Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nəsiminin İcra başçısı narazılıq yaradır-İDDİA

Nəsiminin İcra başçısı narazılıq yaradır-

 

Nəsimi rayon İcra Hakimiyyətinin bir sıra işçiləri əhalini aktiv şəkildə köçürməklə məşğul olmaq üçün mütəmadi olaraq firmanın ofisinə ezam olunurlar

 

Yenixeber.org: Nəsimi Rayon İcra Hakimiyyətindən yenə şikayət var. Rayonuun Azadlıq prospekti 80 ünvanında yaşayan bir qrup vətəndaşın şikayət məktubunda deyilir:

“Məlumat üçün bildiririk ki, bir aydan çoxdur ki, Nəsimi rayonu, Azadlıq, 80 ünvanda yerləşən məşhur evin sakinləri yaşadıqları möhkəm və xarizmatik binanın sökülməsi ilə əlaqədar böyük gərginlik və həyəcan içərisində yaşayırlar.

Sözügedən bina və onun yaxınlığında yerləşən gözəl park Heydər Əliyev və Zərifə xanımın xatirəsi ilə tarixən bağlı olmaqla yanaşı, onların unudulmaz görüşlərinin canlı şahididir.

Bu bina sadəcə 102 mənzilli yaşayış binası deyil, həm də vaxtilə, İstiqlal küçəsini bəzəyən “Monolit” evin müəllifi Konstantin Sençixinin memarlıq baxımından növbəti şah əsəridir. Müəllif özü vaxtilə bu binada yaşayıb.

Təsadüfi deyil ki, Böyük Vətən müharibəsi illərində neft səltənətini hitlerçi aviabombaçıların hücumundan qorumaq üçün komuflyaj Bakının layihəsi məhz Stalin mükafatçısı Konstantin Sençixinə tapşırılmışdır.

O dövrdə yaşayan bakılılar ağıllarına gətirə bilməzdilər ki, bu dahi memar Qerinqin söylənilən “yaşıl papka”da cəmlənmiş direktivinə baxmayaraq, müharibə şəraitində həqiqətən də Bakını faşist işğalçılarından qoruya bildiyi halda, arxitektorun ev nümunəsi olan binanı əmin-amanlıq dövründə fərsiz məmurlar tərəfindən məhv edilməsinin qarşısı alınmır.

Çox maraqlıdır ki, bu gün bu binanı acgöz məmurların vandalizmindən və açıq-aşkar görünən makler psixologiyasından qorumaq mümkün olacaqmı?

Necə olur ki, Azadlıq, 80 ünvanda yerləşən “mütəxəssislər evi” adlanan əski bina və onun davamı olan yeni “mütəxəssislər evi” fundament quruluşuna görə eyni layihə ilə, eyni müəllif tərəfindən tikilməsinə baxmayaraq, yalnız biri haqqında “qəzalı”dır fikri söylənilir və sökülməsi haqqında qərar verilir. Mütəxəssis yanaşmasına görə bu ağlabatandırmı?

Bu binayla “İrşad” otel, “Medikal-Plaza” klinikası və yeni tikilmiş bina bitişmişdir. Görəsən adlarını çəkdiyimiz bu konstruksiyalar növbəti zəlzələyə davam gətirə biləcəklərmi? Lakin K.Sençixinin tikdiyi bina təkrarsız art konstruktivizm nümunəsi olmaqla yanaşı, möhkəmlik sınaqları zamanı “əla” qiymətləndirilmişdir. Bu bina 7 ballıq zəlzələyə davam gətirdiyi halda, bu gün onun “qəzalı” ev elan edilməsi çox gülüncdür.

Mediatv.az-a müraciət edənlər bildirirlər ki Nəsimi rayon İcra Hakimiyyətinin marağında olan bu məsələ ilə bağlı təbii ki, heç bir inandırıcı sənəd və ekspertiza aktı yoxdur.

Halbuki, “sifarişli” tədqiqatçıların qrunt nümunələrindən götürdüyü seçimlər onları sevindirməmişdir - torpaq da onun üzərində gəmi formasında olan bina da (“Gəmi” formatı - memarın öz icadıdır) “üzmürlər”. Bina fundamentinə görə ətrafdakı evlərin də yükünü çəkəcək bir şəkildə inşa edildiyindən əsl “qüdrət” nümunəsidır.

Dərdli mütəxəssislər bütün iyun ayını binanın yerləşdiyi ərazidə dəlmə-deşikləri qazaraq, hətta istirahət günlərində də sakinlərin dincliyini və istirahətini pozaraq narahatçılıq yaratmışlar.

Qeyd edək ki, bütövlükdə kompleksin möhkəmliyi və binanın etibarlı olması haqqında mötəbər rəy və icazə verilməsi yalnız FHN-nin səlahiyyətlərinə aiddir, amma qazıntı işlərini maraqlı olan tərəflər partizan şəklində aparmışlar.

İndi isə digər diversiya haqqında. Əhalinin rəyini hər zaman nəzərə alan Moskva şəhərinin meri Serqey Sobyanindən fərqli olaraq Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi 11 bloklu (bu 100 ailə deməkdir) bina sakinlərinin şəxsi mülkiyyət hüquqlarını və bütün yaşayış massivi vətəndaşlarının maraqlarını tapdalayaraq evi - qəflətən ona bitişik bütün ərazi ilə birlikdə 49 il (!) müddətinə hansısa bir “FƏDƏK” Firmasına icarəyə vermək qərarına gəlmişlər. Bu qərar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun verdiyi 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə rəsmiləşdirilmişdir. Sərəncamda, yeganə əsas olaraq, 12.06.2017-ci il tarixdə Şəhərsalma və Arxitektura Komitəsinə göndərdikləri məktuba istinad olunur. Halbuki, Şəhərsalma və Arxitektura Komitəsinin mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair heç bir səlahiyyəti yoxdur. Çünki ərazi baxımından bina bələdiyyənin ixtiyarındadır, torpaq isə ev sahiblərinin şəxsi mülkiyyətidir.

Sənədin kosmik sürətlə dövriyyəsi çox heyrətamizdir. Belə ki, 24 iyun 2017-ci il tarixində - Ramazan ayının ilk günündə evin sakinlərinə ekonom binanın layihəsini nümayiş etdirərək bir pilot mənzil proqramı haqqında məlumat (49 illik icarə haqqında bir kəlmə də) verməklə yanaşı qısa müddətdə, 01 avqust 2017-cı il tarixindən başlayaraq onların təcili köçürülməsini təklif etmişlər. Bunu əvvəllər heç cəllad Lavrenti Beriya da etməmişdir.

Bir sözlə, əhaliyə göstərilən çox “zəri”f qayğıdır! İyulun əvvəlindən “FƏDƏK” firmasının fəaliyyəti açıqlanmaq üçün öyrənilir. Əfsuslar olsun ki, onun maliyyə və tikinti fəaliyyəti haqqında etibarlı və inandırıcı məlumat yoxdur, bu da onu söyləməyə əsas verir ki, belə bir böyük söküntünü və möhtəşəm tikintini onların ixtiyarına vermək olmaz. Çünki, onlar hər gün heç bir dövlət strukturunun rəsmi qərarı olmadan yeni müqavilə, yeni layihələr təqdim edirlər.

Bu məsələyə münasibət, “FƏDƏK” firmasını “atalıq qayğısı”na götürmüş Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinin vicdanına qalsın. Nəsimi rayon İcra Hakimiyyətinin bir sıra işçiləri əhalini aktiv şəkildə köçürməklə məşğul olmaq üçün mütəmadi olaraq firmanın ofisinə ezam olunurlar.

Eyni zamanda, onların kor olduqlarını görmək çox təəccüb doğurur. Belə ki, Nəsimi rayonunda bu binaya yaxın ərazidə, paytaxtın gözəl və yaraşıqlı evlərinin fonunda şəhərin görkəminə xələl gətirən və xarici turistləri heyrətləndirən onlarca köhnə və yaşayış üçün əlverişsiz tikililəri görmürlər?

Ən təəccüblüsü odur ki, kommersiyaya üstünlük verirlər, sakinlərin isə konstitusiya maraqları nəzərə alınmır.

Digər başqa ölkədə şəxsi mülkiyyətə təcavüz etmək (Azadlıq, 80 ünvanda bütün mənzillər özəlləşdirilib) və mənzil sahəsində ölçmə işlərini kupçada göctərilənləri nəzərə almadan aparmaq mümkündürmü?

Yerli icra məmurlarının guya “qəzalı” adlandırdıqları binanı icarəyə vermək nə dərəcədə mümkündür və ağlabatandır.

Digər tərəfdən sakinlərə paylanılan müqavilə şərtlərinə görə, hər ailəyə 18 ay müddətinə 300-400 manat mədləğində ev kirayələmək bugünkü bazar qiymətləri ilə uyğun deyil.

Evin sakinləri çoxmərtəbəli binanın nəhəng tikintisinin müqavilədə göstərilən qısa vaxt ərzində başa çatmasına inana bilmirlər, bu da bir real həqiqətdir.

Təcrübəli ekspertlərin rəyinə görə Azadlıq, 80 ünvanda yerləşən binanın yalnız söküntüsünə uzun müddət tələb olunur.

Digər tərəfdən yanaşsaq, söküntü və tikinti zamanı iki mərtəbəli bunker-qaraj (ümumilikdə 6 mərtəbəli proyekt nəzərdə tutulub) tikmək üçün yaşıllıq tamamilə məhv ediləcək, ekologiya tarazlığı pozulacaq, onkoloji xəstəliklər çoxalacaq. Bu barədə Asif Əsgərov və onun komandası heç düşünürlərmi?

Eyni adlı parkda qoyulmuş Koroğlu heykəlinin, yaşıllığa bitişik evlərin sakinlərinin və parkda istirahət edənlərin sakitliyinin qorunması təbii ki, heç kimi düşündürmür.

Memar K.Sençixinin binası park landşafına uyğun tikildiyinə görə, gözəl vahid kompleks alınmışdır. Növbəti binanın (Nazirlər Kabinetinin yüksək mərtəbəli fərdi tikililərə qadağa qoymasına baxmayaraq) tikintisi açıq-aşkar bir memarlıq nonsensidir və əsl tikinti təcavüzüdür.

Bu il iyulun 16-da evin sakinləri müvafiq kollektiv müraciət imzalayıb Prezident Administrasiyasına göndərmişlər.

Unikal binanın taleyinə laqeyd qalmayan əsl bakılıların, bu evlə bağlı konstitusiya hüquqlarının pozulması ilə əlaqədar etirazları inanırıq ki, eşidiləcək.

Bütün bunlar dövlət məmurlarının özbaşınalıqları ilə mübarizə fonunda baş verir və inanırıq ki, ölkə Prezidentinin çağırışı buna son qoyacaq.

Əfsanəvi memarın tikdiyi evlə bağlı bu böyük fırıldağı artıq bitirmək zamanıdır!

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Nəsiminin İcra başçısı narazılıq yaradır-

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam