Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakı Şəhər İcra Hakimiyyətində şok qanunsuzluqlar

 

Bakı Şəhər İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlanıb.

"Xeberinfo.com":  "Report"-un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilir.

Belə ki, Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib. Hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.

Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.

Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib. 2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam