Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"BakıBus" rəsmisinin siyasi səhvi -fotofakt

Özəl və ya dövlətə məxsusluğundan asılı olmayaraq, hər müəssisə çalışır ki, öz məhsullarını, xidmətlərini reklam etsin. Reklam və piar müasir dünyamızda mal və məhsulları daha çox satmaq üçün ən effektiv yollar hesab olunur. Əlbəttə, təqdim-təbliğ etdiyin mal və xidmətin keyfiyyəti də öz yerində...

Yenixeber.org: Azərbaycanda da həm özəl, həm dövlət müəssisələri reklam və piar işlərinə diqqət yetirirlər. Bu məqsədlə müxtəlif reklam çarxları, posterlər, nəşrlər və sair hazırlanır, müxtəlif vasitələrlə yayımlanır. Və bu proseslərdə, adətən, reklamı gedən müəssisənin kollektivi, xüsusilə də reklam və piar işinə məsul şəxsləri aktiv iştirak edirlər.

Bu baxımdan, BakıBus MMC-nin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri olan Mansur Piriyevin Feysbuk hesabında paylaşdığı 2 foto diqqətimizi cəlb etdi. Fotolar “Bakı 70-ci illər və indi...” başlığı altında paylaşılıb. Və onların birində qapılarından çoxlu sayda insan sallaşan köhnə Bakının sərnişin avtobusları, birində isə BakıBusa məxsus yeni avtobuslar əks olunub...

MMC rəsmisinin çalışdığı müəssisənin məhsulunu-xidmətini reklam etmək istəyi anlaşılan olardı, əgər bu reklamla digər məhsulu pisləməsəydi. Belə ki, Piriyevin mənfi çalarla qeyd etdiyi 70-ci illər Azərbaycan tarixində iqtisadi yüksəliş, hər sahədə böyük irəliləyişlərin əldə olunduğu dövrlərdən biri hesab olunur. Azərbaycana həmin vaxtlar mərhum prezident Heydər Əliyev rəhbərlik edib. O illərdə Bakıda avtobus yeganə nəqliyyat vasitəsi olmayıb – metro, trolleybus və tramvay kimi alternativ nəqliyyat vasitələri də sərnişinlərə xidmət göstərib.

BakıBus dövlətin hərtərəfli dəstəyi, qayğısı ilə əhatə olunmuş azsaylı müəssisələrdən biridir. Çox geniş spektrli və miqyaslı dəstəklə əhaliyə keyfiyyətsiz xidmət göstərmək dövlətə xəyanətə bərabər olardı. MMC rəsmilərinin geniş reklam təbliğatlarında əksini tapan məsələlərin çoxuna məhz dövlət dəstəyi sayəsində nail olunub.

Onu da qeyd edək ki, Azərbaycanın “Reklam haqqında” qanunvericiliyinə görə, hansısa məhsul və xidməti digərini pisləməklə reklam etmək qadağandır. Hörmətli Mansur Piriyevin ən azı bunu bilməsi gərəkirdi...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam