Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniya ofşorlarındakı “rus pullar”ı hesablandı- 47 milyard

 

7Yenixeber.org: Rusiya vətəndaşları Böyük Britaniya dövlətinə bağlı ofşor zonalarda tam 47 milyard dollar pul saxlayırlar. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Global Witness” qeyri-hökumət təşkilatının hesabatında deyilir. Təşkilatın rəqəmlərinə görə, göstərilən məbləğ rusiyalıların Böyük Britaniyanın özündə saxladığı puldan 5 dəfə çoxdur. Belə ki, göstərilən 47 milyard dollardan 41,5 milyard dolları Britaniya Vircin adalarında saxlanılır.
“Global Witness”in məlumatına görə, Britaniya ofşorları Kipr və Niderlanddan sonra rusiyalıların pullarını saxladığı 3-cü populyar məkandır.
Böyük Britaniyada çıxan “The Times” qəzeti rəsmi Londonun Britaniya Vircin və Kayman adalarında pullarını gizlədən rus oliqarxlarının adlarını açıqlayacağını da xəbər edib. Böyük Britaniyanın parlamenti isə mayın 2-də həmin aktivlərin əsl sahiblərini aşkar etməyə imkan verən qanun layihəsinə baxacaq.
İqtidardakı Mühafizəkarlar partiyasının deputatı Endryu Mitçellin sözlərinə görə, qanun layihəsinin əsas məqsədi “pis məqsədlərə qulluq edən çirkli pulların Britaniya bayrağı altında gizlədilməsinin qarşısını almaqdan” ibarətdir.
2017-ci ilin noyabrında isə Beynəlxalq jurnalist araşdırmaları konsorsiumu ofşor şirkətlərin fəaliyyəti haqqında arxivi dərc edib. Sənədlərdə Böyük Britaniyanın kraliçası II Elizabetin, ABŞ prezidenti Donald Trampın, habelə Leonid Mixelson, Oleq Deripaska və Yuri Milner kimi rusiyalı iş adamlarının adları hallanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam