Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ və Kanada ilə yanaşı daha 14 ölkə rus diplomatlarını ərazisindən çıxarır

 

 

Ümumilikdə 106 rusiyalı diplomat iş yerini tərk etməlidir

Yenixeber.org: ABŞ, Kanada və Aİ ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır.

 "Gazeta.ru" xəbər verir ki, ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir.

Bundan əlavə, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq. Avropa Şurasının sədri Donald Tuskun sözlərinə görə, "Skripal işi"nə görə, rus diplomatları ümumilikdə 14 ölkəni tərk edəcəklər. Tusk əlavə tədbirlərin görüləcəyini və digər qovulmaların da olacağını istisna etməyib.

ABŞ istisna olmaqla, Kanada rus diplomatlarını ərazisindən çıxaran Aİ üzvü olmayan yeganə ölkədir.

Qeyd edək ki, "Skripal işi" ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 rus diplomatını qovub), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaşını ərazisindən çıxarır), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və "Aeroflot"un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat).

Qeyd edək ki, ABŞ da "Skripal işi" ilə əlaqədar 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmaq və Rusiya Federasiyasının Sietldəki baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam