Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rövşən Lənkəranskinin şadlıq sarayı fəaliyyətini dayandırdı - FOTO

 

Rövşən Lənkəranskinin Bakıdakı şadlıq sarayı fəaliyyətini dayandırdı

 

Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayı bağlanıb.

Xeberinfo.com:  Bu barədə Ölkə.Az saytına məlumat daxil olub.

Bakının Nizami rayonu Mikayıl Əliyev 17 ünvanında yerləşən və kriminal avtoritet Rövşən Canıyevə məxsus olduğu bildirilən “Neon Palace” şadlıq sarayı Canıyev öldürüldükdən sonra fəaliyyətini dayandırıb. Şadlıq sarayının bir müddətdir fəaliyyət göstərmədiyi qeyd olunur.

“Neon Palace” şadlıq sarayının fəaliyyətinin dayanma səbəbini aydınlaşdırmaq üçün restoranın telefonlarına zəng etsək də zəngimizə cavab verən olmadı.

Xatırladaq ki, şadlıq sarayının sahibi olduğu bildirilən tanınmış avtoritet Rövşən Canıyev avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində Barbaros bulvarındakı otellərdən birində keçirilən toplantıda iştirak etdikdən sonra “90-ND-011” dövlət qeydiyyat nişanlı avtomobili ilə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Hadisə zamanı ağır yaralanan R.Canıyev və sürücüsü yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin Canıyevi xilas etmək mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam