Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni strateji mərkəz yaradıldı:...analitik strateji informasiyalar mərkəzi

Yeni strateji mərkəz yaradıldı:

 

Yenixeber.org: “Orduda və digər hərbi qrumlarda terrora və korrupsiyaya qarşı analitik strateji informasiyalar mərkəzi” İctimai Birliyinin təsis konfransı keçirilib. Bu haqda yenixeber-org-a yeni yaradılan təşkilatın sədri politoloq, professor, Milli Təhlükəsizlik üzrə ekspert Rövşən Novruzoğlu məlumat verib:

- Artıq müəyyən edilib ki, dünya miqyasında qoşun kontingentlərində, ordu birləşmələrində digər hərbi qurumlarda, hissələrdə, döyüş bölgələrində baş verən terror hadisələrinin, rüşvət, korrupsiya hallarının həcmi durmadan artır. Azərbaycanı strateji dövlət və yaxud ərazi kimi bütün bunlardan təcrid etmək, qorumaq məqsədilə dövlət başçısının apardığı mübarizə tədbirlərində iştirak etməyi planlaşdırdıq. Məqsədimiz kömək etməkdir.

Daha sonra Rövşən müəllim təşkilati işlərdən və yaxın zamanda atılacaq addımlardan da danışdı: Müxtəlif rayonların nümayəndələrinin, (o cümlədən sərhəd və müharibə zolaqları da daxil olmaqla) iştirakı ilə keçirələn konfransda təşkilatın yaranma səbəbləri göstərildi. Və qeyd olundu ki, “Orduda və digər hərbi qurumlarda terrora və korrupsiyaya qarşı analitik strateji informasiyalar mərkəzi” həm də dövlətçiliyin qorunması baxımından çox lazımlı və davamlı mərkəz olacaq.

Bu ictimai birliyin nizamnaməsinə uyğun olaraq strateji məlumatların, informasiya və dövlət əhəmiyyətli xəbərlərin qeyri-qanuni yollarla xarici ölkələrə ötürülməsinə qarşı barışmaz mübarizə aparılacaq. Mütəmadi olaraq, ölkənin qoşun birləşmələrində, hərbi hissələrdə, sərhəd dəstələrində, məktəblərdə, strateji mərkəzlərdə mövzu ilə bağlı konfransların, görüşlərin, simpoziumun mövzu ilə bağlı kitab və digər nəşrlərin müzakirəsi də nəzərdə tutulur. Mərkəzin ölkənin Şimal, Şərq, Cənub və Qərb rayonlarında da bölmələri yaranacaq.

Təşkilat öz nizamnaməsinə uyğun terrora və korrupsiyaya qarşı mübarizədə digər dövlət qurumları ilə birgə layihələrin və digər strateji tədbirlərin həyata keçirilməsində iştirak edəcək.

Qeyd edək ki, yeni yaranan bu təşkilatın “korrupsiyaya qarşı” həftəlik qəzeti də qeydə alınıb. Qəzetin möhür və ştampı da təsisçilərə verilib.

İnformasiya şöbəsi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam