Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakılı Əhməd” İstanbulda güllələndi

 

 

İstanbulda “Bakılı Əhməd” ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil: avropa.info) evində güllələnib
 
Yenixeber.org: “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış.
 
“Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir. Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir.
 
Image result for rövşən lənkəranski 
 
“Bakılı Əhməd”in keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz “Bakılı Əhməd”in yardım etdiyi də gələn məlumatlar arasındadır. Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz “Bakılı Əhməd” rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur.
 
Related image
 
Bu arada evində güllələnən “Bakılı Əhməd”in ağır yaralı olduğu və İstanbuldakı xəstəxanalardan birinə aparıldığı bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam