Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Yeni Həyat” -etibarsız.... narahat -Müştəri pulunu qaytara bilmir

 

“Yeni Həyat” - etibarsız.... narahat
Xəbər verildiyi kimi, məşhur tikinti şirkətlərindən biri olan “Yeni Həyat” MMC müflis elan olunub. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2-2(82)-41/17 nömrəli qətnaməsi ilə MMC (VÖEN:1500011251) müflis elan edilib.

Yenixeber.org: Qeyd edək ki, ev almaq üçün bu şirkətlə müqavilə bağlayan çoxsaylı insanlar var ki, hələ də mənzilə sahib ola bilməyiblər. Belə olan halda, şirkətin müflis elan edilməsi fonunda həmin insanların taleyi görəsən necə olacaq?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən hüquqşünas Yaşar Tahirov bildirdi ki, qanuna müvafiq olaraq “Yeni Həyat” MMC-nin müflis olunması ilə bağlı qərar qanuni qüvvəyə minəndən sonra müflis elan olunan hüquqi şəxsin bütün aktivləri, əmlakının qiymətləndirilməsilə bağlı komissiya yaradılır:

“Qanunda buna müsabiqə icraatı deyilir. Aktivlər qiymətləndirildikdən sonra da onun satışı həyata keçirilir. Ardınca şirkətin borcunun ödənilməsi məsələsi növbəlilik qaydasında həyata keçirilir.

Yəni heç də dərhal şirkətdən ev almaq üçün müqavilə bağlayan vətəndaşın məsələsinə baxılmır. İlk növbədə şirkətin günahı üzündən ölümlə üzləşən işçilərin ailələrinə və xəsarət alan işçilərə müavinətlər ödənilir. İkinci halda isə əməkhaqqı şirkət işçilərinə pensiya şəklində veriləcək. Ardınca, bir il ərzində şirkətin dövlət büdcəsi qarşısında yaranmış vergi öhdəlikləri, məhkəmə və sığorta xərcləri ödəniləcək.

Yalnız bütün bu proseslər başa çatandan sonra şirkətlə ev almaqla bağlı müqavilə bağlayan vətəndaşların məsələsinə ancaq dördüncü mərhələdə baxılır. Sifarişçi ilə icraçı arasında bağlanan müqavilədə problem çıxacağı halda tikilinin vətəndaşın ixtiyarına keçməsilə bağlı müqavilə öhdəlikləri icra olunur. Amma həmin tikili vətəndaşın ixtiyarına keçsə də belə tikili yarımçıq qalmış olacaq. Ola bilsin ilk 3 öhdəliyin yerinə yetirilməsilə şirkətdə heç vəsait qalmasın. Belə olan halda vətəndaşın ancaq bir hüququ qalır, məhkəməyə müraciət etmək.

Bu halda məhkəmə müəyyən fondlar, dövlət tərəfindən yardımlar və digər vəsaitlər hesabına vətəndaşa ödənişin həyata keçirilməsilə bağlı qərar qəbul edə bilər. Hər şey məhkəmənin gedişatından asılıdır. Bütün halda proses uzun çəkir. Hər halda bu olayla bağlı vətəndaş müəyyən çətinliklərlə üzləşəcək”.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam