Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi

 

Bakının Xətai rayonunda Sergey Senyuşkin küçəsində yerləşən 7A saylı bina sökülməyəcək.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə məlumatı binanın sakinlərinə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) veriblər.

Dünən qeyd etdiyimiz ünvanda olan binanın söküləcəyi haqda xəbər vermişdik. Belə bir xəbərdarlığı sakinlərə Xətai rayon icra başçısı Razim Məmmədov etmişdi. R.Məmmədov sakinlərə evlərinin söküləcəyi və qaşılığında kompensasiya olaraq bir kvadratmetrə görə 1200 manat veriləcəyini vəd etmişdi. İcra başçısı evlərinin sökülməsini istəməyən sakinlərə bir neçə dəfə xəbərdarlığa gələcəklərini də demişdi. Özü də çox unikal şəkildə: “Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”.

Buna etiraz olaraq bina sakinləri dünən 20:00-da binanın qarşısına toplaşacaqlarını və icra hakimiyyətindən də nümayəndənin gəlməsini tələb etmişdilər. Sakinlərin şikayəti mətbuata çıxarıldıqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək sakinlərə evlərinin sökülməyəcəyini deyib.

Bina sakinlərindən Natəvan İmanova virtualaz.org saytına bildirdi ki, icra hakimiyyətindən gələn nümayəndələr binanın mart ayına qədər yenidən üzlənəcəyini və sökülməyəcəyini deyib. Onlar da yenidən toplaşmaq fikrindən daşınıblar.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam