Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qaçqın düşərgələri konsentrasiya düşərgələri kimidir” -Roma Papası

Roma Papası Fransis hökumətləri miqrant və mühacirləri saxlama mərkəzlərindən çıxarmağa çağırıb.

Yenixeber.org:   O, həmin mərkəzlərin çoxunun "həbs düşərgələrinə" çevrildiyini deyib. Şənbə günü Romadakı Müqəddəs Varfolomey kilsəsində miqrantlarla görüşən Papa Fransis ötən il Yunanıstanın Lesbos adasında belə düşərgələrdən birini ziyarət etməsindən danışıb.

Roma Papası burada Yaxın Şərqdən gəlmiş bir qaçqınla görüşübmüş. Həmin şəxs Papaya terrorçuların onun ölkəsinə necə gəldiklərindən danışıb. İslamçılar xaçını yerə qoymaqdan imtina etdiyinə görə onun xristian həyat yoldaşının boğazını kəsiblər. "Mən bilmirəm, o, həmin konsentrasiya düşərgəsini tərk edə bilibmi. Çünki qaçqın düşərgələri, onların çoxu, bir növ konsentrasiya düşərgələridir. Onların içərisində çox sayda insan yaşayır", – deyə Papa vurğulayıb.

Ancaq Amerikanın Yəhudi Komitəsi (AJC) Roma Papasının konsentrasiya düşərgələri terminini işlətməsindən narazılıq ifadə edib. Təşkilat Papanı "təəssüf doğurucu sözlərini" yenidən nəzərdən keçirməyə çağırıb.

"Hazırda bəzi Avropa ölkələrində miqrantların yaşadıqları şərait həqiqətən də ağır ola və beynəlxalq ictimaiyyətin daha çox diqqətinə layiq ola bilər, ancaq sözsüz ki, onlar konsentrasiya düşərgələri deyil", – deyə komitənin rəhbəri David Harris bildirib.

"Nasistlər və onların müttəfiqləri konsentrasiya düşərgələrini II Dünya müharibəsi zamanı milyonlarla insanın qul əməyindən istifadə və onları məhv etmək üçün tikmişdilər", – deyə o əlavə edib.

Roma Papası qaçqınlara yardım edən ölkələri alqışlayıb, "əlavə yükü daşıdıqlarına görə" həmin ölkələrə təşəkkür edib."Görünür, beynəlxalq razılaşmalar insan hüquqlarından daha vacibdir", – deyə Roma Papası bildirib. Papa bu barədə daha çox danışmasa da, onun bu sözlərlə miqrantların sərhədləri keçməsini önləyən razılaşmaları nəzərdə tutduğu güman edilir. Belə razılaşmalara misal olaraq Avropa Birliyinin (AB) Liviya və Türkiyə ilə bağladığı müqavilələri göstərmək olar. Humanitar təşkilatlar hər iki müqaviləni tənqid ediblər.

Papa antiimmiqrant partiyanın vətəni olan İtaliyanın şimalında yaşayanları daha çox immiqrant qəbul etməyə çağırıb. O, cənubi İtaliyanın səxavətinin "şimala, azca da olsa, təsir edəcəyinə" ümidini dilə gətirib.

Roma Papası İtaliyada doğum faizinin aşağı olmasını xatırladaraq qeyd edib ki, "Əgər biz qapılarımızı miqrantların üzünə bağlasaq, bunun adı intihardır".Müqəddəs Varfolomey kilsəsi XX və XXI əsrlərdə öz inanclarına görə qətlə yetirilmiş xristianların xatirəsinə ucaldılmış məbəddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam