Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Roma Papasına müraciət edildi ....Qarabağla bağlı

 

Qarabağla bağlı Roma Papasına müraciət edildi

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Qurultayı iştirakçıları Roma Papası Fransiska müraciət ünvanlayıb.

Yenixeber.org xəbər veri ki, müraciətdə deyilir: “Siz bir din xadimi olaraq bütün ömrünüzü insanlara və bəşəriyyətə sülh, mərhəmət ideyalarının təşviqinə həsr etmişiniz. Müqəddəs taxta əyləşdikdən sonra isə bu fəaliyyətiniz daha geniş miqyas və səmərə kəsb etməyə başlayıb. Dinindən, irqindən, cinsindən və milliyyətindən asılı olmayaraq hər bir Adəm övladının Tanrının yaradıcı qələminin ən gözəl incisi olduğunu və bu baxımdan insan həyatının müqəddəsliyini görüşlərdə dövlət rəsmilərinə daim xatırlatmağınız dünyamızın daha sülhpərvər və insansevər olmasına böyük töhfə verir. 

Bildiyiniz kimi, hələ də dünyanın müxtəlif yerlərində müqəddəs insan həyatına təcavüz, müharibə, işğal, insanların zorla öz ev və yurdlarından qovulması faktları mövcuddur. İnsanın özü kimisinə bəslədiyi nifrəti qidalandıran mənfur ideyaların, müəyyən qüvvələrin istifadə etdikləri tarixi miflərin hələ də ayaqları yer tutur. Bu müharibə toxumları əsrlər boyu dost və qonşu olmuş, faktiki olaraq eyni mədəni nailiyyətləri bölüşən Erməni və Azərbaycan xalqları arasına da səpilib.

25 ildən artıqdır ki, iki qonşu xalq müharibə şəraitində yaşamağa məcbur edilir. Bu müddət ərzində hər iki xalqın nümayəndələri bir-birlərinə qarşı düşmənçilik və nifrət təbliğatının qurbanı kimi davranırlar. Formal xarakter almış atəşkəsrejimində üz-üzə dayanmış gənc əsgərlər, cəbhə bölgəsinə yaxın ərazilərdə isə mülkü insanlar həlak olur. Son dövrlərdə xüsusilə gərginləşən hərbi vəziyyət iki qonşu xalqın barışmasına və ədalətli sülh içində yaşamasına olan bütün ümidləri məhv etməli idi. Lakin bu insanların arasında ümidini itirməyən və sülhə inanan vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mövcud çətinliklərə baxmayaraq, sülh təşəbbüsü ilə çıxış etdilər. 6 dekabr 2016-ci ildə bu insanlar Ermənistan-Azərbaycan Sülh Platformasının əsasını qoydular. Yarandığı gündən hər iki xalqın vətəndaş cəmiyyəti üzvlərini, ictimai siyasi xadimlərini, mətbuat nümayəndələrini sülh quruculuğu işinə cəlb edərək hər iki cəmiyyətdə bu ideyaları çətinliklə də olsa təşviq edir, yaranan təpkilərə baxmayaraq, öz işlərində inamla irəliləyirlər. Bütün bu fəaliyyət Ermənistan-Azərbaycan Sülh Platforması olaraq bizim daha səmərəli nəticələr naminə effektiv institutlaşmağımıza imkan verir. 

30 Oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və onun idarə heyəti, digər seçkili orqanları formalaşıb. 

Zati-aliləri Papa Fransisk qurultay iştirakçıları adından Sizə müraciət edərək bu müqəddəs işimizə xeyir-dua verməyinizi və Ermənistan-Azərbaycan, DağlıqQarabağ münaqişəsinin tezliklə həll olunması, insanların öz yurd-yuvalarına qayıtması, iki qonşu xalq arasında 25 ildən artıq davam edən düşmənçiliyə son qoyulmasına öz köməyinizi əsirgəməməyi, xeyir-duanızla Yerevanda, Tbilisidə,Bakıda mənzil qərargahların açılmasında dəstək olmanızı Sizdən xahiş edirik. Müqəddəs İncildə qeyd olunduğu kimi: “Sülhpərvərlər xoşbəxtdir, çünki onlara Allahın oğulları deyiləcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam