Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Açıq məkanda hansı reklama icazə almaq lazım deyil?– QANUNDA YENİLİK

Açıq məkanda hansı reklama icazə almaq lazım deyil?

 

“Reklam haqqında” Qanunun “Açıq məkanda reklam” adlanan 26-cı maddəsinə edilmiş dəyişikliyə əsasən, yerləşdirilməsinə icazə alınması tələb olunmayan və reklam hesab edilməyən halların əlamətləri dəqiqləşdirilmişdir

 

Yenixeber.org: Vəkil Oktay Məhərrəmov dəyişiklikləri şərh edərkən bildirib ki, qanunun əvvəlki redaksiyasında birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilmirdi. Bununla belə, açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi sahəsində nəzarəti həyata keçirən orqanlarla sahibkarlar arasında konkret informasiya daşıyıcısının reklam olub-olmaması barədə fikir ayrılıqları olurdu. Buna səbəb müvafiq lövhələrin sayı, onların hansı ölçüdə olması, onların məzmununun reklam hesab edilib-edilməməsi barədə tərəflər arasında ixtilaf və qanunun mətninin konkret meyarla müəyyənləşdirilməməsi idi. Edilmiş dəyişikliklərdən sonra obyektin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran  lövhələr (yazılar) o zaman reklam hesab edilməyəcək ki, onların sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayacaq. Bu şərtlərə cavab verən lövhələrin (yazıların) yerləşdirilməsinə icazə tələb edilməyəcək.

Bununla belə, qanunun mətnində hələ də müəyyən fikir ayrılığına səbəb ola biləcək müddəalar qalmaqdadır. Belə ki, ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr də reklam daşıyıcıları hesab edilmir və onların yerləşdirilməsinə icazə tələb edilmir. Məsələn, hər hansı sahibkar “Yeni il” bayramı ilə bağlı özünün mal, iş və xidmətləri barədə heç bir məlumat olmayan təbrik yerləşdirdiyi halda, bunun “kommersiya fəaliyyəti ilə bağlı olmayan elan” olub-olmaması müəyyən fikir ayrılığı yarada bilər. Görünür, bu kimi hallara reklam sahəsində tənzimləməni həyata keçirən orqanın praktikası ilə aydınlıq gətirmək lazım olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam