Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Cənnət sənədləri” dünya düzənini poza biləcəkmi...

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu dünyanı silkələyən yeni sənədlərla bağlı məlumatlar açıqlamağa başlayıb.

Yenixeber.org: “Cənnət sənədləri” adlı bu dəfəki sənədlərdə Böyük Britaniya kraliçası, Kanadanın baş naziri Castin Trüdo, ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan şəxslər, Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putinin yaxın adamları, Almaniyanın sabiq kansleri Gerhard Şröder də daxil olmaqla, dünyanın 50 ölkəsində müxətlif vəzifələri tutmuş və tutmaqda davam edən 120 siyasətçinin ofşorlardakı vergidənyayınma əməlləri barədə məlumatlar açıqlanıb. Sənədlərdə həmçinin Nike, Apple, Deutsche Post, Siemens, Allianz, Bayer, Siemens, Deutsche Bank kimi dünya nəhəngi şirkətlərin də adları keçir. 

Bu, “Panama sənədləri”ndən daha böyük və daha geniş araşdırma hesab olunur. Belə ki, əgər “Panama sənədləri”ndə 11,5 milyon fayl araşdırılmışdısa, budəfəki araşdırmada 13,4 milyon “əməliyyatı”n üstü açılıb. Bu əməliyyatlar Bermuda, Kayman, Baham adaları, Malta kimi 19 “cənnət” məkanda həyata keçirildiyinə görə sənədlərin adı “Cənnət sənədləri” qoyulub. 

ABŞ ticarət naziri Bilbur Ross, dövlət katibi Reks Tillerson, Federal Ehtiyatlar Sistemi Müşahidə Şurasının sədr müavini Rendel Kuarles, Trampın məsləhətçisi və fondrayzeri kiçik Tomas Barrak, kürəkəni və baş məsləhətçisi Cared Kuşner, Amerika prezidentinin Uoll-Stritdəki yaxın tərəfdaşı, “Blakstone Group” firmasının baş direktoru Stiven Şvartsman və daha 7 nəfərin adları açıqlanan sənədlərdəki çoxmilyardlıq vergidən yayınma əməliyyatlarında keçir. 

Ümumilikdə, “Cənnət sənədləri”ndə nəzərdə tutulan əməliyyatların həcmi 8 trilyon avronu əhatə edir – dünyanın supervarlı insanları bu qədər vəsaiti vergi azadlığı olan “cənnət”lərə yerləşdiriblər. Onların bu məqsədli əməliyyatlarının illik həcmi 600 milyard avro təşkil edir. Hansı ki, hesablamalara görə, 8 trilyon avro ilə dünya əhalisinin hazırda aclıqdan əziyyət çəkən hissəsini 61 il ərzaqla təmin etmək, yaxud planetin hər sakininə min avro vermək, və ya təhsil almaq imkanından məhrum olan uşaqların hamısını 4,5 il oxutmaq mümkündür. 
Sənədlərə görə, əslində həyata keçirilən əməliyyatlarda qanunsuzluq yoxdur, amma onların hamısı birbaşa vergidən yayınma məqsədlidir. Çünki onlar məhz Avropa və ABŞ, həmçinin digər ölkələrdəki vergi qanunvericiliyinin tələblərindən qaçmaq üçün ofşorlarda yaradılmış şirkətlər vasitəsilə həyata keçirilib. 

Xatırladaq ki, “Panama sənədləri” bütün dünyada böyük əks-səda yaradaraq, bir sıra ölkələrdə istefalar və həbslərlə müşayiət olunmuşdu. İslandiyanın baş naziri həmin sənədlərin aşkarlanmasına görə istefa verməyə məcburiyyətində qalmış, hətta Pakistanın sabiq baş naziri ilə bağlı proseslərin başladılması qeydə alınmışdı. Bu dəfə isə daha həcmli və daha çox sayda, həm də daha yüksək ranqda liderlərin, siyasətçilərin, şirkətlərin, iş adamlarının adı nəhəng məbləğdə vergidən qaçmaq işində hallanır. “Cənnət sənədləri” dünyada, ayrı-ayrı ölkələrdə hansı proseslərə səbəb ola bilər? Açıqlanan məlumatlar dünya siyasi çevrələrində hansı dəyişikliklərə gətirəcək?
“Məqsəd dünyada şəffaf və hesabatlı sistem yaratmaqdır”

Sualları cavablandıran politoloq, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər hesab edir ki, bütün bu araşdırmaların əsas məqsədi olan proseslərin əsası Obamanın ABŞ prezidenti olduğu vaxtlarda qoyulub: “Məsələnin 2 mühüm tərəfi var: ümumi və xüsusi. Ümumi tərəfdə məqsəd dünyada qlobal şəffaf və hesabatlı bir sistem yaratmaq, korrupsiyaya bulaşmış totalitar rejimləri, xüsusilə də neftlə zəngin müsəlman ölkələrinin terrora dəstək verən rəhbərlərini iş başından uzaqlaşdırmaqdır. Eyni zamanda beynəlxalq maliyyə sisteminin şəffaflaşdırılmasına çalışılır. Bunlar ümumi bir proses olaraq başladılıb və yaxın zamanlarda bu istiqamətdə daha böyük addımların atılacağı gözləniləndir. Məsələn, bu addımlardan biri elektron pul vahidindən, o cümlədən elektron dollardan istfadəyə keçilməsidir. Bundan əlavə, ofşorlardakı, həmçinin böyük banklardakı gizli hesabların açılması, ümumiyyətləsə ofşor ərazilərdəki “vergi cənnət”lərinin ləğvi, adları bu proseslərdə hallanan şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqi də atılacaq addımlar sırasındadır. Bütün bunlar daha şəffaf, hesabatlı dünya düzəninin qurulmasının tərkib hissələridir”.

S.Əkbərin sözlərinə görə, yeni dünya quruculuğu məqsədilə atılan bu addımdan bəzi qüvvələrin özlərinin siyasi və iqtisadi rəqiblərinə qarşı istifadə etməsi də müşahidə olunmaqdadır: “Heç şübhəsiz ki, açıqlanan əməliyyatlar demokratik ölkələrdə ciddi rezonansa səbəb olacaq. Güclü ictimai rəyin, güclü müxalifətin, güclü ictimai nəzarətin olduğu, demokratik institutların işlədiyi ölkələrdə bu araşdırmalar istefalara, hökumət dəyişikliklərinə, müxtəlif şəxslər barədə cinayət işlərinin başlanmasına gətirib çıxaracaq. Qeyri-demokratik ölkələr üçünsə bu, hakim elitaya, dövlət rəhbərliyində olan şəxslərə qarşı selektiv əsasla sanksiyaların tətbiqi, ofşorlardakı hesabların bağlanması, məhkəmələrə verilmə və sair proseslərə yol açacaq. Burada maddi maraqlar da var: hesabların açıldığı, əməliyyatların aparıldığı ölkələr külli miqdarda gəlir əldə edəcəklər”.

“Bu araşdırmalara şübhə ilə yanaşıram”

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu araşdırmanı aparan qurumun fəaliyyəti ilə bağlı şübhələr yarandığını deyir: 

“Baxmaq lazımdır ki, bu sənədləri kimlər açıqlayır, araşdırmanı kimlər aparır və hansı vəsaitlər hesabına aparır. Mən son zamanlar araşdırmaları aparan təşkilata şübhə ilə yanaşmağa başlamışam. Biləndə ki, araşdırmaların arxasında Corc Soros dayanır, o maliyyələşdirir şübhələrim daha da artır. Elə özlərinə əmindilərsə, birinci Sorosun maliyyə fəaliyyətini araşdırsınlar. Bu gün ofşorlarla işləyənlərdən biri, bəlkə də elə birincisi Sorosdur.”

Müsahibimiz deyir ki, araşdırmaların açıqlanan məlumatlarının böyük bir hissəsi C.Sorosun maraqlarından irəli gəlir:“Sorosun bu gün bir çox dövlətlərlə münasibətləri kəskindir. Vətəni olan Macarıstanda belə onu görmək istəmirlər, institutunu bağlayırlar. Digər Avropa ölkələrində onun fondlarının fəaliyyəti qadağan olunur. Çünki Soros pullarından siyasi manipulyasiya, ölkələrin daxili siyasi proseslərini yönləndirmək üçün istifadə edir. İndi də neçə milyard dolları öz fonduna bağışlayır. Baxın, kimlərin adları hallandırılır. Kanadanın baş nazirinin yaxın adamı. Trüdodan təmiz siyasətçi mən tanımıram. Onun ətrafında da “çirkli pul” taspırlarsa, bu araşdırmaların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas yaranır.”

E.Şahinoğlunun fikrincə, araşdırmaçıların açıqlanan əməliyyatların qanunsuz olmadığı, lakin vergidən yayınmaq məqsədli olması barədə qeydi çox mətləbləri açır: “O sənədlərdə dünyanın böyük şirkətləri, iş adamlarının adları var. Bu adamlar böyük həcmdə pul qazanıblar, hansı ölkənin rejimi əlverişlidir, ora da yatırıblar. Bu, dünyada yazılmamış qanundur ki, biznes harada vergi azdırsa ora can atır. Harada vergi yükü azdırsa, biznes daha yüksək sürətlə inkişaf edir. Durub bu insanları, iş adamlarını düşmən elan etmək ki, niyə siz qanuni yollarla az vergi ödəməyə çalışmısınız – bunun özü də düzgün deyil. Digər tərəfdən, belə detallı nəticələri bütöv dövlət qurumları illərlə araşdırma aparmaqla güclə əldə edə bilirlər. Məsələn, ABŞ-da prezident Trampın seçki qərargahının rəhbəri olmuş şəxsin Ukraynada çalışarkən Rusiya şirkətləri ilə əməkdaşlığının olduğu, vergilərdən yayındığı üzə çıxdı. ABŞ təhqiqat orqanı 1 ildir bu məsələni araşdırır, işi hələ yenicə məhkəməyə göndərib. Bəs necə olur ki, bir təşkilat 120 nəfərlə bağlı bu qədər dərin araşdırmaları apara bilir? Əlbəttə, demirəm ki, araşdırmanın bütün nəticələri qeyri-mötəbərdir. Keçən dəfə də fəaliyyətində qanunsuzluğa yol verən siyasətçilər istefa verdilər. Sadəcə, açıqlanan məlumatların həqiqət payının nə qədər olduğunu bilmək olmur”.(müsavat)

DÜNYA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam