Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“ABŞ Krım yarımadasını Rusiyaya bağışlayacaq” -ŞOK İDDİA

Xeberinfo.com:   Almaniyanın nüfuzlu “Bild” nəşri yazır ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer seçilmiş prezident Donald Tramp üçün Rusiya ilə əlaqələrin normallaşdırılması üzrə plan hazırlayacaq. Bu barədə alman nəşri Avropa xüsusi xidmət orqanlarının məlumatları əsasında xəbər verib.

 “Bild”də dərc olunmuş yazıya istinadən xəbərə görə , Kissincer Çinin güclənməsi fonunda ABŞ-la Rusiyanın yaxınlaşmasını düzgün addım kimi qiymətləndirir. Təcrübəli danışıqlar ustası olaraq tanınan Kissincer Rusiya prezidenti Vladimir Putinlə tez-tez görüşlər keçirməsi ilə məşhurdur. Bu səbəbdən də, o, Moskva ilə Vaşinqton arasında vasitəçi olacaq.

Qəzet yazır: “Avropanın xüsusi xidmət orqanlarının apardığı analiz göstərir ki, yeni ABŞ prezidenti Kissincerin məsləhətinə uyğun olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvinə çalışır”.

Bundan əlavə, Kissincer məsləhət görüb ki, keçmiş sovet respublikaları Rusiyanın nüfuz əhatəsinə qaytarılsın.

“Bild” qeyd edir ki, Ukrayna problemi aşağıdakı kimi həll ediləcək: Moskva Ukraynanın şərq hissəsi üçün təhlükəsizlik zəmanəti verəcək, Qərb isə Krıma görə “səs-küy qoparmaqdan” əl çəkəcək. Alman nəşri yazır ki, yarımada rəsmi olaraq Rusiya ərazisi kimi tanınmasa da, bu məsələ ABŞ-la Rusiya arasında problem olaraq qalmayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam