Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin bu gün Bakıya gəlir

aliyev-ruhani-putin (1)

 

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk sammiti keçiriləcək.

Xeberinfo.com:  Məlumata görə,  bu saatlarda Rusiya prezidenti Vladimir Putin Azərbaycan və İran İR-nın prezidentləri İlham Əliyev və Həsən Ruhani ilə görüşmək üçün Bakıya rəsmi səfərə gəlir.

Belə ki, prezidentlərin bu formatda görüşü ilk dəfə keçiriləcək.  V.Putinin  köməkçisi Yuri Uşakovun bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasına görə, Rusiya prezidenti əvvəlcə  İlham Əliyevlə, daha sonra isə Həsən Ruhani ilə görüşəcək.

Belə ki,  danışıqların əsas mövzusu açıqlanmasa da, əsasən energetika məsələsinin müzakirə mövzusu olacağı söylənilir.  Gündəlikdə  ticari-iqtisadi sahədə üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərinə də yer veriləcək. Y.Uşakov  bildirib ki, dövlət başçıları bir sıra aktual regional və beynəlxalq problemləri, o cümlədən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Görüşdə Ermənistan-Azərbaycan  münaqişəsinin nizamlanması məsələsi də diqqət mərkəzində olacaq.

Uşakov qeyd edib ki, sammitdə bütün Avrasiya üçün mühüm olan və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq Rəşt (İran) – Astara (Azərbaycan) dəmiryolu magistralının inşası layihəsinin müzakirəsi böyük əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-dən Azərbaycanda səfərdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam