PUTİNİN 3 MƏHARƏTİ VƏ MAGİYASI– “G7 Rusiyanın təsirini dayandıracaq”
Yenixeber.org: Hansı ölkə keçən il beynəlxalq arenada daha çox təsir imkanından yararlanıb? Bu sualı eşidən kimi, Koreya Xalq Demokratik Respublikası və ABŞ-la yanaşı, əminliklə Rusiyanın da adını çəkmək olar. Ümumi Daxili Məhsulunun həcminə görə Rusiya dünya reytinqində 12-ci yerdə gedir. Axı, nə üçün Rusiya kimi “regional nəhəng dövlət” dünyada bu cür təsir imkanına malikdir? Rusiya öz magiyasını bu il də qoruya biləcəkmi?
- Rusiyanın üç üstünlüyü
Digər ölkələrlə müqayisədə Rusiyanın aşağıdakı üç üstünlüyü var:
Birincisi – BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya özünün veto hüququndan istifadə edə bilər. Onu da deyək ki, keçən ildən Çin həmişə Rusiya ilə birlikdə hərəkət etməyib. Elə hallar olub ki, Pekin bitərəf qalıb və ya Moskvanın veto qoymasına baxmayaraq, məsələnin lehinə səs verib. Əgər Çin irəlidə də öz yoluyla gedəcəksə, onda ictimai fikir təklənmiş Rusiya diplomatiyasına kəskin neqativ yanaşacaq.
İkincisi – Rusiya Asiya və Avropa arasında sıxışmış materik dövlətdir. Ona görə də, Rusiya bu regionda baş verən işlərə qarışmağa haqqı olduğunu iddia edir. Həqiqətən də, o, Şimali Koreyanın nüvə problemi ilə bağlı altıtərəfli danışıqlarda iştirak edir. Amma hər halda Avropanın bir hissəsi və xüsusən də Asiya ölkələri Rusiyanı rəsmi surətdə öz qruplarının üzvü sayırlar.
Üçüncüsü – Faydalı qazıntılar sferasında Rusiya dünya lideridir. Buna baxmayaraq, son illər ABŞ şist nefti və qazının hasil olunmasında mühüm işlər görüb. Onlar bu sahədə lider mövqeyə çıxıblar. 2014-cü ildə neftin qiymətinin düşməsi və “G7” ölkələri tərəfindən tətbiq edilən sanksiyalar üzündən, təbii resurslardan asılı olan Rusiya iqtisadi böhrana qərq oldu. Bu səbədən Rusiya siyasi və diplomatik təzyiq kimi enerji faktorundan əvvəlkitək səmərəli istifadə edə bilmir.
– Prezident Putin cavab zərbəsi vurmağa cəhd edir
Yuxarıda sadalanan üç ütünlükdən məharətlə istifadə etməklə yanaşı, Vladimir Putin Rusiyanın beynəlxalq arenadakı təsirini artırmaq üçün digər səylər də göstərir.
Birincisi – Üstünlüklərdən istifadə etmək uzunmüddətli hakimiyyətdə qalmağa imkan yaradır. Putin artıq 18 ildir ki, ölkəyə rəhbərlik edir. O, prezident postunu Medvedyevəyalnız dörd illiyə güzəştə getdi. Amma buna baxmayaraq, bu dövr ərzində Putin Medvedyevə nəzarət etməklə bərabər, həm də onu idarə edirdi. Fakitiki olaraq Medvedyev prezident postunda Putinin nümayəndəsi rolunu oynayırdı. Yəni, daxili siyasət və diplomatiya Putinin əlində cəmləşmişdi.
Həmin dövrdə beynəlxalq siyasi səhnəni Buş, Obama, Bleyer, Şröder, Sarkozi, Berluskoni və həmçinin də yeddi Yaponiya baş naziri tərk etdi. Nəticədə dünyanın əsas aparıcı ölkələrində hakimiyyətdə yalnız bir nəfər təcrübəli rəhbər – Putin qaldı.
İkincisi – prezident Putin Rusiyada təmiz avtroritar sistem yaratdı. Bu səbəbdən o, demokratik ölkələrin rəhbərlərindən fərqli olaraq, özünə lazım gələn diplomatiyanı həyata keçirə bilir. Putin rejimi söz və mətbuat azadlığı kimi demokratik haqlara məhdudiyyətlər qoyur. Üç iri televiziya şirkəti dövlət nəzarəti altındadır. Ona görə də, hakimiyyət ziyalılar və rusiyalılar tərəfindən səslənən tənqidə əhəmiyyət verməyə bilər. Hakimiyyətin bölünməsinin üç şaxəli sistemi işləmir – parlament prezident administrasiyasının əlavəsinə çevrilib və Putinin fərmanlarını avtomatik imzalamaqla məşğuldur.
Üçüncüsü – Hətta bəlkə də, dahiyanə adlandırıla biləcək Putinin diplomatik istedadını xüsusilə qeyd etmək lazımdır. Məsələn, potensial rəqib və ya hansısa güc vakkumu meydana gələn kimi, Rusiyanın təsir sferasını genişləndirmək naminə Putin bütün gücünü oraya istiqamətləndirir. O, Cənubi Osetiyanı, Abxaziyanı və həmçinin də Krımı ələ keçirmək üçün faktiki olaraq, ildırımsürətli taktika tətbiq edir. Suriyanın bombalanmasını və Şimali Koreya ilə yaxınlaşmanı da yaxşı nümunə kimi qeyd edə bilərik. Bundan başqa hər hansı ərazini götürdükdən və ya öz maraqlarını genişləndirdikdən sonra Putin heç zaman bu yoldan geri dönmür. Hətta hər hansısa güzəştə gediləndə də, Putin öz opponentindən başqa bir kompromis qoparmağa çalışır.
- “Böyük yeddilik” özünün axmaq yerinə qoyulmasına imkan verməməlidir
Martın 18-də keçiriləcək prezident seçkilərində Putinin dördüncü müddətə prezident seçiləcəyinə əminlik 100%-dir.
Beləliklə, dördüncü prezidentlik müddətində Putin özünün üçüncü hakimiyyət müddətində olduğu kimi, diplomatik uğurlar qazana biləcəkmi? Bu, bir çox səbəblərdən asılıdır, lakin bir şeyi konkret söyləmək olar: hər şey “böyük yeddilik” təşkilatının əlindədir.
Putin diplomatiyasının xüsusiyyətlərini anlamaq “G7” üçün mühümdür və onun taktıkasının bu təşkilatı axmaq vəziyyətə qoymasına imkan verilməməlidir. Bundan başqa ”G7” ölkələri yalnız öz ölkələrinin maraqlarını güdməməlidirlər. Çünki bu, ”G7” ölkələri arasında parçalanma yaradır.
Beləliklə, ”G7” ölkələri Putinin ildırımsürətli parçalamaq taktikasından irəli gələn təhlükələrin qarşısını almaqla yanaşı, Rusiyanı əlavə üstünlüklərdən məhrum edə biləcəklər.
(“Sankey Simbun”-Yaponiya)