Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan məhsullarına dair reklam çarxları “Rossiya 24” kanalında- VİDEO

 

Azərbaycan məhsullarına dair reklam çarxları “Rossiya 24” kanalında

 

“Rossiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanılıb

 

Yenixeber.org: İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, oktyabrın 5-dən etibarən Rusiyanın “Rossiya 24” federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb.

“Made in Azerbaijan” brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək.

Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar.

Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair hazırlanması təsadüfi deyildir. Çünki öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var.

Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair də reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam