlmişdi ki, həmin silahlar İraqa yalnız Ermənistan-İran razılaşmalarının nəticəsi olaraq gəlib çıxa bilərdi.

Rusiya, İran və Ermənistan əlaqələri başqa sahələrdə də dərinləşdirirlər. 2016-cı ildə onlar birgə enerji dəhlizi yaratmağa qərar veriblər. "The Hill" yazır ki, Ermənistan böyük dövlətlərlə əhatələnmiş kiçik ölkədir. Amma onun Amerikanın maraqlarına qarşı çıxan iki ölkə – Rusiya və İranla yaxınlaşması təhlükəli ola bilər. Ermənistanı bu yoldan çəkindirmək üçün Avropa Birliyi ona tərəfdaşlıq proqramı təklif edib. Bir neçə ay əvvəl həmin proqram imzalanıb. Məqalədə deyilir ki, ABŞ da Ermənistanı Qərbdən kömək istəməyə həvəsləndirmək üçün addımlar atmalıdır. (Azadlıq Radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam